06 Fevral 2024 09:00
4951
SİYASƏT
A- A+
Zəfər seçkisi milli və siyasi həmrəyliyin təntənəsidir

Zəfər seçkisi milli və siyasi həmrəyliyin təntənəsidir

 

Sabah Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 15-dən başlayan seçkiqabağı təşviqat bu gün səhər başa çatıb. Ümumiyyətlə, növbədənkənar prezident seçkiləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün əsas hərəkət və tədbirlər Mərkəzi Seçki Komissiyasının təqvim planına əsasən vaxtında həyata keçirilib və hər hansı pozuntu qeydə alınmayıb.

 

Azərbaycanda demokratik və azad seçki mühiti var

 

Azərbaycanda seçkilərin və referendumun demokratik, ədalətli və şəffaf keçirilməsi ilə bağlı zəngin təcrübə və ənənə mövcuddur. Demokratik seçki ənənəsinin əsasının qoyulmasının tarixi isə 31 il əvvələ gedib çıxır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə  hakimiyyətə qayıdışından sonra respublikamızda başlanan demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi demokratik seçki mühitinin də formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdi. Həmin ildən respublikamızda vüsət alan demokratik inkişafın tərkib hissəsi kimi seçki sistemi də ildən-ilə təkmilləşdirilmiş, bu sahədə demokratik meyarlar tam bərqərar olmuşdu. 
1993-cü ildən indiyə qədər respublikamızda 6 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi baş tutmuşdu. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunmuş, həmçinin konstitusiya islahatları ilə əlaqədar referendumlar keçirilmişdir. Hər bir seçki və referendum Azərbaycanın demokratiya yolu ilə inkişafının, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olmasının təcəssümü kimi yadda qalmışdır. Hər bir seçki və bütövlükdə respublikamızdakı seçki mühiti həm ölkə ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. 
ABŞ-nin "Oracle Advisory Group" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" tərəfindən Azərbaycanda seçki mühitinin dəyərləndirilməsi məqsədilə keçirilən sorğunun nəticələri də ölkəmizdə demokratik və azad seçki dəyərlərinin bərqərar olduğunu, vətəndaşların seçkilərlə bağlı fəallığını təsdiq edib.

 

Azərbaycan xalqı ölkənin yolunun düzgün olduğu qənaətindədir

 

Qeyd edək ki, sosioloji sorğunun əsas məqsədi prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya  Azərbaycanın müxtəlif rayonlarından 3 min respondent cəlb edilib. Bunlardan 24,1 faizi Bakıdan, 8,3 faizi digər böyük şəhərlərdən, 21,3 faizi kiçik şəhər və qəsəbələrdən, qalanları isə (46,3 faiz) kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,3 faizi (1479 nəfər) qadın, 50,7 faizi (1521 nəfər) kişi olub. Respondentlərin 36,2 faizi 18-34 yaş arası, 39 faizi 30-54 yaş arası, 24,8 faizi 55 və daha çox yaşda insanlar olub. 
Sorğu vərəqindəki suallar isə "Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi", "Ölkənin hazırkı vəziyyətinə münasibət", "Əhalinin siyasi fəallıq səviyyəsi", "Ermənistan-Azərbaycan münaqişəsi", "Vətən müharibəsinə dəstək" kimi qruplaşdırılıb.
"Əvvəllər Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmisiniz" sualına 34,9 faiz "Demək olar ki, hər zaman" variantını seçib. Daha 28,4 faizi "Hər zaman", 11,1 faizi isə "Çox vaxt" cavabını verib. Bu isə əhalinin seçkilərdə fəallığının göstəricisidir. 
"Azərbaycanın getdiyi yolun ümumi istiqamətini necə qiymətləndirirsiniz" sualına isə seçicilərin 81,2 faizi "düzgün istiqamət" cavabını verib.

