15 Sentyabr 2024 02:50
4888
MSK
A- A+
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası - Qərar № 43/221

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası - Qərar № 43/221


Qərar № 43/221


2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 81 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd Dadaşov Rəşad Rufiq oğlu 2024-cü il sentyabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət etmiş, seçki günü həmin seçki dairəsinin əksər seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia edərək seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 26/65 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını və müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırmada və komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

R.R.Dadaşov müraciətində seçkiqabağı təşviqat dövründə namizədlərə qeyri-bərabər şərait yaradıldığını, seçkiqabağı təşviqat kampaniyası zamanı qanun pozuntularına yol verildiyini, lider namizədin seçiciləri ələ almağa cəhd etdiyini, onun xeyrinə inzibati resurslardan istifadə olunduğunu, seçkiqabağı görüşlərində dövlət müəssisələrində çalışan vətəndaşların iştirak etdiyini, seçki məntəqələrinin tərtibatının düzgün olmadığını, seçki günü seçki məntəqələrində müşahidəçilərin yerində olmadığını, müşahidə aparılması zamanı onlara maneələr yaradıldığını, səlahiyyəti olmayan şəxslərin seçki prosesinə müdaxiləsini, seçki qutularına birdən artıq bülleten atıldığını, səslərin müşahidəçilərin müşahidəsi olmadan səsvermə otağından kənarda sayıldığını, səsvermənin nəticələrinə dair tərtib edilmiş protokolların nüsxəsi tələb edilsə də, onlara təqdim edilmədiyini, məntəqə seçki komissiyası sədrlərinin protokolların nüsxələrini təqdim etmədən seçki məntəqəsini tərk etdiklərini, səslərin sayılması zamanı elan olunan nəticələrlə rəsmi nəticələrin uyğun gəlmədiyini və digər qanun pozuntularının olduğunu iddia edərək seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciəti ilə bağlı həmin dairə seçki komissiyası tərəfindən qəbul olunmuş qərarın ləğvini tələb etmişdir. O, müraciətinə bir ədəd elektron informasiya daşıyıcısı əlavə etmişdir.

Müraciətin seçkiqabağı təşviqatla bağlı hissəsi Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə verildiyindən bu hissədə araşdırma aparılmamışdır.

İddia edilən qanun pozuntuları ilə əlaqədar namizəd R.R.Dadaşovun şikayəti 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, araşdırmanın nəticəsi olaraq dairə seçki komissiyasının hazırda namizəd tərəfindən mübahisələndirilən 7 sentyabr 2024-cü il tarixli 26/65 saylı qərarı ilə müraciət əsassız olduğundan təmin edilməmişdir. 

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Müəyyən edilmişdir ki, R.R.Dadaşov səsvermə günü 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları ilə əlaqədar dairə seçki komissiyasına bir ədəd DVD disk təqdim etmişdir. Dairə seçki komissiyasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, namizəd seçki dairəsinin bütün seçki məntəqələrində qanun pozuntularının baş verməsini iddia etsə də, təqdim etdiyi DVD diskdə yalnız 3 seçki məntəqəsində baş verməsi iddia olunan görüntülər əks olunmuşdur. Dairə seçki komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupu tərəfindən 2, 34 və 36 saylı seçki məntəqələrində baş verməsi iddia olunan 5 ədəd videogörüntüyə baxış keçirilmiş, görüntülərdə seçicilərin iradəsinə hər hansı formada təsir edə biləcək hallar müşahidə olunmamışdır.

Dairə seçki komissiyasında aparılan araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini öz təşəbbüsü ilə müşahidə etmiş, həmçinin müxtəlif siyasi maraqları təmsil edən müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizədlər tərəfindən verilmiş izahatlarda və videogörüntülərdə səsvermə günü seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları öz təsdiqini tapmadığından, dairə seçki komissiyası namizədin müraciətini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma zamanı namizəd R.R.Dadaşovun iştirakı ilə şikayətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısında olan 37 videogörüntüyə və 11 fotoşəkilə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, videogörüntülərdən 6-sı, fotoşəkillərdən isə 4-ü seçkiqabağı təşviqat mərhələsinə, digərləri isə əsasən namizədin özü və vəkil edilmiş şəxsi tərəfindən səsvermə günü müxtəlif seçki məntəqələrində və onların ətrafında çəkilmiş görüntülərdir. 

Qeyd edilən videogörüntülərdən 5-i dairə seçki komissiyasında araşdırılmış və qanun pozuntusu halları müəyyən edilməmişdir.

Seçki dairəsinin 14 saylı seçki məntəqəsində səslərin sayılması prosesində 4 ədəd səsvermə bülleteninin etibarsız olması barədə məlumatın əks olunduğu videogörüntü ilə əlaqədar həmin məntəqə seçki komissiyasının üzvlərindən alınmış izahatlardan müəyyən edilir ki, Seçki Məcəlləsinin 106.4-cü maddəsinin tələblərinə uyğun olaraq məntəqə seçki komissiyası tərəfindən həmin bülletenlərdəki səslərin etibarsız olub-olmaması məsələsi müzakirə edilərək səsvermə yolu ilə səslərin etibarlı olması qərara alınmış və həmin səslər müvafiq namizədlərin səslərinə əlavə edilmişdir. 

Araşdırma ilə təqdim edilmiş digər videogörüntülərdə əks olunmuş iddia edilən qanun pozuntuları da öz təsdiqini tapmamışdır. 

Beləliklə, məlum olmuşdur ki, namizəd R.R.Dadaşovun səsvermə günü baş verməsini iddia etdiyi qanun pozuntuları ilə əlaqədar müraciətinə dairə seçki komissiyası qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış və müvafiq qərar qəbul etmişdir.

Müraciətdə iddia edilən digər qanun pozuntularına dair göstərilən hallar aparılmış araşdırma ilə öz təsdiqini tapmamış, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə seçkilər qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir.

Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

Beləliklə, araşdırma ilə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd R.R.Dadaşovun müraciətinin təmin edilməsi üçün hüquqi əsaslar olmadığından müraciət təmin edilməməli, həmin seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 26/65 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Dadaşov Rəşad Rufiq oğlunun 11 sentyabr 2024-cü il tarixli 81 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 26/65 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


14.09.2024


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında təmsil olunacaq  

13:32
22 Noyabr

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!