24 Aprel 2025 08:15
252
SİYASƏT
A- A+
Yeni dünya nizamında Azərbaycanın yeri və rolu

Yeni dünya nizamında Azərbaycanın yeri və rolu


Müasir geosiyasi proseslərin rasional-praqmatik aspektdə dərki çox aktuallaşmışdır. Müxtəlif yanaşmalar müşahidə edilir. Məsələyə Azərbaycan Prezidenti İlham Əliyevin yanaşması ciddi maraq doğurur. Çünki İlham Əliyev fəaliyyəti ilə böyük uğurlara imza atmış dövlət başçısı və liderdir. Bu gerçəklik fonunda biz, hazırda özünü göstərən geosiyasi proseslərin təhlili üzərində geniş dayanmağa ehtiyac gördük.


Yeni geosiyasi dinamika


Ekspert dairələrində qlobal geosiyasətdə ciddi dəyişmələrin başladığı şübhə doğurmur. Bu prosesin məzmunu və mahiyyəti ilə bağlı isə fərqli fikirlər söylənilir. Onların demək olar ki, hamısı müasir dünya geosiyasətinin dinamikasını ABŞ Prezidenti Donald Trampın atdığı addımların müəyyən etdiyi qənaətindədirlər.

Bizi daha çox yaranmış mürəkkəb situasiyaya Azərbaycandan baxış maraqlandırır. Əsas səbəb ondan ibarətdir ki, Azərbaycan Prezidenti hazırda səmərəli fəaliyyət göstərən, məsələlərə yaradıcı və zamanın tələblərinə uyğun yanaşan, Avrasiyanın ən dinamik, ədalətli və əməkdaşlığa yönəlmiş kurs aparan liderdir. 

Bunların fonunda 2025-ci il aprelin 9-da Bakıda keçirilən forumun "Yeni dünya nizamına doğru" adlandırılması tamamilə məntiqidir. Region və bütövlükdə, dünya üçün aktual olan məsələlərin təhlili vurğulanan yeni məqamlar baxımından aktual görünür.


Bakıdan baxış: ümumregional aspekt


Siyasi liderlər üçün regional və qlobal miqyaslarda geosiyasi dinamikanın mahiyyətini Prezident İlham Əliyev aydın, ədalətli və reallığı ciddi surətdə nəzərə alan yanaşma müstəvisində qiymətləndirir. Nümunə kimi Prezidentin Cənubi Qafqazda geosiyasi vəziyyəti qiymətləndirməsi, proqnozlar verməsi, milli və prinsipial məsələlər ilə bağlı mövqeyinin üzərində dayana bilərik.  Bu kontekstdə İlham Əliyevin politologiya üçün vacib olan yanaşma nümayiş etdirməsi diqqət çəkir. Dövlət başçısı ifadə edir: "Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qərarından sonra təəssüf ki, təcavüzkar separatizmə aparan bu prosesə start verildi.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı".

Azərbaycanın dövlət başçısı dünya siyasətçilərini, dövlət başçılarını və ekspertləri Cənubi Qafqaza bu reallıq kontekstində baxmağa, yəni ədalətli və obyektiv olmağa səsləyir. Birincisi, regionda hazırda müşahidə edilən bir sıra neqativ məqamların kökü 100 il bundan əvvələ gedir. İkincisi, bu, "zaman bombası" idi və o, belə vəziyyəti yaradanların "əlində partladı". Üçüncüsü, bu reallığı indi də hər kəs, yəni ən güclü sayılan liderlər belə nəzərə almalıdır. Əks halda, növbəti "zaman bombası" onların əlində partlaya bilər.

Bu baza yanaşmadan Prezident İlham Əliyev ziddiyyətsiz və tam əsaslı digər məsələlərin təhlilinə keçir. O cümlədən indi Ermənistanda kifayət sayda revanşist qüvvələrin olduğunu ifadə edir, eyni zamanda onlara xəbərdarlıq edir: Azərbaycan özünə qarşı təhlükənin böyüyüb ciddi təhdidə çevrilməsinə imkan verməyəcək. Bunu diplomatiyası ilə edəcək və lazım gələndə müdafiə potensialından istifadə edəcək. Buna görə də Bakı, birincisi, Ermənistanın sülh müqaviləsi ilə bağlı manipulyasiyalarını tam neytrallaşdıracaq, ikincisi, kənar qüvvələrin regionda ayırıcı xətlər çəkməsinə imkan verməyəcək.

