08 Noyabr 2024 21:56
794
COP29
A- A+
COP29-un media tərəfdaşları açıqlanıb 

COP29-un media tərəfdaşları açıqlanıb 

“FT Live”, “Project Syndicate”, “Newsweek”, “CBC” və “ANEWZ” COP29-un rəsmi media tərəfdaşları elan edilib


COP29 media tərəfdaşları COP29 çərçivəsində aparılacaq müzakirələri təşviq etmək və iqlim fəaliyyətinə təkan vermək baxımından vacib rol oynayacaqlar. Qlobal auditoriya ilə COP29 arasında təmas yaratmaq üçün tədbiri daha əlçatan və inklüziv edən rəqəmsal texnologiyalardan istifadə olunacaq. Bu barədə AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

COP29-un media tərəfdaşları tədbirin tematik proqramlarına uyğun tədbirləri işıqlandırmaqla, o cümlədən Yaşıl Zonada ziyarətçi təcrübəsinin artırılması baxımından mühüm rol oynayır. COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan Yaşıl Zona iştirakçılara həm mövcud yenilikləri, həm də iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həlləri ön plana çəkən maraqlı müzakirələr, panel sessiyaları və nümayişlər çərçivəsində fikir mübadiləsi aparmaq üçün dinamik platforma təklif edir.

Media tərəfdaşları konfransın əhatə dairəsini genişləndirərək COP29 məzmununu rəqəmsal kanallar, o cümlədən sosial media və onlayn platformalar vasitəsilə bütün dünyaya yayımlayacaq. Bu yanaşma qlobal miqyasda milyonlarla insanın COP29-un müzakirə və nəticələrinə cəlb olunmasına şərait yaradır və məkandan asılı olmayaraq, tədbiri müxtəlif auditoriyalar üçün daha əlçatan edir.

Bundan əlavə, COP29-da media tərəfdaşlarının öz proqramları da təqdim olunacaq. Belə ki, “FT Live” telekanalının “FT Sessions at COP” verilişində Bakı Stadionundan panel sessiyalarının canlı yayımı təşkil olunacaq. Bu sessiyalar mühüm iqlim məsələlərinin həlli ilə bağlı ən son problemləri, habelə hadisələrin gedişatını və görülən işlər çərçivəsində əldə olunan irəliləyişləri müzakirə etmək üçün siyasətçiləri, şirkət rəhbərlərini və iqlim ekspertlərini bir araya gətirəcək.

“Project Syndicate” media qurumu mühüm qlobal iqlim problemlərinə dair dinamik müzakirələr platforması ilə çıxış edəcək. Bu panel sessiyaları zamanı çoxtərəfli inkişaf bankları və maliyyə institutlarının çağdaş dövrünün bərabər maliyyələşdirmə ehtiyaclarına necə uyğunlaşdığı, qlobal iqtisadi problemlər fonunda İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Panelinin (IPCC) ən son hesabatının təsirləri və iqlim fəaliyyətinə dəstək verilməsində generativ süni intellektin perspektiv rolu araşdırılacaq.

“Newsweek” isə özünün “Yaşıl keçidin əsas istiqamətləri” seriyasının üçüncü buraxılışını təqdim edəcək və burada həm dayanıqlılıq, həm də təmiz texnologiyalar sahəsində aparıcı simaları bir arada toplayacaq. Proqram təbiət əsaslı həlləri təşviq etməklə yanaşı, həm də təmiz istehsalın artımı, bərpa olunan enerjinin vüsət alması, eləcə də karbon emissiyalarının azaldılması üçün innovativ strategiyaları əhatə edəcək.

Azərbaycanda təmsil olunan “CBC” və “ANEWZ” media qurumları isə həm Mavi, həm də Yaşıl zonalar üzrə əsas müzakirələrin və hadisələrin nümayiş etdirilməsində mühüm rol oynayacaq və COP29 iqlim fəaliyyəti və mesajlarının qlobal auditoriya çatdırılmasını gücləndirəcək.

