24 Noyabr 2025 16:57
475
DÜNYA
A- A+
Yeri soyutmağın yeni yolu sınaqdan keçirilir  

Yeri soyutmağın yeni yolu sınaqdan keçirilir  


"Stardust" şirkəti Yer kürəsində temperaturu aşağı salmaq üçün Günəş işığını əks etdirə bilən mikrohissəcikləri sınaqdan keçirməyi planlaşdırır. İsraildən olan bu startapın texnologiyası, vulkan püskürmələrinin atmosferə buraxdığı hissəciklərin Günəş şüalarını kosmosa geri əks etdirməsi nəticəsində qlobal soyumaya səbəb olma mexanizminə bənzəyir.

Şirkət buludların üzərində xüsusi mikrohissəciklər yayaraq əks etdirici bir təbəqə yaratmağı hədəfləyir. Bu təbəqənin Günəş istiliyini bloklayaraq iqlim yükünü azaltması gözlənilir. Startap istifadə ediləcək hissəciklərin tərkibini açıqlamasa da, onların insan və ətraf mühit üçün təhlükəsiz olduğunu bildirir.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!