24 Iyul 2024 08:20
75
SİYASƏT
A- A+

"Yeni Kaledoniyada baş verənlər hələ də kolonializmin hökm sürdüyünü göstərir"

 

"Müasir dünyada kolonializmi qəbulolunmaz bir amil kimi nəzərə alırıq. Yeni Kaledoniyada baş verənləri görürsünüz. Bu hələ də kolonializmin hökm sürdüyünü göstərir. Mən bu gün sizə Fransa kononializmi barədə məlumat təqdim edəcəm".

Bunu idarəçilik üzrə beynəlxalq məsləhətçi Karl Korbin Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun paralel tədbirində deyib.

O qeyd edib ki, bu ərazilər müstəmləkə formatından çıxıb öz müqəddəratını təyin etməlidir.

"Fransa Afrikada böyük ərazilərə insanları köçürərək yerli əhalinin tərkibini dəyişməyə çalışıb. BMT-nin nizamnaməsi açıq şəkildə bu parametrləri özündə əks etdirir. Burada xalqların öz müqəddəratı hüququ əks olunub", - deyə qeyd edib.

O bildirib ki, Fransanın müstəmləkəçilik tarixi 1534-cü ildən başlayır və 1690-cı ilədək Dominikanın müstəmləkə halına salınması ilə davam edir: "Fransa Şimali Amerikadan Karib adaları istiqamətinə qoşun göndərməklə orada da möhkələnmişdi. 1795-ci ilədək Fransa konstitusiyasında koloniyalarla bağlı müddəa yox idi, amma həmin ildən əsas qanuna dəyişikliklə bu məsələ ana sənəddə təsbit olundu".

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video