27 May 2023 01:59
20938
MSK
A- A+
Azərbaycan Respublikasında 2023-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi,  təsdiq olunması və ictimailəşdirilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasında 2023-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi,  təsdiq olunması və ictimailəşdirilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 3/8

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 46-cı maddəsinin tələblərinə əsasən, hər ilin əvvəlindən başlayaraq daimi seçici siyahıları müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib edildikdən sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra -  Mərkəzi Seçki Komissiyası) təqdim edilməli, bununla əlaqədar müvafiq iş aparıldıqdan sonra həmin siyahılar may ayının 30-dək müvafiq məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunmalı və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşdirilməlidir.
Cari ilin seçici siyahılarının tərtib edilməsi işi Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada aparılaraq yekunlaşdırılmış, onların aşağı seçki komissiyaları tərəfindən təsdiq olunması və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilməklə ictimailəşdirilməsi mərhələsi başlanmışdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 46.1-ci və 46.12-ci maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikasında 2023-cü ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin.
2. Tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.
3. Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin.
4. Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və dairə seçki komissiyalarına həvalə edilsin.
5. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
 
Sədr     Məzahir Pənahov
Katib     Arifə Muxtarova 
Katib     Mikayıl Rəhimov

26.05.2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!