24 Iyul 2024 09:41
103
Mədəniyyət
A- A+

Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub

 

AMEA Arxeologiya və Antropologiya İnstitutunun paleolit arxeoloji ekspedisiyasının Qazax və Ağstafa rayonu ərazisində apardığı kəşfiyyat işləri zamanı "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində, Candar gölündən 950 metr cənubda, dəniz səviyyəsindən 320 metr yüksəklikdə Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub.

Orta Paleolit dövrünə aid daş məmulatlarının aşkar olunduğu ərazi, şərti olaraq "Candar göl paleolit tapıntı yeri" kimi qeydə alınıb.

Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun sözlərinə görə, tapıntılar qəlpələrdən, lövhələrdən və nukleuslardan ibarətdir.

"Tapıntıların arasında daha çox diqqəti cəlb edən levallua nukleusun və levallua qəlpənin olmasıdır. Bunlar onu göstərir ki, biz Orta Paleolitin kifayət qədər inkişaf etmiş mərhələsinə aid paleolit tapıntı yerini aşkar etmişik", - deyə Y.Məmmədov bildirib.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun, aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun iştirakı ilə aparılan tədqiqatlarda "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da yaxından iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video