30 Noyabr 2025 14:23
554
CƏMİYYƏT
A- A+
Zəngəzur mahalında yerləşən Mığrı rayonundan əhalinin deportasiya edilməsinin 37-ci ildönümü ilə bağlı tədbir keçirilib  

Zəngəzur mahalında yerləşən Mığrı rayonundan əhalinin deportasiya edilməsinin 37-ci ildönümü ilə bağlı tədbir keçirilib  

Mığrı (Meğri) Rayon İcması və kənd icmalarının təşkilatçılığı ilə “O Gün Ayrıldıq… Bu Gün Xatırlayırıq və Qayıdacağıq – 1988-ci ilin Soyuq Payızının Xatirəsi” adlı anım tədbiri keçirilib.

İcmadan AZƏRTAC-a verilən məlumata görə, tədbir 1988-ci ilin soyuq payız günlərində Mığrı rayonunun Lehvaz, Lök, Maralzəmi, Aldərə, Mığrı şəhəri və Əkərək kəndlərinin dinc əhalisinin erməni silahlı dəstələrinin təzyiqi və zorakılığı nəticəsində öz dədə-baba yurdlarından deportasiya edilməsinin 37-ci ildönümünə həsr olunub. Həmin günlərdə minlərlə sakin yurd-yuvasını itirərək bir neçə ay ərzində Nüvədi kəndində sığınmağa məcbur olmuşdu. Üzərindən 37 il keçsə də, o faciənin ağrısı və yaşanan iztirablar yaddaşlardan silinməyib.

Anım mərasimində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Mığrı Rayon İcmasının sədri, akademik Fikrət Əliyev, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, Yeni Azərbaycan Partiyasının Nəzarət Təftiş Komissiyasının üzvü Musa Musayev, Qərbi Azərbaycan İcması İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, eləcə də kənd ağsaqqalları, ziyalılar, deportasiya şahidləri və Mığrı elinin müxtəlif bölgələrindən olan sakinlər iştirak ediblər.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli 1988-ci ilin Mığrı deportasiyasının Azərbaycan xalqına qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu qeyd edib. O, bildirib ki, Qərbi Azərbaycan İcması bu tarixi həqiqətlərin dünyaya çatdırılması və deportasiya şahidlərinin xatirələrinin qorunması istiqamətində ardıcıl fəaliyyət göstərir. Millət vəkili əlavə edib ki, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə Qərbi Azərbaycana qayıdış prosesi artıq tarixi reallığa çevrilməkdədir.

Fikrət Əliyev çıxışında Mığrı kəndlərinin yaşadığı ağır sınaqlardan danışaraq həmin hadisələrin yalnız faciə deyil, həm də Mığrı elinin sınmayan iradəsinin göstəricisi olduğunu bildirib. O vurğulayıb ki, icmanın yaddaşını diri tutması Qayıdış yolunda mühüm mənəvi dayaqdır.

Akademik bildirib ki, Azərbaycanın əldə etdiyi böyük Zəfərdən sonra Qarabağa Qayıdışın reallığa çevrilməsi, ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Qərbi Azərbaycana da sülh və beynəlxalq hüquq çərçivəsində qayıdışa inamı daha da möhkəmləndirib.

O, 1988-ci ilin acı hadisələrini xatırlayaraq Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, hazırda ərsəyə gələn Zəngəzur dəhlizinin 19 kilometrlik hissəsinin əsası o dövrdə məhz Heydər Əliyev tərəfindən qoyulub.

Yeni Azərbaycan Partiyası Nəzarət-Təftiş Komissiyasının üzvü Musa Musayev Mığrı deportasiyasının bütün Azərbaycan xalqının taleyində açdığı dərin yaralardan danışaraq tarixi ədalətin bərpasının milli məsələ olduğunu qeyd edib.

Daha sonra kənd icmalarının nümayəndələri xatirələrini bölüşüb, fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində deportasiyadan öncə Mığrı rayonunun və kəndlərin həyatını əks etdirən fotoxronika nümayiş etdirilib. Kəndlərin təbiət mənzərələri və insanların yaşayış tərzini əks etdirən görüntülər tədbir iştirakçılarını keçmişə apararaq duyğulandırıb, yaddaşlardakı izləri yenidən canlandırıb.

İştirakçılar Mığrı elinin birliyinin və tarixi ədalət uğrunda mübarizə əzminin daha da gücləndiyini, çox yaxın zamanda evlərindən didərgin salınmış qərbi azərbaycanlıların öz doğma yurdlarına — Mığrıya, Lehvaza, Lökə, Maralzəmiyə, Aldərəyə, Əkərəyə və digər dədə-baba torpaqlarına qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!