26 Fevral 2025 08:00
2049
SİYASƏT
A- A+
Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Xocalı şəhidlərinin qanı yerdə qalmadı


İlham ƏLİYEV: "Bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır"


XX əsrdə Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımı həyata keçirən ermənilər 1992-ci ilin fevralında növbəti cinayətlərini - Xocalı qətliamını törətdilər. 613 nəfər dinc sakinin qəddarcasına qətliamı, 1275 nəfərin girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı soyqırımı ermənilərin xəstə təfəkkürlərindən irəli gələn məkrli niyyətlərinə çatmaq üçün həyata keçirdikləri işğal siyasətinin ən qanlı səhifələrindən biridir. 


Ermənilərin məqsədi soyqırımı törətmək olub


Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Bu beynəlxalq hüquqda da öz əksini tapıb. Beynəlxalq hüquqda ilk dəfə soyqırımının cinayət əməli kimi cəzalandırılmalı olması 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada təsbit edilib. Konvensiyanın 2-ci maddəsində qeyd edilir ki, soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən hərəkətlərdir. BMT-nin bu sənədinin 3-cü maddəsində isə göstərilir ki, soyqırımını törədənlər, soyqırımını törətməyə yönəlmiş gizli sövdələşmə aparanlar, soyqırımını törətməyə birbaşa və açıq təhrik edənlər, soyqırımını törətməyə yönəlmiş qəsdin iştirakçıları, o cümlədən soyqırımında iştirak edənlər cəzalandırılmalıdırlar. 

Ermənilərin keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıda törətdikləri əməllər bütün əlamətləri ilə soyqırımı cinayətləri ilə üst-üstə düşür. Belə ki, Xocalıda dinc və mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətin istintaqı, bu cinayətin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib hüquqi məsuliyyətə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu zamanı xilas olmaq istəyən mülki azərbaycanlı əhali əvvəlcədən planlaşdırılmış şəkildə güllələnərək qətlə yetirilib. Ən dəhşətlisi budur ki, həmin vaxt hətta yaşlılar və uşaqlar da ən qəddar üsullarla qətlə yetiriliblər. Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalıda törətdiyi qətliamın kökündə məhz soyqırımı niyyətlərinin dayandığını aydın göstərir. Beləliklə, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ermənilərin Xocalıdakı cinayətlərini soyqırımı kimi tövsif etməyə imkan verir.

Beynəlxalq hüququn tələblərinə əsasən, müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, onlara qarşı terror hərəkətləri, repressiyaya məruz qoyulmaları beynəlxalq hüquqa əsasən birmənalı şəkildə qadağandır. Görünən odur ki, ermənilər bütün bunlara məhəl qoymayaraq Xocalıda mülki azərbaycanlı əhalini soyqırımına məruz qoyublar. 

"Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda mindən artıq insanı girov götürən ermənilər bu prinsipə aşkar sayğısızlıq nümayiş etdiriblər. 


Layiqli cəzalarını alacaqlar


Bu gün qarşımızda dayanan ümdə vəzifələrdən biri Xocalı qətliamı və bütövlükdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri bütün soyqırımı cinayətləri barədə həqiqətləri davamlı olaraq dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, soyqırımı cinayətlərinin qurbanı olmuş bütün vətəndaşlarımız qarşısında bizim milli və mənəvi borcumuzdur. Digər tərəfdən, Xocalı faciəsinə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi, onun təşkilatçılarının məsuliyyətə cəlb edilərək cəzalandırılması bu cür cinayətlərin bir daha təkrar edilməməsi üçün vacibdir.

Prezident İlham Əliyev Xocalı soyqırımının  dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə deyib: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".

Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala, Paraqvay və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Bosniya və Herseqovina, İordaniya, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.

Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması, qətliama obyektiv hüquqi-siyasi qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun böyük xidmətləri var.  Heydər Əliyev Fondu fəaliyyətə başladığı vaxtdan bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliğ olunması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Bu tədbirlər nəticəsində dünya ictimaiyyəti erməni faşizminin insanlığa sığmayan cinayətləri barədə dolğun məlumatlandırılır.

Xocalı hadisələrinin dünyada tanıdılmasında "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca mühüm əhəmiyyət kəsb edir. "Xocalıya ədalət!" kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən başlayaraq kampaniya yüksək templə davam edib və aksiyaya dünyanın əksər ölkələrində könüllülər qoşulub.

Artıq Xocalı azaddır. Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığımız zəfərlər həm də Xocalı şəhidlərinin qisası oldu, onların qanı yerdə qalmadı. Hazırda Bakıda məhkəməsi keçirilən Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər arasında Xocalı soyqırımında iştirakı olanlar da var. Onların hər biri layiqli cəzalarını alacaqlar. Ümumilikdə isə bu məhkəmə prosesinin nəticələri ermənilərin Xocalıdakı cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və soyqırımı kimi hüquqi-siyasi qiymət almasında böyük rol oynayacaq.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!