30 Avqust 2023 09:00
5418
SİYASƏT
A- A+
Zəfər Günün mübarək, qardaş!

Zəfər Günün mübarək, qardaş!

 

Dünyanın söz və güc sahiblərindən birinə çevrilən Türkiyə şanlı tarixinin ən qürurlu səhifəsini iftixarla qeyd edir

 

Bu gün qardaş Türkiyə Cümhuriyyəti Qurtuluş Savaşında qazanılan Böyük Qələbənin 101 illiyini təmtəraqla qeyd edir, Zəfər bayramının və Silahlı Qüvvələr Gününün sevincini yaşayır. 
Böyük Qazi, Xilaskar Mustafa Kamal Atatürkün baş komandanlığı ilə Samsundan başlayan və 1922-ci il avqustun 30-da Dumlupınarda Zəfərlə bitən Qurtuluş Savaşı bötövlükdə ümumtürk tarixinin şanlı səhifəsidir desək yanılmarıq. 
Bu Zəfər bayramı qardaş ölkənin tarixində Birinci Dünya müharibəsində məğlubiyyətdən sonra işğalçı dövlətlər tərəfindən Türkiyə torpaqlarının bölüşdürülməsi planlarının qarşısının alınması - istiqlal və qurtuluş naminə savaşın qalibiyyətlə başa çatması ilə əlamətdardır. Böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün çağırışı ilə silaha sarılan igid oğullar 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsində təkcə yadellilərə deyil, bütün dünyaya türkün əzəmətini, qəhrəmanlığını nümayiş etdiriblər. Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvərlər bugünkü Türkiyə Cümhuriyyətini qurmaq üçün böyük mücadilə və qurbanlar veriblər. 
Qurtuluş savaşından sonra Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub. 30 avqust Zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb. Bu Zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atılıb. İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan etdi. 
Türkiyə tarixinə Zəfər bayramı kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyidir. Qazi Mustafa Kamal Paşa Atatürkün liderliyi ilə qurulub böyük bir inkişaf yolu keçən yeni və müasir Türkiyə Cümhuriyyəti şanlı zəfərinin 101 illiyini dünyada əsas söz və güc sahibi kimi iftixarla qeyd edir. 
Bu gün beynəlxalq arenada mövqelərini əzmlə möhkəmləndirən, yeni-yeni sosial-iqtisadi layihələri əsasında bütün sahələr üzrə sürətlə inkişaf edən Türkiyənin müdafiə qüdrətinin necə yüksəldiyi isə bütün dünyaya bəllidir. Türkiyə müdafiə sənayesinin möhtəşəm nailiyyətləri qardaş ölkənin gücünə güc qatır. Milli təhlükəsizliyin qorunması, ölkənin müdafiə qüdrətinin yüksəlişi, xalqın rifahının təmin edilməsi və sairə dövlət siyasətinin təməl prinsipləridir. Xüsusən də Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dönəmində dinamik inkişaf edən qardaş ölkənin hərtərəfli inkişafı Türkiyəni həm regionda, həm də dünyada güc mərkəzinə çevirib. Dünyada baş verən mürəkkəb proseslərdə qətiyyətli və prinsipial mövqeyi, sülhün, haqq-ədalətin bərqərar olması üçün ardıcıl səyləri ilə Türkiyə yüksək nüfuz qazanıb. 
Əlbəttə ki, qardaş ölkənin son illərdəki hərtərəfli tərəqqisi, bütün sahələrdə əldə etdiyi uğurları türk dünyasını fərəhləndirir, qürurlandırır.  
Qardaş ölkənin Zəfər bayramı hər zaman olduğu kimi, Azərbaycanda da böyük coşqu ilə qeyd edilir. Çünki dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi hesab edilən Azərbaycan-Türkiyə münasibətləri, strateji tərəfdaşlığı bu gün yeni yüksəliş mərhələsindədir. 
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu sarsılmaz dostluğun daha sağlam bağlarla əbədi möhkəmlənməsində iki qardaş Prezident -  İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın xidmətləri əvəzsizdir. Ümummilli Liderin "Bir millət iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri olmadığını qürur hissi ilə vurğulayan İlham Əliyev qeyd edir ki, dövlətlərarası münasibətlərin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi böyük sevinc doğurur. Tarixən bir-birinə dəstək və dayaq olmuş qardaş xalqların iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsi istiqamətində birgə səylərin bundan sonra da uğurla davam etdiriləcəyini əminliklə vurğulayan İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan birliyi artıq çox ciddi geosiyasi amilə çevrilib və bu müttəfiqlik bölgə üçün sabitlik gətirir.