Bununla yanaşı, Yaşıl Zonada tədbirləri qlobal müstəvidə, o cümlədən uzaq auditoriyalar üçün yayımlamaq məqsədilə lazımı avadanlıqlarla təchiz edilmiş Təsir Məkanı (Impact Stage) fəaliyyət göstərəcək. Bu məkanda gündəlik 30 dəqiqəlik canlı yayımda “Daily Show” verilişi təqdim olunacaq. Bundan əlavə, COP29-un gənc auditoriya üçün hazırlanmış canlı panel və müzakirələrdən ibarət olan “Extreme Hangout” zonası da burada təşkil olunacaq. Bu məkan həm tədbir qonaqlarını, həm də qlobal auditoriyanı cəlb edən əhəmiyyətli müzakirələr üçün platforma rolunu oynayacaq.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP29-un media tərəfdaşlarının elan edilməsi ilə bağlı bunları qeyd edib: “Qlobal iqlim fəaliyyəti barədə ən son məlumatların dünya auditoriyasına çatdırılmasında media tərəfdşlarımızın əvəzsiz rol oynayacaqlarına əminəm. Yaşıl Zonada bu tərəfdaşlıq çərçivəsində qlobal auditoriya ilə iqlim fəaliyyətinin kommunikasiyasını dəstəkləyən platformaları təmin etməyi hədəfləyirik”.

COP29-un rəsmi media tərəfdaşı seçildiyini bəyan edən “Newsweek” jurnalının icraçı vitse-prezidenti Amit Şah isə bildirib: “COP29-un media tərəfdaşı olaraq, “Newsweek” qəzeti yaşıl keçidin əsas prinsiplərini və qlobal dayanıqlılıq təşəbbüslərini dəstəkləyən mühüm müzakirələri işıqlandırmaq əzmindədir. Biz ekoloji cəhətdən təmiz enerji, iqlim dəyişməsinə qarşı davamlılıq və dayanıqlı maliyyə kimi mühüm mövzuları ön plana çıxararaq sözdən əmələ keçidi stimullaşdırmaq niyyətindəyik. COP29 daha sağlam, eləcə də daha dayanıqlı dünya naminə effektiv və uzunmüddətli dəyişikliklər üçün analoqsuz fürsətlər təqdim edir”.

“FT Live” media şirkətinin icraçı direktoru Orson Françeskone COP29-un rəsmi media tərəfdaşı olduqlarını bəyan edərkən vurğulayıb: “Keyfiyyət və qlobal jurnalistikanın etibarlı mənbəyi olan “FT” media şirkəti COP29-da aparılan vacib müzakirələrin bir hissəsi olmaqdan məmnundur. Rəqəmsal texnologiyalardan istifadə etməklə, biz iqlim maliyyəsi, enerji keçidi və su təhlükəsizliyi kimi məsələlər üzrə bu mühüm dialoqu tədbirin fiziki hüdudlarından kənara çıxarır və müxtəlif dünya bölgələrindən insanların iştirakını təmin edirik”.

“CBC TV” telekanalının baş direktoru Vüqar Xəlilov COP29-un yayım tərəfdaşı olduqlarını bəyan edərkən qeyd edib: “COP29 bütün bəşəriyyətə təsir edən qlobal problemləri həll etmək üçün vacib platforma funksiyasını yerinə yetirir. Bakıda keçirilən bu tədbirdə dünya liderləri, dövlət başçıları və hökumət nümayəndələri iqlim problemləri üzrə həll yollarını müəyyən etmək və ədalətli maliyyə bölgüsü məqsədilə birlikdə çalışacaqlar. Bu, bütün səslərin eşidildiyi bir məkan olacaq. Belə genişmiqyaslı tədbirlər hər bir media şirkəti üçün mühüm əhəmiyyət kəsb edir”.

“ANEWZ” telekanalının icraçı direktoru Rüfət Həmzəyev COP29-un yerli yayım tərəfdaşı seçildiklərinə toxunaraq bildirib: “COP29-un rəsmi tərəfdaşı olaraq, “ANEWZ” şirkəti son dərəcə məmnundur ki, iqlim dəyişmələri ilə mübarizə sahəsində müxtəlif rəy və təşəbbüslərin gücləndirilməsinə töhfə verəcək. Bu tərəfdaşlıq qlobal auditoriya üçün maraqlı olan təsirli materiallar təqdim etmək əzmimizi əks etdirir. “ANEWZ” şirkətinin məqsədi gələcək nəsillər üçün dayanıqlı dünya naminə çiyin-çiyinə çalışan liderlərin, eləcə də novatorçular və icmaların səylərini nümayiş etdirməkdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!