30 İyul 2026 11:10
216
Mədəniyyət
A- A+
Bu gün Beynəlxalq Dostluq Günüdür

Bu gün Beynəlxalq Dostluq Günüdür


Bu gün Beynəlxalq Dostluq Günüdür.

AZƏRTAC xəbər verir ki, təqvim günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 65/275 saylı qətnaməsi ilə 2011-ci ildə təsis edilib və hər il iyulun 30-da qeyd olunur.

Müasir dünya çoxsaylı çağırış və təhlükələrlə üz-üzədir: yoxsulluq, zorakılıq, insan hüquqlarının pozulması, müharibələr, xəstəliklər və epidemiyalar. Bunlar beynəlxalq sülh və təhlükəsizliyi, sosial sabitliyi sarsıdır, inkişaf üçün maneələr yaradır, insanları və cəmiyyətləri bir-birindən uzaqlaşdırır. Həmin çağırış və təhdidlərin öhdəsindən uğurla gəlmək üçün onların yaranma səbəblərini aradan qaldırmaq lazımdır. Buna isə müxtəlif formalarda təzahür edən həmrəylik sayəsində nail olmaq mümkündür. İlk növbədə isə dostluq insanları bir-birinə yaxınlaşdırır. Birlikdə biz qarşılıqlı anlaşmaya nail ola, dünyanı daha yaxşı etmək istəyən bütün insanlar üçün layiqli həyat şəraiti yarada bilərik.

Bu günün təsis olunmasının təşəbbüskarı UNESCO olub. Cəmiyyətin bütün səviyyələrində müxtəlif zorakılıq formaları nəticəsində dünya üzrə uşaqlar böyük zərər və əzab çəkirlər. Əgər uşaq sülh və harmoniya şəraitində yaşamağı öyrənərsə, bu, beynəlxalq sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.

BMT dövlət qurumlarını, eləcə də beynəlxalq və regional təşkilatları bu günü hər bir ölkənin mədəni ənənələrinə uyğun şəkildə qeyd etməyə, beynəlxalq ictimaiyyətin səylərinə dəstək verən, sivilizasiyalar arasında dialoqu, həmrəyliyi, qarşılıqlı anlaşmanı və barışığı təşviq edən tədbirlər və təşəbbüslər təşkil etməyə çağırıb.

Qətnamədə xüsusi vurğulanır ki, bu əlamətdar gün müxtəlif xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Sənəddə deyilir:

“Xalqlar, ölkələr, mədəniyyətlər və ayrı-ayrı insanlar arasında dostluq sülhün təmin olunmasına yönəlmiş səylərə ilham verə və mədəni müxtəlifliyə hörmət edən cəmiyyətlər arasında körpülər qurmağa imkan yarada bilər”.

Bundan əlavə, Beynəlxalq Dostluq Gününün əsas məqsədlərindən biri gəncləri, o cümlədən gələcəyin liderlərini müxtəlif mədəniyyətlərə hörmət ruhunda ictimai fəaliyyətə cəlb etməkdir. Çünki həqiqi dostluq sərhəd və stereotiplər tanımır, fərqli mədəniyyətləri və baxışları olan insanları bir araya gətirir.

Dostluq təkcə bəşəri dəyər deyil, həm də hər bir insanın daxili dayaq nöqtəsidir. Dostlarla qurulan səmimi və etibarlı münasibətlər psixoloji rifah səviyyəsinə birbaşa təsir göstərən mühüm amildir. Sirr deyil ki, sevincini və kədərini bölüşəcək insanları olanlar çətinliklərin öhdəsindən daha asan gəlir və tənhalıq hissini daha az yaşayırlar.

Hazırda dünyanın bir çox ölkəsində hər il dostluğun və ətrafdakılara qarşı tolerant münasibətin təbliği ilə bağlı müxtəlif tədbirlər keçirilir. Beynəlxalq Dostluq Günü də bu təşəbbüsləri tamamlayan geniş proqramlarla qeyd olunur.

Qeyd etmək lazımdır ki, BMT tərəfindən təsis edilən Beynəlxalq Dostluq Günü bu mövzuda yeganə bayram deyil. Belə ki, 9 iyun – Beynəlxalq Dostlar Günü, 25 iyun – Slavyan Xalqlarının Dostluğu və Birliyi Günü, 26 sentyabr isə Köhnə Dostlarla Görüş Günü kimi qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın dövlət borcu ÜDM-in 18,2 faizinə bərabərdir

12:00
30 İyul

Cinlitəpədə Neolit dövrünə aid arxeoloji tapıntılar aşkar edilib

11:52
30 İyul

Azərbaycan nefti 98 dollardan baha satılır

11:45
30 İyul

Bu il insan alveri qurbanı və potensial insan alveri qurbanı olan 25 nəfərə sosial-reabilitasiya xidmətləri göstərilib

11:38
30 İyul

Avropa Liqası: Bu gün "Qarabağ" səfərdə Bolqarıstan klubu ilə qarşılaşacaq

11:31
30 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub  

11:24
30 İyul

Mərkəzi Asiya-Azərbaycan: Tarixinin ən yüksək səviyyəsinə çatan Azərbaycan-Qırğızıstan münasibətləri 

11:17
30 İyul

Bu gün Beynəlxalq Dostluq Günüdür

11:10
30 İyul

Çempionlar Liqası: "Fənərbağça" növbəti mərhələyə vəsiqə qazanıb

11:03
30 İyul

Tramp: Zelenskiyə müharibəyə son qoymaq istədiyimi dedim

10:56
30 İyul

Dünya iqlim fəlakətləri ilə üz-üzədir

10:34
30 İyul

Kənd turizmi - əlçatan, rahat və səmərəli istirahət

10:27
30 İyul

Qələmi ilə millətə xidmət edən ziyalı

10:20
30 İyul

Tovuz fareli

10:13
30 İyul

Ənənə davam edir

10:06
30 İyul

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

09:59
30 İyul

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

09:52
30 İyul

Naxçıvanda fiber-optik şəbəkə qurulur

09:45
30 İyul

Vətəni qorumaq şərəfli peşədir

09:38
30 İyul

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

09:31
30 İyul

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!