24 Yanvar 2025 18:48
304
DÜNYA
A- A+
Belarus Prezidenti 15 məhbusu əfv edib

Belarus Prezidenti 15 məhbusu əfv edib


Belarus Prezidenti Aleksandr Lukaşenko 15 məhbusu əfv edib. Dövlət başçısı müvafiq Fərmanı yanvarın 24-də imzalayıb.

AZƏRTAC “BELTA”ya istinadla xəbər verir ki, ekstremist fəaliyyətlərinə görə həbs edilmiş beş qadın və üç kişi əfv olunub. Onlardan beş nəfərin uşağı var, bir qadın isə hamilədir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə məhkum olunmuş yeddi nəfər (o cümlədən üç qadın) artıq əfv olunub. Məhkumlardan altı nəfər cinayəti yetkinlik yaşına çatmamış vaxtda törədib. Yetkinlik yaşında cinayət törədən bir nəfərdə onkoloji xəstəlik aşkar edilib.

Belarus Prezidenti onilliklər ərzində humanizm prinsiplərinə əsaslanaraq 293 nəfəri əfv edib, onların 89 nəfəri qadın, 17 nəfəri isə cinayəti yetkinlik yaşına çatmamış törədənlərdir.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!