10 Yanvar 2025 09:05
184
SİYASƏT
A- A+
Anti-COP29 kampaniyası Yelisey sarayından yönləndirilirdi

Anti-COP29 kampaniyası Yelisey sarayından yönləndirilirdi


Azərbaycan bütün qarayaxmalara qalib gələrək gücünü dünyaya nümayiş etdirdi


"2024-cü ilin iyul ayından etibarən media və sosial şəbəkələr üzərindən erməniəsilli və ermənipərəst şəxslər tərəfindən sistemli şəkildə Azərbaycanın COP29-a evsahibliyi etməsi əleyhinə siyasi motivli baykot kampaniyasına çağırışlar eşidilməyə başlandı. Bu kampaniyanın məqsədi Azərbaycanın uğurlarına və beynəlxalq nüfuzuna kölgə salmaq, onun daxili və xarici siyasətinə dair faktları təhrif etməklə ölkəyə təzyiq göstərmək idi".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, Azərbaycana qarşı siyasi təzyiq həm də bəzi dairələr tərəfindən öz gündəliklərini irəlilətmək üçün edilib. Anti-COP29 kampaniyası öncədən müəyyən edilmiş saatlarda, hazırlanmış materiallarla, verilən həştəqlər, tezislər üzrə mütəmadi  aparılırdı. Bu da sistemli və şəbəkələşmiş yanaşmanın əsas sübutu kimi qəbul edilə bilər. Ümumiyyətlə, anti-COP29 kampaniyası illərdir ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının davamı, onun tərkib hissəsi idi. "Anti-Azərbaycan kampaniyalarında fəal iştirak edən şəxslərin eyni zamanda anti-semitist, ultra-milliyətçi meyillərə malik olması da təsadüfi deyildi. Bu kampaniyada iştirak edənlər əsasən Yelisey sarayından yönləndirilirdi. Bütün bunlar araşdırılıb, məlumatlar təhlil edilib və aşkara çıxarılıb", - deyə o bildirib. 

Deputat qeyd edib ki, "X" platforması üzərindən aparılan kampaniyada 3 qrup müəyyən edilib. 1-ci qrup Amerikadan olan, 2-ci Fransadan olan ermənilər, 3-cüsü isə "bot" profillər - yeni yaranmış, təsadüfi ad seçilmişlər idi. Paylaşımlarda bir sistemlilik və eyni tezislər olduğu üçün "X" da onları spam kimi işarələyir. Bundan əlavə, paylaşımlarda anti-Türkiyə və PKK lehinə materiallar da əks olunur. 

P.Vəliyeva bildirib ki, media kampaniyalarından əlavə, ölkəmiz Qərb dövlətləri və təşkilatları tərəfindən də boykot kampaniyasına məruz qalıb: "COP29-a evsahibliyi dövründə ABŞ senatorları (2 dəfə), Avropa Parlamenti, Luksemburq Deputatlar palatası, Belçikanın Federal, Flaman, Valon və Brüssel parlamentlərinin üzvləri tədbirin Azərbaycanda keçirilməsinin baykot edilməsi təşəbbüskarları kimi  çıxış edərək ölkəmizin nüfuzuna qəsdən zərər vurmağa çalışmışlar. Bu xüsusda Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmiz əleyhinə bəyanat və qətnamələrə qarşı bəyanatlarla öz mövqeyini ortaya qoyub.

Deputat vurğulayıb ki, Qərb dövlətləri və onların korrupsioner institutları, qeyri-hökumət təşkilatları, eləcə də Qərb mediası beynəlxalq ictimaiyyəti manipulyasiya etmək iddiası ilə çıxış edərək, konfransda dövlət, hökumət başçılarının iştirakının qarşısını almaq və konfransı absurd ittihamlarla siyasiləşdirmək məqsədi güdüb: "Qərb ölkələri tərəfindən maliyyələşdirilən lobbiçilər öz ölkələrinin iqlim öhdəliklərini yerinə yetirmədikləri halda, inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyini təmin etmək əvəzinə, BMT-nin iqlim konfransından fürsət kimi istifadə etməklə məsələni siyasiləşdirmiş və COP29 sədrliyini ittiham etmişdilər. Cənab Prezident yerli televiziya kanallarına müsahibəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin COP29-da iştirakdan son anda imtina etməsini bildirdi. Lakin Avropa Komissiyası bundan öncəki COP-larda hər zaman iştirak edib və müəyyən rol oynayıb. Çünki Avropa İttifaqı (Aİ) iqlim maliyyələşməsində ən böyük donordur, hətta ABŞ-dən və digər Qərb ölkələrindən belə daha çox maliyyə dəstəyi bu təşkilatdan gəlir. Həmçinin "yaşıl enerji"yə keçid istiqamətində Aİ aparıcı rola malikdir".

