30 İyul 2026 15:21
261
SİYASƏT
A- A+
Azərbaycan məqsədyönlü dövlət siyasəti sayəsində Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib

Azərbaycan məqsədyönlü dövlət siyasəti sayəsində Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib


Beynəlxalq təchizat zəncirlərində yaranan problemlər və ticarətin yeni marşrutlara ehtiyacı Orta Dəhlizin əhəmiyyətini artırır. Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropanı birləşdirən bu nəqliyyat marşrutu alternativ yol olmaqla yanaşı, qlobal logistikanın əsas istiqamətlərindən biridir. Azərbaycan əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti sayəsində Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, yenilənən avtomobil və dəmir yolu şəbəkələri ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bunun nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı logistika körpüsü rolunu daha da möhkəmləndirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, son dövrlərdə Orta Dəhlizin inkişafı istiqamətində mühüm addımlar atılır. Belə ki, yükdaşımalar rəqəmsallaşdırılır, “vahid pəncərə” informasiya sistemi tətbiq olunur, gömrük prosedurları sadələşdirilir, liman və dəmir yolu infrastrukturu genişləndirilir, həmçinin Azərbaycan, Qazaxıstan, Gürcüstan və digər tərəfdaş ölkələr arasında koordinasiya gücləndirilir. Bu tədbirlər yükdaşımaların sürətini artırmaqla yanaşı, marşrutun rəqabət qabiliyyətini də yüksəldir. Təsadüfi deyil ki, Çindən Azərbaycana və əks istiqamətdə həcmlər artır. Söhbət dəniz limanının imkanlarının demək olar iki dəfə artırılmasından gedir. Orta Dəhlizin inkişafı Azərbaycanın iqtisadiyyatına da mühüm töhfə verir. Tranzit gəlirlərinin artması, logistika sektorunda yeni iş yerlərinin yaradılması, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb olunması ölkənin iqtisadi dayanıqlığını gücləndirir. Eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzu yüksəlir və ölkə regional əməkdaşlığın əsas mərkəzlərindən biri kimi statusunu möhkəmləndirir.

Könül Nurullayeva qeyd edib ki, Avropa üçün Orta Dəhliz enerji, xammal və kritik mineralların Mərkəzi Asiyadan təhlükəsiz şəkildə Avropaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, Orta Dəhlizin əhəmiyyətinin gündən-günə artması Azərbaycanın strateji mövqeyini daha da gücləndirəcək. İnfrastruktur layihələrinin davam etdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi sayəsində ölkəmiz gələcək illərdə Avropa ilə Asiya arasında əsas nəqliyyat və logistika mərkəzləri statusunu qoruyub saxlayacaq. Bu isə həm iqtisadi inkişaf, həm də regional sabitlik baxımından Azərbaycan üçün yeni imkanlar yaradacaq. Avropanın da ümumi yanaşması bundan ibarətdir ki, Orta Dəhliz XXI əsrdə Avropa ilə Asiyanı birləşdirən ən perspektivli nəqliyyat marşrutlarından biridir. Bu dəhliz Avropanın iqtisadi dayanıqlığını, enerji təhlükəsizliyini və təchizat zəncirlərinin etibarlılığını gücləndirən strateji layihə kimi qiymətləndirilir. Ən vacibi isə budur ki, bu dəhliz Azərbaycanın mühüm tranzit rolunu ön plana çıxarır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk ekspert: Azərbaycanın balanslaşdırılmış diplomatiyası Orta Dəhlizin təhlükəsizliyinin əsas təminatlarından biridir

16:07
30 İyul

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

16:00
30 İyul

Azərbaycan Çində beynəlxalq elmi konfransda təmsil olunub

15:55
30 İyul

Avqust ayına olan hava proqnozu açıqlanıb

15:49
30 İyul

Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş Bürkut təbii yaşayış arealına qaytarılıb

15:42
30 İyul

Nikol Paşinyan Nazirlər Kabinetinin son iclasını keçirib

15:35
30 İyul

İsti hava bu il Almaniyada 9800 nəfərin həyatına son qoyub

15:28
30 İyul

Azərbaycan məqsədyönlü dövlət siyasəti sayəsində Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib

15:21
30 İyul

Məktəbəhazırlıq qruplarına 16 mindən çox uşaq qeydiyyatdan keçib

15:14
30 İyul

IEA: 2026-cı ilin ikinci rübündə elektromobil satışlarında ciddi artım qeydə alınıb

15:07
30 İyul

Məktəblilərimiz Avropa İnformatika Olimpiadasından üç medalla qayıdıblar

15:00
30 İyul

Dunay çayında suyun səviyyəsinin enməsi mamont qalıqlarını üzə çıxarıb

14:55
30 İyul

Hazırkı geosiyasi reallıqlar fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artacaq 

14:49
30 İyul

Qadınlar və uşaqlar insan alverinin əsas qurbanlarıdır

14:42
30 İyul

İsti havalarda sərin qalmaq üçün necə geyinməli

14:35
30 İyul

Çin robotları Böyük Britaniyanın pərakəndə satış sektorunu dəyişdirir

14:28
30 İyul

Müalicə zamanı qadınlar həyat keyfiyyətini, kişilər isə uzun ömrü seçir

14:21
30 İyul

Avropada bağlanmış nüvə və kömür elektrik stansiyaları batareya mərkəzlərinə çevrilir

14:14
30 İyul

Avropa İttifaqında kommersiya avtomobillərinin satışı artıb

14:07
30 İyul

ABŞ-də donor qan ehtiyatları kəskin azalıb

14:00
30 İyul

Mütəxəssis: İsti hava bəzi dərmanların orqanizmə təsirlərini dəyişdirə bilər

13:55
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!