Prezidentin bu tezisi strateji əhəmiyyətlidir. Çünki İlham Əliyev açıq ifadə edir ki, 100 il əvvəl regionda ayrı-seçkilik salanlar indi cəzalarını alırlarsa, bundan sonra da ayırımçılıq edənlər eyni aqibəti yaşayacaqlar. Deməli, Avropa İttifaqında Cənubi Qafqazda xalqları və dövlətləri "sevimli və qeyri-sevimli" kimi kateqoriyalara bölməyin sonu Avropanın özü üçün faciə ilə bitər.


Türkiyə, İsrail və İran


Hazırda bu dövlətlərlə Azərbaycanın münasibəti çox aktuallaşmışdır. Və bu, yalnız Azərbaycanın onların hər biri ilə münasibətlərinin məzmunu ilə bağlı deyildir. Burada Türkiyə-İsrail, Türkiyə-İran və İsrail-İran münasibətlərinin dolanbaclarında rəsmi Bakının faydalı fəaliyyətinin xarakteristikası çox önəmlidir. Dövlət başçısı onların hər biri ilə bağlı konkret, aydın və ədalətli fikir bildirmişdir. "Türkiyə qardaş dövlətdir və strateji müttəfiqimizdir. Şuşa Bəyannaməsi bunun formal təsdiqidir". "İsrail dost dövlətdir və onunla münasibətləri qiymətləndiririk". "İran qonşu dövlətdir, ortaq dəyərlərimiz çoxdur. İranla əlaqələrə xüsusi fikir veririk, lakin, eyni zamanda Azərbaycan səfirliyində törədilmiş məlum terror hadisəsini unutmuruq. Terror törədən və onun arxasında duran qüvvələr cəzalandırılmalıdırlar".

Bu fikirlərdən aydın görünür ki, Azərbaycan Prezidenti hər bir böyük dövlətə Azərbaycanın milli dövlət maraqlarına cavab verən mövqedən yanaşır və başlıca məqsədi konstruktiv ab-hava yaratmaqdan ibarətdir.

Yuxarıda vurğulanan məqamlar fonunda Prezident İlham Əliyevin Gürcüstan məsələsinə yanaşması çox əhəmiyyətlidir. Dövlət başçısı bununla bağlı ifadə etmişdir ki: "Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir. Xalqlarımız tarixi bağlılığı, bizim birgə keçmişimizə - hansı ki o dövrdə qeyri-azad və qeyri-müstəqil idik - və müstəqillik dövrünə nəzər salsaq görərik ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə idi. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz - Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır".

Bu fikirlərdə rəsmi Bakının Gürcüstan siyasətinin iki məqamı önə çəkilmişidr. Birincisi, Gürcüstanla münasibətlər Cənubi Qafqaz kontekstində əməkdaşlıq, təhlükəsizlik və geosiyasi konstruktivlik aspektində regional nümunədir. Azərbaycan hər bir region dövləti ilə bu cür uğurlu münasibətlər qurmağa qadirdir. İkincisi, regionda ayırıcı xətt çəkmək istəyənlər bilməlidirlər ki, artıq buna nail olmaq mümkün deyildir. Azərbaycan Prezidenti Cənubi Qafqazda siyasi ayrı-seçkiliyi "müalicə" etməyin reseptini vermişdir. Buna görə də ən yaxşısı Ermənistana süni dəstək verməməkdir.


ABŞ ilə münasibətlər və Rusiya-Ukrayna müharibəsi


Azərbaycan nadir ölkələrdəndir ki, ABŞ-nin indiki rəhbərliyi onunla xoş münasibətlər qurmağa hazırdır. Bunu Donald Tramp Prezident İlham Əliyevə ünvanladığı məktubda aydın bəyan etmişdir. D.Tramp ayrıca, dövlət başçısının İsrail siyasətini dəstəklədiyini ifadə etmişdir. Həmin kontekstdə ABŞ Prezidenti Azərbaycan-ABŞ-İsrail, Azərbaycan-ABŞ-Türkiyə formatının perspektivinə inandığını vurğulamışdır.

