23 Sentyabr 2025 10:03
8972
DÜNYA
A- A+
Yeni qan testi orqanların necə qocaldığını göstərə bilir  

Yeni qan testi orqanların necə qocaldığını göstərə bilir  


Alimlər bədənin ümumi bioloji yaşını deyil, ayrı-ayrı orqan və sistemlərin necə qocaldığını ölçən yeni qan testi hazırlayıblar.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, əvvəlki testlər yalnız bir rəqəmlə bioloji yaşı göstərirdi, amma hansı orqanın daha sürətli qocaldığını demirdi. ABŞ-də aparılan yeni araşdırmada isə ürək, ağciyər, beyin, metabolik və immun sistemi də daxil olmaqla 11 fizioloji sistemin qocalma sürəti ayrıca ölçülə bilir.

Tədqiqatçılar 7500 nəfərin sağlamlıq göstəricilərini toplayaraq süni intellektlə analiz ediblər. Qandakı DNT metilasiya nümunələri əsasında hər sistem üçün ayrıca “yaş balı” hesablanır. Nəticələr göstərib ki, bu test ənənəvi bioloji yaş ölçmələrindən daha dəqiqdir və ürək xəstəliyi, immun zəifliyi kimi riskləri əvvəlcədən proqnozlaşdıra bilir.

Mütəxəssislərin fikrincə, bu yanaşma gələcəkdə həkimlərə daha fərdi müalicə strategiyaları seçməyə imkan verəcək. Məsələn, kimin immun sistemi daha tez qocalırsa, ona xüsusi qoruyucu tədbirlər, ürəyi risk altında olanlara isə həyat tərzi dəyişiklikləri və dərmanlar tövsiyə oluna bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəzzada Sülh Şurasına bolqarıstanlı diplomat rəhbərlik edəcək  

18:32
09 Yanvar

“Motorola”dan futuristik yenilik

18:31
09 Yanvar

 Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasında yeni mərhələ  

18:29
09 Yanvar

Ədliyyə naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib  

18:26
09 Yanvar

Türk politoloq : Azərbaycan və Türkiyə yaşıl enerji sahəsində regional liderliyini gücləndirir  

18:09
09 Yanvar

İran dünyadan təcrid olunub  

18:03
09 Yanvar

Rusiya XİN “Marinera” tankerinin ekipajında olan iki Rusiya vətəndaşının azad edildiyini bildirib  

18:01
09 Yanvar

Ekspert: Türkiyənin enerji şirkətlərinin Azərbaycanda Günəş və külək enerjisi layihələrində iştirakı gündəmdədir  

17:51
09 Yanvar

Vatikan tarixi binanı icarəyə verəcək  

17:47
09 Yanvar

Baş prokuror paytaxtın Pirallahı rayonunda vətəndaşların müraciətlərini dinləyib  

17:41
09 Yanvar

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şabranda vətəndaşlarla görüşüb  

17:39
09 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:28
09 Yanvar

Gənclərin peşə seçiminə yeni dəstək: Peşə təmayüllü siniflər genişlənir

17:21
09 Yanvar

Volodimir Zelenski: Kiyevdə və ətraf bölgədə Rusiyanın kütləvi hücumunun nəticələri aradan qaldırılır  

17:17
09 Yanvar

Kənd təsərrüfatı naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib  

17:09
09 Yanvar

İtalyan ekspert : Azərbaycan formalaşan əsas və əlverişli geosiyasi planda etibarlı tərəfdaşdır  

17:01
09 Yanvar

Azərbaycan cüdoçuları dünyanın ən böyük və nüfuzlu təlim düşərgəsində 

16:54
09 Yanvar

Bakıdan neft məhsullarının növbəti partiyası Ermənistana yola salınıb  

16:24
09 Yanvar

Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür ediblər  

16:22
09 Yanvar

Rövşən Tağıyev: Hər bir yol nişanı hərəkətin təhlükəsizliyinə xidmət edir  

16:20
09 Yanvar

ADIF-ə daxilolmalar bağlanan banklara görə artıb?  

16:19
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!