29 Iyul 2024 12:49
91
SİYASƏT
A- A+

Oman mediası: Azərbaycan sürətlə “yaşıl” enerjiyə keçidə doğru irəliləyir


Azərbaycan yüz illər boyu ölkənin tələbatını ödəmək üçün kifayət edən böyük həcmdə qalıq enerji ehtiyatlarına malik olmasına baxmayaraq, “yaşıl” enerjiyə sürətli keçidi hədəfləyib.

“Report”un məlumatına görə, bu barədə Omanın aparıcı qəzetlərindən biri olan “Times of Oman”ın “Azərbaycan sürətlə “yaşıl” enerjiyə keçidə doğru irəliləyir” adlı məqaləsində deyilir.

Məqalənin müəllifləri qeyd edirlər ki, Azərbaycan külək, günəş enerjisi və yaşıl hidrogen sahəsində təşəbbüslər də daxil olmaqla, fosil yanacaqlardan asılılığın azaldılmasında böyük nailiyyətlər əldə edib.

“Azərbaycan öz bərpa olunan enerji potensialını inkişaf etdirməyə can atır ki, bu da ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmaq planının mühüm hissəsidir. Azərbaycan, həmçinin 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətindədir”, - məqalədə deyilir.

Nəşr qeyd edib ki, noyabrda keçiriləcək COP29 ərəfəsində KİV nümayəndələrinin ölkəyə səfəri təşkil olunub və səfər zamanı onlar Azərbaycanın yaşıl keçidinə töhfə verən bəzi enerji obyektlərinə baş çəkiblər.

Onların arasında Azərbaycanın xarici investisiyalı ilk müstəqil günəş enerjisi layihəsi olan 230 MVt gücündə “Qaradağ” günəş elektrik stansiyası da olub.

Media nümayəndələri, həmçinin Balaxanı qəsəbəsində Bakı bərk məişət tullantılarının yandırılması zavodunda da olublar.

Bundan əlavə, məqaləyə əsasən, xarici jurnalistlər COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionuna da baş çəkiblər.

“Bakı stadionu təkcə idman və əyləncəli tədbirlərin keçirildiyi məkan deyil, həm də Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarında olmasının simvoludur. O, regionda idmanın, inklüzivliyin, mədəniyyətin və turizmin inkişafında mühüm rol oynayır. 2015-ci il martın 18-də açılmış stadion bu gün regionun ən böyük və ən müasir stadionlarından biridir”, - məqalədə deyilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video