06 Sentyabr 2024 12:07
2481
Səhiyyə
A- A+
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir

Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir

 

Xalq arasında “dovşan dodaq” və “qurd ağız” kimi tanınan, anadangəlmə dodaq-damaq yarıqları yenidoğulanlar arasında üz-çənə nahiyəsinin inkişaf anomaliyalarına aiddir. Dodaq və damağın düzgün formalaşmaması nəticəsində (bətndaxili inkişaf vaxtı) yaranan bu qüsurları həm funksional, həm də estetik problemlərə səbəb ola bilir. Bu problemlər arasında udma, nitq pozuntuları, eşitmə problemləri, tənəffüs, həzm sisteminin patologiyaları, dişlərin düzgün çıxmaması kimi hallar üstünlük təşkil edir.

İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən anomaliyaların yaranmasının fərqli səbəbləri olsa da, əsasən genetik və xarici faktorların birgə təsiri ilə əlaqədar olduğu düşünülür. Hamiləlik dövrünün problemli keçməsi (davamlı stres amillərinin təsiri və s.), qohum evliliyi, hamiləlik dövründə ananın zərərli vərdişləri (siqaret, alkoqol və narkotik), bəzi dərman preparatlarının qəbulu, vitamin çatışmazlığı – xüsusilə fol turşusu əskikliyi, hamiləlik dövründə ananın müxtəlif infeksion xəstəliklərə yoluxması, radiasiya və s. kimi əlverişsiz ətraf mühit faktorlarının təsirinə məruz qalması adıçəkilən inkişaf qüsurlarının yaranmasında əsas səbəblər arasında yer alır. Anadangəlmə dodaq və damaq yarıqlarının meydana gəlməsində genetik meyillilik də mühüm yer tutur. Belə ki, ailəsində bu cür anomaliyası olan şəxslərin uşaqlarında bu hallara daha çox rast gəlinir.

Bu anomaliyaların yeganə müalicə üsulu cərrahi müdaxilədir. Həmin cərrahi əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. İcra edilən əməliyyatlar “dovşan dodaq” və “qurd ağız” qüsurlarını aradan qaldırmaqla yanaşı, uşaqların həyat keyfiyyətini bərpa edir, gələcəkdə onların cəmiyyətdən sosial təcrid olunmasının qarşısını alır. Bu əməliyyatlar uşaqların sosial həyata daha yaxşı inteqrasiyası, sağlam həyat və sağlam gələcək qurması üçün vacib əhəmiyyət kəsb edir.

Qeyd edək ki, “dovşan dodaq” və “qurd ağız” kimi anadangəlmə inkişaf qüsurlarının diaqnostikası hamiləlik dövründə mümkündür. Ana bətnində ikən bu xəstəliklərin erkən diaqnostikası üçün ultrasəs müayinə və digər radioloji müayinələrdən istifadə edilir. Adıçəkilən anomaliyaların və digər xəstəliklərin erkən aşkar olunması üçün hamilə qadınların müntəzəm müayinə olunması vacibdir.

Anadangəlmə dodaq və damaq yarıqlarının bərpası əksər hallarda körpənin 3-18 aylığında aparılır. Bəzi hallarda korreksiya bir neçə mərhələ ilə aparıldığı üçün uşağın sonrakı yaş dövrlərində əlavə cərrahi müdaxilələrə ehtiyac yaranır. Bərpa əməliyyatından öncə ixtisaslı həkim müayinəsi, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, laborator və instrumental müayinələr, qan və ya qan komponentləri icbari tibbi sığorta tərəfindən tam təmin olunur. Həmçinin xəstənin və müşayiət edən şəxsin qidalanma xərcləri sığorta təminatına daxildir. Bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində həkim göstərişi əsasında həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!