 

Respondentlər ərazi bütövlüyümüz uğrunda hərbi əməliyyatları dəstəkləyiblər

 

2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrında isə Qarabağda erməni separatizminə son qoyulması dövlətçilik tariximizin ən böyük hadisələridir. Növbədənkənar seçkilər isə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanda keçirilən ilk seçkidir. Əvvəlki seçkilərdən də fərqi odur ki, sabahkı seçkilər bütün Azərbaycan ərazilərini əhatə edir. 
Bunu nəzərə alaraq sorğu təşkilatçıları hərbi əməliyyatlar barədə də respondentlərə suallar  ünvanlayıblar və nəticələr onu göstərib ki, torpaqlarımızın işğaldan azad edilməsi ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir. Belə ki, respondentlərin 98,5 faizi "Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədinizmi" sualına müsbət cavab veriblər. Bu rəqəm xalqımızın yüksək milli ruhunu nümayiş etdirib.
"Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq aləmdə nüfuzuna necə təsir edib" sualına respondentlərin əksəriyyəti - 72,5 faizi "müsbət" variantını seçib.

 

Yaşamaq üçün  təhlükəsiz ölkə

 

Sorğunun əsas nəticələrindən biri də seçicilərin Azərbaycanı yaşamaq üçün olduqca təhlükəsiz ölkə hesab etmələridir. Belə ki, "Azərbaycanın digər qeyri-sabit ölkələrdən fərqli olaraq, regionda ən sabit ölkə olması ilə razısınızmı" sualına rəyi soruşulanların 85,4 faizi müsbət cavab verib.
Ümumiyyətlə, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" bu qənaətə gəlib ki, əhali fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı məlumatlıdır. Bu, dövlətin həyata keçirdiyi maarifləndirmə və məlumatlandırma işinin yüksək səviyyədə aparılmasından xəbər verir. Sorğunun nəticələri həm də onu göstərib ki, sabah keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq qənaətbəxşdir. 
Bütövlükdə isə ABŞ-nin "Oracle Advisory Group" təşkilatının və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın keçirdiyi sorğunun mühüm nəticələrindən biri xalqımızın ümummilli məsələlərdə birliyinin təsdiqidir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ administrasiyası miqrantlarla bağlı qərarını verdi

10:58
05 Oktyabr

Ötən gün 2 avtomat silahı və 7 tüfəng təhvil götürülüb

10:57
05 Oktyabr

Energetika naziri G20 Enerji Keçidi Nazirlər İclasında COP29-un təşəbbüslərindən danışıb

10:56
05 Oktyabr

Macar parlamentari: AŞPA-nın Azərbaycanla bağlı müvafiq həll yolu tapmasının əsl vaxtıdır

10:55
05 Oktyabr

Birinci mərhələdə Horovluya 1400-ə yaxın sakin köçürüləcək 

10:54
05 Oktyabr

Eka Sepaşvili: AŞPA-da Azərbaycan nümayəndə heyətinin mövqelərini eşitmədən mühakimə yürütmək düz deyil

10:53
05 Oktyabr

Azərbaycanın Baş naziri Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub

10:31
05 Oktyabr

Ötən gün 32 cinayətin üstü açılıb

10:18
05 Oktyabr

Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub

09:53
05 Oktyabr

Uqanda ordusunun komandanı ABŞ səfirini ölkədən çıxarmaqla hədələyib

09:48
05 Oktyabr

Zərdabda narkokuryer saxlanılıb

09:43
05 Oktyabr

Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür

09:42
05 Oktyabr

Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir

09:39
05 Oktyabr

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısından razıdırlar

09:38
05 Oktyabr

Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

09:36
05 Oktyabr

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

09:35
05 Oktyabr

Ermənistanda gərginlik artır

09:25
05 Oktyabr

"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub

09:20
05 Oktyabr

Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub 

09:15
05 Oktyabr

Köçəri quşlar Azərbaycandan niyə yan uçur?

09:10
05 Oktyabr

Mənim Musa müəllimim

09:05
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!