17 Fevral 2024 09:40
701
SİYASƏT
A- A+
Yeni hədəflər

Yeni hədəflər

 

Daha güclü iqtisadiyyat, daha qüdrətli ordu, daha təminatlı həyat

 

Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində ölkəmizin müstəqillik dövründə yaşadığı tarixi hadisələri, o cümlədən işğalçı Ermənistan üzərində qazandığı zəfəri dərindən təhlil edərək onlara qiymət verməsi geniş maraq doğurub.
Dövlət başçısı qələbəmizin mənbəyi olan bir neçə önəmli amilə toxunarkən iqtisadi inkişafımızın əhəmiyyətini xüsusi olaraq vurğulamış, işğaldan azad edilən torpaqlarımızda icra edilən nəhəng quruculuq-bərpa işlərinin sürətlə aparılmasında iqtisadi uğurların əhəmiyyətinin önəmli rol oynadığını bildirmişdir. Vurğulamışdır ki, dövlətimizin iqtisadi cəhətdən güclü olması, maliyyə imkanlarımız müharibədə qələbə qazanmağa, postmüharibə dövründə sürətli bərpa-quruculuq layihələri icra etməyə imkan vermişdir.
Məlumdur ki, iqtisadi inkişaf hər bir dövlətə müstəqil siyasət aparmağa imkan verən başlıca amildir. Çünki maliyyə dəstəyi üçün müraciət edilən ölkələr və ya beynəlxalq maliyyə qurumları mütləq öz şərtlərini irəli sürürlər. Dünya təcrübəsi isə göstərir ki, belə şərtlər, adətən, ölkələrin daxili işlərinə qarışmaq və xarici siyasətinə yön vermək kimi tələblərdən ibarət olur. Bu da borc götürən ölkəni asılı vəziyyətdə qoyur, müstəqil qərar vermək imkanlarını məhdudlaşdırır.
Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi formulunun əhəmiyyətini qeyd edərkən iqtisadi gücümüzün önəminə toxunaraq demişdir: "Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, Prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik".
Ulu Öndərin başladığı iqtisadi islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 ildən çoxdur ki, yeni çağırışlar çərçivəsində davam edir. Bu islahatlar ölkəmizin hərtərəfli inkişafında müstəsna rol oynayır. Onların uğurlu nəticələri ölkəmizin sosial-iqtisadi həyatında özünü açıq şəkildə göstərir. İqtisadi sahədəki inkişaf bizə güclü ordu yaratmağa və düşmən üzərində tarixi qələbə qazanmağa, bu gün isə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmağa imkan vermişdir. 
Dövlət başçısının 2003-cü ildən davam etdirdiyi islahatlar sayəsində qazandığımız uğurlar statistik rəqəmlərdə də aydın görünür. Məsələn, 20 il öncə ölkə üzrə ÜDM istehsalının dəyəri 7 milyard dollar idisə, keçən il bu rəqəm 72 milyard dollara bərabər olmuşdur. Bu illər ərzində valyuta ehtiyatlarımız 1,6 milyard dollardan 69,5 milyard dollaradək artmışdır. Bir mühüm fakt isə ondan ibarətdir ki, xarici borcumuz gəlirlərimiz və valyuta ehtiyatlarımızla müqayisədə çox aşağıdır. Belə hal ölkəmizin maliyyə sabitliyinin əsas göstəricilərindən biri olmaqla yanaşı, iqtisadi müstəqilliyimizi özündə əks etdirən mühüm amildir. Təsəvvür edin ki, 69,5 milyard dollar valyuta ehtiyatı olan, 72 milyard dollarlıq ÜDM istehsal edən ölkəmizin xarici borcu cəmi 6,4 milyard dollardır. Bu rəqəm inkişaf etmiş bir çox xarici ölkələrdə 100, hətta 140 faiz də təşkil edir. Ancaq ölkəmizdə bu rəqəm ümumi daxili məhsulun 9 faizindən də azdır.
Ölkəmizdə iqtisadi dinamika yüksək olaraq alır. Cari ilin ilk ayında ÜDM istehsalı 5 faiz, o cümlədən qeyri-neft sektorunda 12 faizdən çox artıb. Bu onu göstərir ki, iqtisadiyyatımız sağlam təməl üzərində qurulduğundan qarşıdakı illərdə göstəricilərimiz daha yüksək olacaq.
Dövlətimiz inkişaf etdikcə, onun maliyyə imkanları artdıqca əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq imkanı yaranır. Prezident İlham Əliyev andiçmə mərasimində əhalinin sosial vəziyyəti istiqamətində görülən işlər barədə demişdir: "Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı - bəlkə də çoxlarının yadında deyil - 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var".
Hazırda ölkə qarşısında duran əsas məsələlərdən biri də işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərini davam etdirməklə, oradan məcburi köçkün düşmüş soydaşlarımızın ləyaqətlə geri dönüşünü təmin etməkdir. Artıq 5400 keçmiş məcburi köçkün hər cür şəraiti olan evlərə köçürülüb. Cari ilin sonuna qədər yenidən qurulmuş 20 yaşayış məntəqəsinə soydaşlarımızın qayıtması planlaşdırılır. Onlar 5 şəhər və 15 kənddə məskunlaşacaqlar. Ümumilikdə isə Böyük qayıdış proqramının birinci mərhələsində, yəni 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımızın dədə-baba yurduna dönüşü proqnozlaşdırılır. Bu səbəbdən bölgədə paralel olaraq geniş sosial infrastruktur layihələr də icra edilir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda xəstəxanalar, məktəblər, idman və infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü tikilir. Ən əsası isə buraya qayıdacaq insanlar üçün hər cür şəraiti olan yaşayış evləri və binaları inşa olunur.
İşğaldan azad olunan ərazilər həmçinin ölkəmizin iqtisadi inkişafına yeni güc qatacaq. Burada kənd təsərrüfatı, sənaye və turizmin inkişafı üçün imkanlar genişdir. Bu, eyni zamanda doğma yurdlarına dönən insanların məşğulluğunun təmin edilməsində önəmli rol oynayacaq. Dövlət başçısının dediyi kimi, ölkəmizdə başlanan yeni dönəmdə işğaldan azad olunan ərazilər də ümumi inkişafa əlavə imkanlar qazandıracaq.    

Rüstəm KAMAL,
"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!