07 Yanvar 2025 08:50
328
Səhiyyə
A- A+
2025-ci ilin sağlamlıq proqnozu

2025-ci ilin sağlamlıq proqnozu


Hər yeni ilin başlanğıcı yeni planlar, hədəflər, qərarlar deməkdir. Onların böyük bir qismi isə, şübhəsiz ki, sağlamlığımızla bağlıdır. Çünki yaxşı, xoşbəxt həyatın təməlində sağlamlıq dayanır. Sağlamlıq mütəxəssisləri bildirirlər ki, 2025-ci ilin ən çox haqqında bəhs edilən və diqqət çəkən sağlamlıq tendensiyası ötən il olduğu kimi, "sağlam və uzun ömür axtarışı" olacaq.

Optimal yaşlanma qocalmanı 80-90 yaşlarına qədər ertələmək, bioloji, psixoloji, koqnitiv, metabolik və immun qocalmanı xronoloji yaşa bərabərləşdirməkdir. Başqa sözlə desək, əsas məqsədlərdən biri qocalma prosesini yavaşlatmaqla gözlənilən ömür və sağlamlıq müddətini bərabərləşdirmək olacaq.

Türkiyəli professor Osman Müftüoğlunun sözlərinə görə, 2025-ci il DNT əsaslı fərdi sağlamlıq və ya daha aydın şəkildə epigenetik əsaslı həyat tərzi tövsiyələrinin çox tez-tez danışılacağı fərqli bir il olacaq. Epigenetikaya əsaslanan mikrobiom əsaslı fərdi qidalanma tövsiyələri, süni intellektə əsaslanan sağlamlıq müayinələri və qiymətləndirmələri, kök hüceyrə, ekzozom, peptid əsaslı müalicə yanaşmaları, yəni regenerativ tibbin inkişafı və qiymətləndirmələri bu ilin əsas sağlamlıq mövzularından olacaq.

Professor bildirib ki, cari ildə süni intellekt, texnoloji yenilik və rəqəmsal sağlamlıq cihazlarından daha çox istifadə ediləcək. "Biofeedback" cihazları, sinir stimullaşdırma, yuxu terapiyası üsulları və bir çox oxşar rəqəmsal texnologiyalar 2025-ci ildə daha tez-tez gündəmdə olacaq. Bir sözlə, İlon Maskın "neyron çip texnologiyası"na gedən yolu daha tez qısalacaq. 2025-ci il toxunulmazlığın transformasiyası ili olacaq və xüsusilə mRNA əsaslı xərçəng peyvəndləri, CRISPR və ya CART əsaslı bir çox xərçəng hədəfli immun tətbiqi və immunoterapiya üsulları istifadəyə veriləcək. Bir sözlə, bu ildə immun inqilabın müxtəlif elementlərini daha tez-tez görəcəyik.

Məlumdur ki, yaşa bağlı xəstəliklər qocalmanın keyfiyyətini azaldan ən mühüm "təxribatçı"lardır. 70-80 yaşdan yuxarı hər iki insandan birində ən azı 1, çox vaxt 2 və hətta 3 xroniki xəstəliyi (Altsheymer, Parkinson, diabet, hipertoniya, ateroskleroz, piylənmə, revmatizm və xərçəng) var. 2025-ci il müasir tibbin bu xəstəlikləri hələ molekulyar səviyyədə, yəni səbəb olduğu hüceyrə pozulmalarının ilkin mərhələlərində aşkar edib aradan qaldırmağa yönəlmiş tədqiqatlara diqqət yetirəcəyi bir il kimi gözlənilir. Koqnitiv və fiziki qocalma ilə yanaşı, emosional və sosial qocalma əleyhinə problemlər də gündəmdə qalacaq.

2025-ci il tibbin elmi təbabətlə barışdığı il olacaq. Çünki elmi tibb meditasiyadan akupunkturaya, yoqadan ozon terapiyasına, qırmızı işıq terapiyasından hiperbarik oksigen tətbiqlərinə, sauna və kriyoterapi seanslarından maqnit terapiyasına qədər bir çox tamamlayıcı, ənənəvi sağlamlıq yanaşmasının nə vaxt və necə tətbiq ediləcəyinə və faydalanılacağına daha çox vaxt sərf edəcək. Nəticədə biz bütöv sağlamlıq sahəsində əhəmiyyətli inkişaflar yaşayacağıq.

Estetika sahəsində bu il də böyük dəyişikliklər gözlənilir. İlk dəfə 2025-ci ildə "estetik biotexnologiya" və "hightech nanomolekulyar tətbiqlər və məhsulları" özündə birləşdirən möhtəşəm dəyişiklikləri görəcəyik. Dərin estetika, matris terapiyası kimi çox yeni anlayışlar tətbiq olunacaq.

Bu ilin sağlamlıq inqilablarından biri də sağlam səyahətlər sahəsində yaşanacaq. Sürətli səyahətlər yavaş səyahətlərlə, şəhər turları təbiət turları ilə, rekreasiya turizmi isə fəaliyyət turizmi ilə əvəz olunacaq. Bunun səbəbi rasional səyahət planlaşdırma dəyişikliklərinin faydalarını göstərən bir çox elmi araşdırmaların həyata keçirilməsidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 

00:49
09 Yanvar

“Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:46
09 Yanvar

“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında

00:45
09 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:41
09 Yanvar

Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb  

22:58
08 Yanvar

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenilənir

22:38
08 Yanvar

Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

21:34
08 Yanvar

XİN: İrqçi-şovinist məfkurə hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib

21:33
08 Yanvar

Ukraynanın Zaporojye şəhərinə aviazərbə endirilib, ölənlər var 

21:32
08 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:31
08 Yanvar

Azərbaycan millisinin daha bir üzvü Avropanın ən yaxşısı seçilib  

21:09
08 Yanvar

AZAL Kazan istiqamətində bütün uçuşları dayandırıb

21:07
08 Yanvar

Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

20:29
08 Yanvar

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

20:11
08 Yanvar

Qahirədə Misir, Yunanıstan və Kipr liderlərinin üçtərəfli sammiti keçirilib

19:46
08 Yanvar

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monako Knyazlığına təhvil verib  

19:23
08 Yanvar

“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq  

19:10
08 Yanvar

Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb

19:08
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!