08 Noyabr 2025 04:25
9223
ELANLAR
A- A+
Zəfər Parkı və Zəfər Muzeyi "PAŞA Holding" tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib

Zəfər Parkı və Zəfər Muzeyi "PAŞA Holding" tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib


Noyabrın 6-da  "PAŞA Holding" və Bakı Şəhər İcra Hakimiyyəti arasında Razılaşma protokolu imzalanıb. Protokola əsasən "PAŞA Holding"in maliyyə dəstəyi ilə inşa edilmiş Zəfər Parkı və Zəfər Muzeyi Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib. Sənədi "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov imzalayıblar.  

Zəfər Muzeyi 2024-cü ildə tikilmiş Zəfər Parkının ərazisində yerləşir. Hər iki layihənin inşası Azərbaycan xalqının 2020-ci ildə əldə etdiyi tarixi Qələbəni və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. 

Zəfər Parkının ümumi ərazisi 9,16 hektar, yaşıllıq zonaları isə 4,24 hektar təşkil edir. Layihə çərçivəsində 44 metr hündürlüyündə Zəfər tağı, 9,9 metr hündürlüyündə memorial abidə, həmçinin şəhidlərin adlarının yazıldığı 8,8 metr hündürlüyündə xatirə divarı inşa edilib. Parkın tikintisinə 114,5 milyon manat vəsait sərf olunub.

Zəfər Muzeyinin ümumi sahəsi 4278 m2 olan bina, 8 sərgi zalı, auditorium zonası (90,7 m2) və s. ilə ziyarətçilərin istifadəsinə təqdim olunacaq. Muzeyin inşası üçün 59,5 milyon manat məbləğində vəsait ayrılıb. 

Tarixi Zəfərimiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün Azərbaycan xalqı kimi, "PAŞA Holding" üçün də xüsusi önəm kəsb edir. İstər işgüzar fəaliyyətində, istərsə də sosial məsuliyyət təşəbbüslərində "PAŞA Holding" bu mövzulara daim diqqət və həssaslıqla yanaşır.

"PAŞA Holding" 2021-ci ildən etibarən azad olunmuş ərazilərin bərpa və yenidənqurma prosesində fəal iştirak edir. Xüsusilə tarixi, dini və mədəni irsin qorunması istiqamətində Holding bir sıra mühüm layihələrə dəstək verib. Şirkətin maliyyə dəstəyi ilə Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa, Saatlı məscidi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi bərpa olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərimizdə Suqovuşan məscidi, Zəngilan məscidi, Hadrut məscidi və Daşaltı məscidi inşa edilib. Hal-hazırda Şuşa, Cəbrayıl və Laçın məscidlərinin inşası davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!