Siyasətçi bildirib ki, Avropa İttifaqında ən vacib struktur Avropa Komissiyasıdır ki, bütün ciddi qərarlar da bu komissiya tərəfindən qəbul edilir. Komissiya rəhbərliyi bundan öncəki COP-larda konfransa hər cür dəstək verirdi. Amma Azərbaycana gələndə Ursula Fon der Lyayen son anda gəlməkdən imtina etdi. Bu, əlbəttə ki, siyasi səbəblərlə əlaqəlidir. O, COP29-a qarşı aparılan qeyri-rəsmi "baykot siyasətinin" qurbanı oldu. Onun hətta panel sessiyasında iştirakı təsdiq edilmişdi.  Bununla belə, Azərbaycan davamlı inkişaf prinsipləri üzrə öhdəliklərə nail olmaq qabiliyyətini hər şəkildə nümayiş etdirdi. Bunu uğurlu COP29 konfransının keçirilməsi də təsdiqlədi.

"Yeni İqlim Maliyyə Məqsədinin qəbulu iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə transformativ bir addımdır. Bu iddialı hədəfin dünyanın iqlim böhranını həll etmək üçün resursları səfərbər etməsi ilə bağlı çevik və geniş təsirləri olacaq. İtki və Zərər Fondu işlək vəziyyətə gəldi və COP 2025-ci ildən bu fondun tam təşəkküllü fəaliyyətə başlaması üçün konsensus əldə etdi. COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər", - deyə deputat əlavə edib. 

Ölkəmizin enerji səmərəliliyini artırdığını vurğulayan P.Vəliyeva Azərbaycanın beynəlxalq arenada məsuliyyətli və etibarlı tərəfdaş kimi nüfuzunu möhkəmləndirdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan ekoloji və iqlim siyasətində lider, eləcə də qlobal səhnənin mühüm aktoru kimi öz mövqeyini möhkəmləndirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nyu-York məhkəməsi Trampa hökm oxuyub  

20:07
10 Yanvar

Nazir Məcnun Məmmədov Beyləqanda vətəndaşlarla görüşüb

20:07
10 Yanvar

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

20:06
10 Yanvar

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xandan

20:05
10 Yanvar

“TEKNOFEST KKTC 2025” texnologiya müsabiqəsinə müraciətlər başlayıb

20:04
10 Yanvar

Seyşel Adaları Respublikasının Prezidenti Vavel Ramkalavandan

18:22
10 Yanvar

Bakı Zooloji Parkının yeni sakini “Simba” adaptasiya prosesini tamamlayıb

18:21
10 Yanvar

Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

18:20
10 Yanvar

Peşə təhsili müəssisələri məzunlarının məşğulluq göstəriciləri təhlil ediləcək

18:19
10 Yanvar

Ukraynalı politoloq: Heç kim Trampdan müharibənin dərhal həll edəcəyini gözləmir  

17:43
10 Yanvar

Belçikanın baş naziri zəhərli məktublar alıb

17:42
10 Yanvar

“Politico”: ABŞ-nin Qrenlandiyaya hücumu tarixdə ən qısa müharibə olacaq  

17:41
10 Yanvar

Millimiz yoldaşlıq oyununda gücünü sınayacaq

17:40
10 Yanvar

Olimpiya çempionunun adı Şöhrət Zalına daxil olub

17:34
10 Yanvar

Kanada Liberal Partiyasının yeni liderinin seçkiləri martın 9-da keçiriləcək

17:31
10 Yanvar

Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatına evsahibliyi edə bilər   

17:30
10 Yanvar

Los-Anceles polisi meşə yanğını hadisəsində şübhəlini həbs edib

17:25
10 Yanvar

Kreml: Rusiya prezidenti Donald Trampla görüşməyə hazırdır

17:21
10 Yanvar

Baş prokuror Salyanda vətəndaşların müraciətlərini dinləyib  

17:20
10 Yanvar

Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

17:20
10 Yanvar

Hakan Fidan: Ötən ilin ən əhəmiyyətli hadisələrindən biri Suriyada 61 illik rejiminin çökməsi oldu  

17:18
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!