Cənubi Qafqazda Amerikanın ikinci dövlətə belə münasibəti yoxdur. Bu onu ifadə edir ki, dövlət başçısı İlham Əliyevin "Azərbaycan regionun aparıcı dövlətidir" tezisi tam əsaslıdır və onu Vaşinqton da qəbul edir. Buna görə də Bakının Amerika siyasətini tam uğurlu hesab etmək olar.

Rusiya-Ukrayna müharibəsinə gəldikdə isə, İlham Əliyev bu problemin qaranlıq tərəflərinin hələ çox olduğunu vurğulayır. Belə ki, atəşkəs olsa belə, bunun konkret necə həyata keçiriləcəyi, şərtləri və davam etmə müddətinin təminatı və sairə kimi məsələlər məlum deyildir. Bunun fonunda Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya ilə də mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir.


Çin istiqaməti


Bu, Azərbaycanın prioritet faktorlarından biridir. Bakı Çin dövləti və onun şirkətləri ilə daim sıx əlaqələrdə olmuşdur. Prezident İlham Əliyev demişdir: "Siyasət və nəqliyyat baxımından deyə bilərəm ki, biz çoxsaylı müsbət hadisələrin şahidi oluruq. Bunlar arasında mən Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında bəyannaməni qeyd etmək istərdim. Həmin bəyannamə ötən il mənim Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir. Biz hazırda Çin şirkətləri ilə fəal çalışırıq. Biz onları müxtəlif sahələrdə strateji tərəfdaşımız olmağa dəvət etmişik, o cümlədən "yaşıl enerji" sahəsində".

Deməli, Çin böyük dövlət, həm də qlobal əməkdaşlıq layihəsinin müəllifi kimi Azərbaycan üçün vacib istiqamətdir.


Qlobal Cənub ilə Qlobal Şimal


Bütün bunların fonunda Azərbaycan Prezidenti dövlətimizin dünya miqyasında geosiyasi rolunun bir xüsusiyyətini də qeyd etmişdir. Bakı Qlobal Cənubla Qlobal Şimalın dialoqunda fəallıq göstərir. Onun bir aspekti, bütövlükdə, Azərbaycan diplomatiyasının fəaliyyətində, digər aspeki isə, Azərbaycanın Qoşulmama Hərəkatındakı təşəbbüslərində öz əksini tapmışdır. Rəsmi Bakı bu istiqamətdə də fəallığını artırmağa hazırdır.

Beləliklə, indiki mərhələdə Azərbaycan rəhbərliyi regional və qlobal masştablarda geosiyasi proseslərə düşünülmüş, perspektivli və sırf konstruktiv şəkildə yanaşır. Ölkə rəhbəri regionun lideri kimi fəaliyyətini daha da gücləndirməkdədir! 


Kamal ADIGÖZƏLOV, 

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

02:26
22 May

AKP sədrinin müavini: Qərbi Azərbaycana qayıdış tələbi hüququn və ədalətin təzahürüdür

23:35
21 May

Ramil Həsən: Türkiyə Qərbi Azərbaycan məsələsində Azərbaycanın ədalət çağırışlarına açıq dəstək verir

22:05
21 May

Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb

21:22
21 May

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının məsələsidir

18:20
21 May

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB - 4 

18:10
21 May

Macarıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır  

18:02
21 May

Azərbaycan ilə Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb  

17:53
21 May

Vüqar Rəhimzadə: Azərbaycan və Macarıstan liderlərinin dostluq münasibətləri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır  

17:49
21 May

Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  

17:36
21 May

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan  

17:08
21 May

Bu il rekord sayda maqnit fırtınası gözlənilir

17:02
21 May

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

17:01
21 May

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

16:55
21 May

Səfir: Çin-Azərbaycan münasibətləri daim inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilib  

16:28
21 May

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

16:24
21 May

Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib  

16:19
21 May

“SpaceX” şirkəti orbitə daha 23 internet peyki çıxarıb  

16:14
21 May

Baş nazirin müavini Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb  

16:11
21 May

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub  

16:07
21 May

Böyük Britaniyada ağcaqanadlarda Qərbi Nil virusu aşkarlanıb

16:05
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!