18 İyun 2025 09:00
812
İDMAN
A- A+
Arzusu dünya və Olimpiya çempionu olmaqdır

Arzusu dünya və Olimpiya çempionu olmaqdır


Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Bu, əsasən ondan irəli gəlir ki, ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirilir, o sıradan gənc nəslin idmanın müxtəlif növlərinə olan marağını artırmaq üçün çoxsaylı idman qurğusu istifadəyə verilir, yerli və beynəlxalq tədbirlərdə iştirakçıları təmin edilir.

Yaşının az olmasına baxmayaraq, artıq xeyli vaxtdır idmanla məşğul olan Eldar Vəlizadə gələcəkdə tanınmış idmançı olmaq üçün əzmlə çalışan və indidən müxtəlif səviyyələrdə keçirilən yarışlarda uğurlara imza atan yeniyetmələrdəndir. 3 yaşı olanda idmana böyük maraq göstərdiyini hiss edən atası Firudin onu Gəncədəki Olimpiya İdman Klubuna gətirərək cüdo üzrə məşqçi Araz Muxtarovun dərnəyinə yazdırıb. Cəmi 4 yaşı olanda - 2017-ci ildə Gəncə Olimpiya İdman Klubunun açıq birinciliyində 1-ci yerə çıxaraq idmanda ilk qələbəsini qazanan Eldar ikinci qələbəsini də tez - cəmi bir il sonra cüdo üzrə şəhər birinciliyində qazanıb. 6 yaşında - 2019-cu ildə isə Şəkidə keçirilən yarışda qalib olub, həmyaşıdlarına nümunə göstərilib. 

Eldar məşqçisinin məsləhətlərinə əməl etməklə cüdonun bütün sirlərinə yiyələnməyi qarşısına məqsəd qoyub. O, Gəncədə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. 2019-cu ilin dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş şəhər birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq yarışların diplomunu və medalını alıb. 2020-ci ildə Zəfər gününə həsr edilmiş yarışın da birincisi olan Eldar ən böyük uğurunu 2022-ci ildə qardaş Türkiyədə keçirilən beynəlxalq turnirdə qazanıb. Həmin yarışda erməni idmançıya qalib gələn cüdoçumuz ikinci yerə çıxaraq gümüş medala layiq görülüb. O, həmçinin dəfələrlə Azərbaycan Cüdo Federasiyası tərəfindən keçirilən kəmər dərəcələri üzrə yarışlarda məşqçilərinin ümidlərini doğruldub.

Gəncənin bu kiçik cüdoçusunun gələcəklə bağlı böyük arzuları var. Söhbət zamanı o, dərslərinə də çox ciddi hazırlaşdığını və gələcəkdə ali təhsil almaq arzusunda olduğunu bildirdi. Lakin gələcək karyerasını idmanda gördüyünü söylədi. Çünki həyatını idmansız təsəvvür etmir. Ən böyuk arzusu isə dünya və Olimpiya çempionu olmaqdır. 


S.YUNİSOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!