Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Bakıda Auditorlar Palatasının təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd yaşıl iqtisadiyyat şəraitində hesabatlılıq anlayışına yeni yanaşma, maliyyə göstəriciləri ilə yanaşı, qeyri-maliyyə, ekoloji, sosial və digər amilləri özündə ehtiva edən hesabatlılıq və nəzarət sisteminin qurulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə fikir mübadiləsi aparmaq və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını ziyarət edərək məzarları önünə gül dəstələri düzüblər.
Daha sonra öz işinə başlayan beynəlxalq elmi-praktik konfransda Auditorlar Palatasının sədri, professor Vahid Novruzov tədbirin əhəmiyyətindən bəhs edib və konfransın işinə uğurlar arzulayıb.
Həmçinin tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti Asma Resmouki, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin və digər xarici qonaqlar təbrik nitqləri ilə çıxış ediblər.
Konfransda iqlim fəaliyyətinin qiymətləndirilməsinə ali audit orqanlarının cəlb edilməsi, dayanıqlı inkişaf sahəsində məlumatların açıqlanması üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiq edilməsi, dayanıqlı inkişaf barədə hesabatlılıq, Avropa İttifaqında davamlılıq hesabatı və audit üçün hüquqi baza, yaşıl iqtisadiyyat şəraitində mühasiblər və auditorlar üçün əsas çağırışlara dair məruzələr dinlənilib, bu sahələrdə beynəlxalq əlaqələrin genişləndirilməsi zərurəti və onun reallaşdırılması şərh edilib, yaşıl iqtisadiyyat, sosial məsuliyyət və ekoloji tarazlığın təmin edilməsi sahəsində 19 məruzə dinlənilib və faydalı fikir mübadiləsi aparılıb.
Beynəlxalq elmi-praktik konfrans çərçivəsində İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) və Auditorlar Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
Konfransın yekununda Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul edilib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, habelə təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.
Konfransın növbəti günü, sentyabrın 17-də iştirakçıların Qobustan Palçıq Vulkanları Turizm Kompleksi və Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanışlığı, xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri ilə auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi nəzərdə tutulub.
Konfransda Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 12 ölkəni (Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Pakistan, Rusiya, Türkiyə) təmsil edən 30 qurumdan 150-yə yaxın nümayəndə iştirak edir.
11:04
Bakıda Auditorlar Palatasının təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd yaşıl iqtisadiyyat şəraitində hesabatlılıq anlayışına yeni yanaşma, maliyyə göstəriciləri ilə yanaşı, qeyri-maliyyə, ekoloji, sosial, digər amilləri özündə ehtiva edən hesabatlılıq, nəzarət sisteminin qurulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi üzrə fikir mübadiləsi aparmaq və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
Konfransda Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 12 ölkəni (Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Pakistan, Rusiya, Türkiyə) təmsil edən 30 qurumdan 150-yə yaxın nümayəndə iştirak edir.
Azercell abunəçilərinin nəzərinə
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabineti - QƏRAR № 420
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının SİYAHISI
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/222
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/223
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/224
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/225
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/226
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/227
Mərkəzi Seçki Komissiyası – Qərar № 45/228
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Reza Deqati ilə görüş keçirilib
Dövlət Departamenti: Biz həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək imkanlarını nəzərdən keçiririk
Amerika qoşunlarının son qrupu Nigeri tərk edib
"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib
Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb
Fatma Şahin: Azərbaycan şəhərləri ilə qardaşlaşan 24-cü şəhər Qaziantep olacaq
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi imkanları öyrənilir
Fərid Qayıbov Paris-2024-də çıxış edən Azərbaycan paralimpiyaçıları və məşqçi heyəti ilə görüşüb
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!