29 Iyul 2024 12:56
107
İQTİSADİYYAT
A- A+

Ölkəmizdə ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu tam rejimdə fəaliyyətə başlayıb

Gəncədə “AzerGold” QSC-nin törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən istifadəyə verilən ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu tam rejimdə fəaliyyətə başlayıb.

İqtisadiyyat Nazirliyindən "Azərbaycan" qəzetinə verilən xəbərə görə, İyulun 27-də iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları müəssisənin fəaliyyəti ilə tanış olublar.

Dövlət-özəl tərəfdaşlıq modeli əsasında təsis olunan “AzerBlast” MMC ölkəmizdə mülki partlayıcı maddələrə artan tələbatın qarşılanması, idxaldan asılılığın aradan qaldırılması məqsədilə yaradılıb. “AzerBlast” MMC-nin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi isə bu sahə üzrə ixtisaslaşmış özəl şirkət “DM Servis” MMC-yə məxsusdur.

Zavodda dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO (quru mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) və H-ANFO (nəm mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) partlayıcı maddələrinin test rejimində istehsalı həyata keçirilir.

15 hektar ərazidə inşa edilən müəssisənin təməli 2023-cü ilin yanvar ayında qoyulub. Layihənin kapital qoyuluşu 11 milyon, ümumi investisiya dəyəri isə 15 milyon manatdır. Sözügedən vəsait dövlət büdcəsinə əlavə yük yaratmadan, “AzerBlast” MMC-nin təsisçiləri tərəfindən təmin edilib. Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda, həmçinin beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsidir.

İlkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayacaq müəssisədə iş yerlərinin sayının 65 nəfərədək artırılması nəzərdə tutulub.

Zavodun  tam rejimdə fəaliyyətə başlaması ilə sənaye təyinatlı partlayıcı maddələrə tələbat yerli istehsal hesabına təmin ediləcək və idxaldan asılılıq aradan qaldırılacaq. Belə ki, fəaliyyətin ilkin mərhələsində zavod yerli tələbat və ixrac potensialı qiymətləndirilməklə illik 14000 ton ANFO  və H-ANFO  partlayıcı maddələrinin istehsalını həyata keçirəcək. Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin geniş ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin - 31500 tona çatdırılması planlaşdırılır.

Zavodun istehsal xəttində Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilib, yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun texniki təhlükəsizlik tam təmin olunub, istehsalat yüksək ekoloji norma və standartlara cavab verən şəkildə təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video