29 Iyul 2024 10:04
106
DÜNYA
A- A+

Zelenski: Ukraynanın Rusiya ilə müharibədə öz məqsədlərinə çatmaq gücü var

 

Ukraynanın Rusiya ilə müharibədə öz məqsədlərinə çatmaq gücü var.

AZƏRTAC Ukrayna Prezident Ofisinin saytına istinadla xəbər verir ki, bu sözləri Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski ilə söhbətindən sonra deyib.

Zelenski müraciətində bildirib ki, Sırski ilə mövcud və yaxın gələcəkdəki fəaliyyət barədə danışıb. Prezidentin sözlərinə görə, Ukraynanın öz məqsədlərinə çatmaq üçün gücü var. Yekun olaraq, Zelenski bu qüvvənin təmin edilməsində əməyi olan hər kəsə təşəkkür edib.

“Bunu öz gücü ilə təmin edən hər kəsə minnətdaram”, - deyə Prezident bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video