31 Avqust 2024 08:00
3224
SİYASƏT
A- A+
Azad və demokratik ənənənin təntənəsi

Azad və demokratik ənənənin təntənəsi

 

Sabah suverenliyini tam təmin etmiş Azərbaycanda ilk parlament seçkiləri keçiriləcək

 

Şanlı tarixində mükəmməl seçki təcrübəsinə, bu sahədə zəngin ənənəyə sahib olan Azərbaycanda sabah parlament seçkiləri keçiriləcək. Bu seçkilərin özəlliyi odur ki, tariximizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzurda parlament seçkiləri reallaşacaq. 31 ildən sonra doğma yurdlarına qayıdan soydaşlarımız ali qanunverici orqanda - Milli Məclisdə onları təmsil edəcək deputatlarını seçəcəklər. 
Milli Məclisə keçiriləcək bu seçkilər torpaqlarına yenidən sahib olan bütövləşmiş Azərbaycanın həyatında yeni bir mərhələdir.
Ümumiyyətlə, son 21 ildə ölkəmizdə təkmil seçki modeli formalaşıb. 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin elan edilməsindən etibarən Azərbaycanda  ümumilikdə 8 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi, həmçinin 6 referendum keçirilib.
2024-cü il isə onların içərisində xüsusilə seçilir. Çünki bu il ölkəmizdə üç mühüm seçki ilə əlamətdar olacaq. Belə ki, ilin əvvəlində, fevralın 7-də Azərbaycanda "Zəfər seçkiləri" adlandırılan prezident seçkiləri reallaşıb. Xalqımız İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfərin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevi birmənalı şəkildə özünə yenidən lider seçib. 
Sabah isə tariximizdə ilk dəfə olaraq suverenliyini tam təmin etmiş, yəni Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla bütün Azərbaycanda ilk parlament seçkiləri keçiriləcək. 
Ölkəmizin seçki qanunvericiliyinə əsasən, bu gün deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyaları dayanır. Yəni təşviqat üçün ayrılmış 23 gün başa çatır. Bu proses səsvermə gününə 23 gün qalmış başlanılıb və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. 
MSK tərəfindən seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb. Azərbaycanda hazırda səsvermə hüququna malik 6421960 nəfər seçici var. Seçkilərdə 990 namizəd mübarizə aparacaq. Ölkə üzrə ümumilikdə 6 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək. Bu məntəqələrdən 54-ü işğaldan azad edilmiş ərazilərdə yerləşir. Onların 34-ü daimi, 20-i isə müvəqqətidir. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə səsvermə huququna malik əhalinin sayı 42 mindən çoxdur. 
Seçkiləri 600 minə yaxın beynəlxalq, 112 mindən artıq isə yerli müşahidəçilər izləyəcəklər. Xüsusi olaraq vurğulanmalıdır ki, siyasi partiyalar və yerli vətəndaş cəmiyyəti institutları bu prosesdə aktivlik nümayiş etdirir və çoxsaylı müşahidəçilərlə səsvermə prosesinin müşahidəsini aparacaqlar.  
Sabah 18 yaşı tamam olan 374 nəfər parlament seçkilərində səs verəcək. Seçkilərdə ilk dəfə səs verən seçicilər üçün xüsusi seçici kartları hazırlanıb. Belə ki, ilk dəfə səs verən seçicilərdən 374-ü sentyabrın 1-də doğum gününü qeyd edəcək. Onlara  xüsusi təbrik kartları veriləcək. MSK sədri Məzahir Pənahov həmin kartlara rəhbərlik etdiyi qurumun xüsusi möhürünun vurulması təklifini irəli sürüb. 
Əvvəlki seçkilərdə olduğu kimi, sentyabrın 1-də keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub. Qeyd edək ki, səsvermə prosesində daşınmaz seçki qutuları ilə yanaşı, daşınan seçki qutularından da istifadə etmək qanunvericiliyin tələbidir. Seçki Məcəlləsinə əsasən, daşınan seçki qutularından istifadə qaydaları müəyyən edilib. Sağlamlığı seçki məntəqəsinə gəlməyə imkan verməyən seçicilər səsverməyə bir gün qalmış məntəqə seçki komissiyasına müraciət edirlər. Məntəqə seçki komissiyası ərizəyə baxış keçirdikdən sonra qərar qəbul edir. Səsvermə günü komissiyanın iki nümayəndəsinin iştirakı ilə daşınan seçki qutusu müraciət edən seçicinin ünvanına aparılır və səsvermə hüququ təmin olunur. Səsvermə prosesi başa çatdıqdan sonra ilk olaraq, daşınan seçki qutularındakı səslər sayılır, sonda ümumi səslərin üzərinə gəlinir. Bütün proses qanunauyğun hazırlanan müvafiq qaydalar çərçivəsində həyata keçirilir.
Bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli tədqiqat növü hesab olunan "exit-poll" keçiriləcək. Anonim keçirilən bu sorğu prosesi kimin qalib gəldiyini operativ və obyektiv şəkildə müəyyənləşdirməyə imkan verir. Ölkəmizdə son illərdə bu sistem  uğurla tətbiq olunur.  
Bir sözlə, Azərbaycanda seçkilərin təşkili və keçirilməsi üzrə olduqca zəngin demokratik ənənə və böyük təcrübə mövcuddur. Bu baxımdan, bu seçkilər də respublikamızda demokratik dəyərlərin tam bərqərar olduğunu növbəti dəfə təsdiq edəcək. Seçicilərin seçkilərdə fəal iştirakı isə respublikamızın inkişaf və yüksəliş reallıqlarına əsaslanacaq. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb  

12:07
17 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb  

11:39
17 Yanvar

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

11:15
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!