“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2023–2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində Dübəndi-Zirə-Gürgən-Zirə Dəniz Limanı dəmiryol xətti (21 kilometr) yenidən qurulub, Gürgən və Zirə Limanı arasında 9 kilometr uzunluğunda yeni dəmiryol xətti çəkilib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, qeyd olunan infrastruktur quruculuğu Zirə Limanından ilk dəfə dəmir yolu ilə tranzit yüklərin daşınmasına imkan yaradıb.
İlkin mərhələdə 13 min tona yaxın yükün daşınmasına başlanılıb. Mərkəzi Asiyadan göndərilmiş kükürd yükü qatarla Avropa istiqamətinə yola salınacaq.
Ümumilikdə Zirə limanından dəmir yolu ilə ay ərzində 60 min ton yük daşınması planlaşdırılır. Növbəti mərhələdə yüklərin çeşidinin artırılması, o cümlədən karbamid yükünün daşınması nəzərdə tutulur. Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınması sayəsində Orta Dəhlizlə yük axınlarının daha sürətli təşkili və əməliyyatların səmərəliliyi təmin olunacaq.
ADY tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərir. Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhlizdir. Azərbaycan bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının formalaşdırılması üzrə əsas təşəbbüskar tərəfdir.
Kir Starmer: Trampın Ukraynada sülhə sadiqliyi səmimidir
Ərdoğan: Türkiyə olmasa, Avropa qlobal oyunçu rolunu oynamaqda çətinlik çəkəcək
Azərbaycan dinlərarası münasibətlərə töhfə verən bir sıra təşəbbüslərlə çıxış edir
Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb
Milli Məclisdə enerji səmərəliliyinə həsr olunmuş ictimai müzakirə keçirilib
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir
Azərbaycan nümayəndə heyəti Buxarestdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Nazir Emin Əmrullayev Türkiyənin bir neçə ali təhsil müəssisəsində olub
Daha yeddi qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
Ankarada sərnişin avtobusu beton səddə çırpılıb, 16 nəfər xəsarət alıb
Yol polisindən xəbərdarlıq: Dumanlı hava yolda təhlükə yarada bilər
İxrac boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı iclas keçirilib
Azərbaycan Premyer Liqasında XXV tura start verilib
GUAM-a sədrlik Gürcüstana keçib
Avstriyada yeni hökumətin andiçmə mərasimi keçirilib
Parlamentin İnsan hüquqları komitəsində ombudsmanın illik məruzəsi dinlənilib
Yeni marşrut Qazaxıstan vasitəsilə Çinlə Avropanı birləşdirib
Trans-Xəzər marşrutu üzrə Beynəlxalq Assosiasiyanın Hüquqi Şəxslər Birliyinin işçi qrupunun iclası keçirilib
AHİK-də “Caspian Energy Club”un nümayəndələri ilə görüş olub
Rəsədxana: Növbəti günlərdə zəif geomaqnit qasırğası gözlənilir
Komitə sədri: Azərbaycan enerji effektivliyi sahəsində irəliləyiş qazanmaq üçün böyük potensiala malikdir
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 24 Fevral 2025
Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir23 Fevral 2025
DƏYİŞƏN REALLIQLAR, DƏYİŞMƏZ MARAQLAR22 Fevral 2025
Şərəfli missiya21 Fevral 2025
Prezidentin növbəti Qarabağ səfəri20 Fevral 2025
Təxribatların himayədarı - USAID20 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!