08 Noyabr 2024 22:00
134
CƏMİYYƏT
A- A+
Zəfər Günündə son qərinənin qəhrəmanları minnətdarlıqla anılıb YENİLƏNİB VİDEO  

Zəfər Günündə son qərinənin qəhrəmanları minnətdarlıqla anılıb YENİLƏNİB VİDEO  

Dörd il əvvəl - 2020-ci ilin sentyabrında Azərbaycana payız bir başqa cür gəldi. Payızın ətrini barıt qoxusu əvəz etdi, göydən yağış deyil, güllələr, mərmilər yağmağa başladı, gənclər evlərinə deyil, cəbhəyə doğru yol almağa, yurd-yuvasını itirənlər öz doğma ocaqlarına tələsməyə başladılar. Sentyabrın 27-dən başlanan yol addım-addım, pillə-pillə qət edilərək noyabrın 8-də Şuşada tamamlandı. Əli, ayağı yalın keçdiyimiz yolları əlimizdə silah, tanklar üstündə, üçrəngli bayrağımızı sinəmizdə daşıyaraq keçdik.

Cəmi 44 gündə tarix kitabları yenidən yazıldı...

Lakin 44 gündə Vətən adlı bağın 2900-dan çox yarpağı solaraq torpağa düşdü...

Üç il sonra isə 24 saat tamamlanmadan tamamlandıq. Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə üçrəngli bayrağımızın ay-ulduzu gecə-gündüz parlamağa başladı. Artıq bütöv Azərbaycanın səması aydınlanmış, göylərə çəkilən bayrağımızın rəngləri ilə al-əlvan olmuşdu...

Bütün dünya “44+1” gün ərzində ən hündür nöqtəyə - Zəfər zirvəsinə dırmanaraq şanlı bayrağımızı sancan əsgər və zabitlərimizin qəhrəmanlığını heyranlıqla izləməli olmuşdu.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan xalqı Zəfər Gününü təxminən bir qərinə ərzində bu yolda ömrü xəzəl olan qəhrəmanlar ilə keçirmək üçün ölkənin dörd bir yanında yerləşən Şəhidlər xiyabanlarına axışıb, onların məzarlarını ziyarət edib, dərin minnətdarlıq və ehtiramını ifadə edib.

Bakıdakı Birinci və İkinci Şəhidlər xiyabanlarında şəhidlərin son mənzillərini qərənfillər, qızılgüllər bəzəyib.

Yeddidən yetmiş yeddiyə hər kəsin vəfa borcunu yerinə yetirmək üçün üz tutduğu müqəddəs and yerlərimizdə izdiham yaşanıb. Şəhidlərin ailə üzvləri, müharibə veteranları, qazilər, ictimaiyyət və dövlət nümayəndələri... Azərbaycan xalqı günə Qələbəmiz naminə şirin canını qurban edənləri yad etməklə, onların əmanətləri ilə acılarını bölüşməklə başlayıb.

Qürur, hüzn, kədər - bütün hisslərin bir anda yaşandığı məkanları ziyarət edən balacalar Zəfər tariximizə canlı-canlı şahid olur və öyrənirlər.


Şəhidlərimizin taleyi fərqli olsa da, amalları eynidir


AZƏRTAC-ın müxbiri ilə söhbətində şəhid kapitan Elvin Kazımovun anası Fədayə Kazımova söyləyib: “Şəhidlərimizin taleyi fərqli olsa da, amalları eynidir. Bütün şəhidlərimiz “Qarabağ Azərbaycandır!” şüarını söyləyib vətən uğrunda gözlərini qırpmadan canlarını fəda ediblər. Oğlum Elvin Ağdərə istiqamətində döyüşüb, Suqovuşanın azad olunmasında iştirak edib, sonra isə Talış kəndi istiqamətində hərbi əməliyyatlara qoşulub. Orada yaralanıb, çıxmayıb, şəhadətə yüksəlib. Fəxr edirəm ki, Elvin kimi oğulun anasıyam”.

Şəhid Rəşad Zeynallının atası Qiyas Zeynalov bildirib ki, şəhidimiz evin yeganə oğlu olub. “Tərxisinə üç gün qalmış müharibə başladı. Könüllü olaraq irəli getdi. Ona zəng edib danışanda şəhid olmaq istədiyini dedi. Torpaqlarımız şəhid və qazilərimiz sayəsində azad olundu. Onlar alnımızda olan ləkəni təmizlədilər. Cəbrayılda döyüşüb, sonra Qubadlı istiqamətinə yollanıb, orada şəhid olub”-, deyə Q.Zeynalov əlavə edib.

Ehtiyatda olan baş leytenant Vüqar Əhmədov qeyd edib ki, 14 yaşında didərgin düşdüyü Cəbrayıla döyüşərək geri qayıdıb. “Zəfər Günü Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazılan xüsusi tarixdir. Müharibə zamanı bizim üçün ən vacib olan mənəvi dəstək idi. Həmin dövrdə azyaşlı uşaqların bizə yazdıqları məktublar həmin anlarda çox kömək oldu, kiçikdən-böyüyə hər kəsin bizə inamından güc aldıq”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  

22:19
08 Noyabr

Füzulidə Zəfər Gününə həsr edilən atəşfəşanlıq olub 

22:18
08 Noyabr

Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı

22:16
08 Noyabr

Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib 

22:14
08 Noyabr

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin ifasında nümunəvi çıxışlar olub  

22:13
08 Noyabr

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda təntənəli bayram konserti keçirilir  

22:03
08 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib  

22:01
08 Noyabr

Zəfər Günündə son qərinənin qəhrəmanları minnətdarlıqla anılıb YENİLƏNİB VİDEO  

22:00
08 Noyabr

COP29-un media tərəfdaşları açıqlanıb 

21:56
08 Noyabr

Vətəndaşlar Zəfər parkını ziyarət ediblər YENİLƏNİB 

21:53
08 Noyabr

Füzulidə Zəfər Günü münasibətilə konsert olub 

21:50
08 Noyabr

Füzulidə Zəfər Gününə həsr edilən rəsm sərgisi açılıb 

21:47
08 Noyabr

Şəki-Zaqatala bölgəsində Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub  

21:44
08 Noyabr

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri: Qarabağ Azərbaycandır!  

19:14
08 Noyabr

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb YENİLƏNİB

19:13
08 Noyabr

Azərbaycan Könüllüləri Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak ediblər

18:59
08 Noyabr

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Zəfər Günü tədbiri

18:55
08 Noyabr

Bakıda Olimpiya mükafatçıları və dünya çempionlarının iştirakı ilə fləş-mob keçirilib

18:46
08 Noyabr

Hava Limanından paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək  

18:44
08 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

18:43
08 Noyabr

Dövlət Sərhəd Xidməti ağacəkmə aksiyası keçirib

18:26
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!