30 İyul 2026 18:11
195
İQTİSADİYYAT
A- A+
Ekspert: Mərkəzi Asiya respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycandan keçir

Ekspert: Mərkəzi Asiya respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycandan keçir


Mərkəzi Asiya respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası və inkişafı üçün nəqliyyat və logistikaya böyük ehtiyacları var. Azərbaycanın coğrafi mövqeyi və bu respublikalarda yaşayan xalqlarla eyni kökə mənsubluğu əlaqələrin səmimi və dostluq üzərində qurulmasını şərtləndirən əsas amildir. Tərəflərin praqmatik siyasəti qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha səmərəli edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda fəaliyyət göstərən Özbəkistan Ticarət evinin direktoru, iqtisadçı Ramin Şərifov deyib.

O bildirib ki, son illər ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyaya maraq göstərməsi qlobal siyasətdə baş verən transformasiya ilə əlaqədardır: “Bu gün dünyanın ən qüdrətli dövlətlərindən biri olan ABŞ gələcəkdə də gücünü qoruyub saxlamaq niyyətindədir ki, bu da rəsmi Vaşinqtonun dünyanın müxtəlif regionlarına nüfuz etməsi ilə müşahidə olunur. Maraq doğuran məsələ isə ondan ibarətdir ki, ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyaya olduqca praqmatik yanaşaraq iqtisadi əməkdaşlığı əsas götürür. Əlbəttə ki, iqtisadi inkişaf tərəfləri maraqlandıran prioritet məsələdir. Mərkəzi Asiya yalnız Azəərbaycan vasitəsi ilə qlobal iqtisadiyyata inteqrasiya oluna bilər. Bunun üçün nəqliyyat dəhlizləri artıq fəaliyyət göstərir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Mərkəzi Asiyanı təkcə Azərbaycan ilə deyil, Avropa daxil olmaqla Qərb ilə birləşdirir. Bunu ABŞ də yaxşı bilir. Ona görə də bu dövlətlərin inkişafına sərmayə yatırmaq və onların inkişafa nail olmaları üçün addımlar atır”.

İqtisadçı vurğulayıb ki, ABŞ Dövlət Departamenti 201 milyon dollar büdcəsi olan TRIPP+ (Sülh və İnkişaf Naminə Tramp Yolu) fondu yaradıb: “Fondun yaradılmasında məqsəd Cənubi Qafqaz və Mərkəzi Asiyada həyata keçirilən beynəlxalq iqtisadi layihələri maliyyələşdiməkdir. Bu fond Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistana nəqliyyat infrastrukturu yaratmaq və genişləndirmək üçün qrant verə, sərmayə yatıra bilər. Bununla yanaşı, fondun enerji istehsalı və nadir yer metallarının hasilatı üçün aparılan qazıntı işlərini də maliyyələşdirmək imkanı var. ABŞ-nin İnkişaf və maliyyə korporasiyası “TRIPP Development Company” adlı şirkət yaratmağı planlaşdırır. Bu şirkət Bakı ilə Naxçıvan və Türkiyəni bilrləşdirəcək Zəngəzur dəhlizinin tikilməsi üçün nəzərdə tutulan işləri həyata keçirəcək. ABŞ-nin bu addımı təsadüfi xarakter daşımır. Hazırda Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən Orta Dəhlizin yükaşırma gücü 5 milyon tondur. Lakin 2030-cu ilə kimi dəhlizin gücünün 11 milyon tona yüksəldilməsi nəzərdə tutulub ki, bunun üçün də əlavə infrastruktur layihələrin reallaşdırılması lazımdır. Bunlardan biri Zəngəzur dəhlizidir”.

“Mərkəzi Asiya regionu qlobal yaşıl enerji keçidi və yüksək texnologiyalar üçün zəruri olan uran, litium, volfram, molibden və nadir torpaq metalları ilə zəngindir. Yeni texnologiyaların və süni intellektin inkişafı üçün zəruri olan bu metalların dünya bazarına çıxarılması zərurətini başda Prezident Donald Tramp olmaqla, ABŞ-nin iqtisadi elitası başa düşür və bundan faydalanmağa çalışır ki, bu da həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya respublikalarının milli maraqlarına cavab verir. Avrasiya İnkişaf Bankının hesablamasına görə, 2026-cı ilin birinci yarısında Mərkəzi Asiya respublikalarının ümumi iqtisadi həcmi 600 milyard dolları ötüb ki, bu da çox yüksək göstəricidir. Ümumi daxili məhsul (ÜDM) istehsalı isə 6,5 faiz artıb. Xarici təsirlərin mənfi xarakter daşımasına baxmayaraq, bu inkişaf təqdirəlayiqdir. Nadir yer metallarının dünya üzrə ehtiyatının 38 faizi Mərkəzi Asiyada yerləşir. Bunların işlənməsi və dünya bazarına çıxarılması üçün isə qeyd etdiyimiz kimi nəqliyyat dəhlizinə böyük ehtiyac var və ABŞ bunu təmin etməyə hazırdır. Hazırda Orta Dəhliz tam gücü ilə fəaliyyət göstərir. Lakin Zəngəzur dəhlizinin də istismara verilməsi imkanları daha da genişləndirəcək. Region dövlətləri dəhlizdən istifadə edərək qlobal iqtisadi proseslərə qoşulacaq. ABŞ isə regiona sərmayə yatırmaqla qarşılıqlı iqtisadi səmərə qazanmaqla yanaşı, regionda sülhün dayanıqlı olmasına təminat verəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 

18:51
30 İyul

Dünya çempionatı: Azərbaycan güləşçisi təsəlliverici görüşə vəsiqə qazanıb

18:44
30 İyul

Deputat: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türk dünyasının inteqrasiyasını sürətləndirən aparıcı aktordur  

18:35
30 İyul

Azərbaycan və İran gömrük xidmətləri tranzit daşımalarının sürətləndirilməsi ilə bağlı razılığa gəliblər

18:28
30 İyul

Professor: Dövlət dilindən düzgün istifadə milli məsuliyyət və ictimai mədəniyyət göstəricisi kimi qəbul edilməlidir

18:21
30 İyul

Qaradağ rayonunda gənclərlə görüş keçirilib

18:14
30 İyul

Ekspert: Mərkəzi Asiya respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycandan keçir

18:11
30 İyul

Azərbaycanda sığorta məhsullarının çeşidliliyi artırıla bilər

18:04
30 İyul

Siyasi şərhçi: Qarabağda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün təcrübə formalaşdırır 

17:57
30 İyul

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

17:50
30 İyul

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

Milli Məclisin sədri Efiopiyaya rəsmi səfəri çərçivəsində bir sıra ölkələrin səfirləri ilə görüşüb

16:43
30 İyul

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

16:35
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!