Hazırda elə bir sahə yoxdur ki, iki qardaş ölkə həmin sahələr üzrə əməkdaşlıq etməsin. İlk olaraq iqtisadi münasibətlərə nəzər yetirsək görərik ki, bu istiqamət üzrə bütün göstəricilər artan templə irəliləyir. Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi illik müqayisədə 40.5 faiz artaraq 4 milyard 746.1 milyon dollara yüksəlib. Həm İlham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğan iqtisadi əlaqələrdən danışarkən vurğulayıblar ki, illik ticarət dövriyyəsində hədəf bu rəqəmi 15 milyard dollara qaldırmaqdır. 
Son illər Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmində ardıcıl artımlar müşahidə edilir. 2020-ci ildə Türkiyədən Azərbaycana yatırımlar 577 milyon dollar, 2021-ci ildə 740 milyon dollar, 2022-ci ildə isə 1 milyard 187 milyon dollar olub. Azərbaycanın 2022-ci ildə ən çox investisiya yönəltdiyi ölkə 247 milyon dollar ilə Türkiyə olub. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir.
Ölkələrimiz arasındakı hərbi sahədə mövcud əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranıb. Bunu ilk növbədə 44 günlük Vətən müharibəsindəki zəfərimiz təsdiqləyir. İkinci Qarabağ müharibəsi başlayan gündən Rəcəb Tayyib Ərdoğan qətiyyətli şəkildə bəyan etdi ki, Türkiyə bu işin sonuna qədər Azərbaycanın yanındadır. Kimsə Azərbaycana mane olmağa çalışsa, qarşısında Türkiyəni görəcək. Türkiyənin bu mesajları hər kəsə "dur" dedi. Dünyaya bəyan oldu ki, Azərbaycan tək deyil. Savaşdan sonra mədəniyyət paytaxtımızda imzalanan Şuşa Bəyannaməsi isə zəfərimizin zirvəsi oldu. Dünyaya bir daha bəyan edildi ki, bu əbədi sarsılmaz qardaşlıq həm də vahid güc mərkəzidir. Birinin ərazisinə hansısa qüvvə müdaxilə edərsə, digər qardaş dərhal köməyə gələcək. 
Böyük zəfərimizdən sonra Qarabağa ilk ayaq basan xarici ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. 2021-ci il oktyabrın 26-da İlham Əliyev qalib komandan kimi qardaşı Rəcəb Tayyib Ərdoğanı Qarabağın ilk "hava qapısı" olan Füzuli Beynəlxalq Hava Limanında qarşıladı. 2022-ci ilin oktyabr ayının 20-də isə Türkiyə Prezidenti Şərqi Zəngəzur torpaqlarına ayaq basdı. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyev qardaşını Zəngəzurun ilk "hava qapısı" olan Zəngilan Beynəlxalq Hava Limanında qarşıladı. Dost gəlişi Qarabağda, Şərqi Zəngəzurda böyük bayrama çevrildi.
Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığı yüksələn xətlə inkişaf etməkdədir. Ordumuzun müasir hərbi birləşmələr modelinə, xüsusilə də Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Bu birlik regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir. Birgə keçirilən müxtəlif istiqamətli hərbi təlimlər isə hərbçilərimizin döyüş qabiliyyətini daha da  gücləndirir. 
Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlişini neft-qaz, nəqliyyat sahəsində böyük layihələrin icrasında, qarşılıqlı təşəbbüsdə, birgə fəaliyyətdə də görmək mümkündür. Regionun inkişafı üçün birlikdə bir çox böyük layihələr həyata keçirilib. Bunların sırasında "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Ərzurum qaz kəmərini, həmçinin Baki-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsini göstərə bilərik. 
Azərbaycan və Türkiyə hər zaman müxtəlif beynəlxaq kürsülərdə bir-birlərinə arxa dayaq olublar və bu gün də proses davam etməkdədir.  
Göründüyü kimi, bu gün dünyaya nümunə kimi göstərilən, bərabəri olmayan Azərbaycan-Türkiyə birliyi İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduqları qətiyyətli siyasətlə getdikcə daha da möhkəmlənir və bu, şad gündə də, dar gündə də bir-birinin yanında olan uca türk millətini hər zaman qürurlandırır. 
Zəfər bayramın mübarək, qardaş Türkiyə! 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!