08 Noyabr 2024 18:55
207
CƏMİYYƏT
A- A+
Psixologiya Elmi-Tədqiqat İnstitutunda Zəfər Günü tədbiri

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Zəfər Günü tədbiri

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə institutun sədri Elnur Rüstəmov, institutun əməkdaşları və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin “Könüllü fəaliyyət” proqramının üzvləri iştirak ediblər. 

Mərasimdə Azərbaycanın dövlət himni səslənib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan Elnur Rüstəmov mərasim iştirakçılarını Zəfər Günü  münasibətilə təbrik edib. Vurğualyıb ki, biz artıq qalib ölkənin vətədaşları olaraq bu günü hər zaman iftixarla qeyd edəcəyik. “Tariximizə qürurla yazılan Zəfər  səhifəsi bu günümüzün şərəfi, gələcəyimizin güvənci, varlığımızın, kimliyimizin zəmanətidir. Xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza və Ali Baş Komandanımıza borcluyuq. 44 günlük Vətən müharibəsində uzaqgörən liderimizin, cəsur döyüşçülərimizin qələbə əzminə, ədalətin Zəfərinə şahid olduq”, - deyə o bildirib.

“İkinci Qarabağ müharibəsi ölkəmizin tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli iradə, Vətən sevgisi və birlik rəmzi kimi yadda qaldı. Ali Baş Komandanımıza, yenilməz ordumuzun gücünə ürəkdən inandıq. İnamımızla həmrəy olduq, birlik olduq və “Dəmir yumruq”da birləşdik”, - söyləyən Elnur Rüstəmov Ali Baş Komandan İlham Əliyevin qətiyyətli qərarları və ordumuzun misilsiz şücaətlərindən ətraflı söhbət açıb. O, ölkəmizə əbədi sülh və əmin-amanlıq arzulayaraq Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  

22:19
08 Noyabr

Füzulidə Zəfər Gününə həsr edilən atəşfəşanlıq olub 

22:18
08 Noyabr

Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı

22:16
08 Noyabr

Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib 

22:14
08 Noyabr

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin ifasında nümunəvi çıxışlar olub  

22:13
08 Noyabr

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda təntənəli bayram konserti keçirilir  

22:03
08 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib  

22:01
08 Noyabr

Zəfər Günündə son qərinənin qəhrəmanları minnətdarlıqla anılıb YENİLƏNİB VİDEO  

22:00
08 Noyabr

COP29-un media tərəfdaşları açıqlanıb 

21:56
08 Noyabr

Vətəndaşlar Zəfər parkını ziyarət ediblər YENİLƏNİB 

21:53
08 Noyabr

Füzulidə Zəfər Günü münasibətilə konsert olub 

21:50
08 Noyabr

Füzulidə Zəfər Gününə həsr edilən rəsm sərgisi açılıb 

21:47
08 Noyabr

Şəki-Zaqatala bölgəsində Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub  

21:44
08 Noyabr

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri: Qarabağ Azərbaycandır!  

19:14
08 Noyabr

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb YENİLƏNİB

19:13
08 Noyabr

Azərbaycan Könüllüləri Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak ediblər

18:59
08 Noyabr

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Zəfər Günü tədbiri

18:55
08 Noyabr

Bakıda Olimpiya mükafatçıları və dünya çempionlarının iştirakı ilə fləş-mob keçirilib

18:46
08 Noyabr

Hava Limanından paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək  

18:44
08 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

18:43
08 Noyabr

Dövlət Sərhəd Xidməti ağacəkmə aksiyası keçirib

18:26
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!