30 İyul 2026 16:50
220
Mədəniyyət
A- A+
“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Borçalı” İctimai Birliyi həyata keçirdiyi “Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində “Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” adlı kitab çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a kitabın tərtibçisi, layihə rəhbəri, Borçalı” İctimai Birliyinin sədri Dəyanət Osmanlı məlumat verib.

O bildirib ki, layihə çərçivəsində hazırlanan iki hissədən ibarət, irihəcmli kitabın I hissəsində Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin keçmişinə, iki dövlət arasında münasibətlərin müasir vəziyyətinə dair məqalələr toplanıb. II hissədə isə soydaşlarımızın 1990-cı ildə ölkəmizin istiqlal mübarizəsində (20 Yanvar) , habelə I və II Qarabağ savaşlarında keçdiyi döyüş yolu barədə oçerklər yer alıb. Azərbaycan və Gürcüstan arasında tarixi dostluq əlaqələri, strateji tərəfdaşlıq məsələləri, xalqımızın müstəqillik mübarizəsində, torpaqlarımızın erməni işğalından azad olunmasında xidmət göstərən, şəhid olan Borçalıəsilli soydaşlarımızın həyat-döyüş yoluna nəzər salınıb.

Layihənin yaranma ideyasından söhbət açan Dəyanət Osmanlı deyib : “İdeya Azərbaycanın Vətən müharibəsi şəkidlərinə böyük ehtiramından, şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi qayğıdan, habelə Cənubi Qafqazda nümunəvi əməkdaşlıq modeli olan Azərbaycan-Gürcüstan münasibətlərindən qaynaqlanır. Azərbaycanın Ermənistan üzərində tarixi Zəfər qazanmasında misilsiz xidmətlər göstərmiş soydaşlarımızın həyat-döyüş salnaməsi daim xatırlanmalı, araşdırılmalı və təbliğ olunmalıdır. Gənc nəsillər Vətən qəhrəmanlarından vətənpərvərlik, doğma torpağa sədəqət nümunəsi götürməlidir. Fikrimizcə, kitab mövzu dairəsi, materialların zənginliyi ilə seçilir və yeni dövrün çağırışlarına cavab verən səviyyədə hazırlanıb. Ümidvarıq ki, baza tipli bu kitabda gedən materiallar uyğunprofilli mütəxəsisslər və oxucular üçün xüsusilə maraq doğuracaq. Kitabın təqdimat mərasiminin yaxın günlərdə Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə keçirilməsi nəzərdə tutulub. Nəşrin mövzu aktuallığı deməyə əsas verir ki, layihənin məqsəd və vəzifələri günümüz üçün vacib səciyyə daşıyır və qarşıya qoyulan məsələlər ətraflı şəkildə arşdırılıb”.

Qeyd edək ki, kitabın məsləhətçisi və rəyçisi akademik Nizami Cəfərov, redaktoru Əməkdar jurnalist Rəşid Faxralıdır

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

Milli Məclisin sədri Efiopiyaya rəsmi səfəri çərçivəsində bir sıra ölkələrin səfirləri ilə görüşüb

16:43
30 İyul

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

16:35
30 İyul

“Biletim.az” portalında funksionallıq artırılıb

16:28
30 İyul

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalının ərazisində iki tankerin dron hücumuna məruz qaldığını bildirib

16:21
30 İyul

Fərid Qayıbov: Güləş üzrə növbəti dünya çempionatına ev sahibliyi etməyin vaxtı yetişib

16:14
30 İyul

Türk ekspert: Azərbaycanın balanslaşdırılmış diplomatiyası Orta Dəhlizin təhlükəsizliyinin əsas təminatlarından biridir

16:07
30 İyul

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

16:00
30 İyul

Azərbaycan Çində beynəlxalq elmi konfransda təmsil olunub

15:55
30 İyul

Avqust ayına olan hava proqnozu açıqlanıb

15:49
30 İyul

Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş Bürkut təbii yaşayış arealına qaytarılıb

15:42
30 İyul

Nikol Paşinyan Nazirlər Kabinetinin son iclasını keçirib

15:35
30 İyul

İsti hava bu il Almaniyada 9800 nəfərin həyatına son qoyub

15:28
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!