11 Sentyabr 2024 08:00
1216
SİYASƏT
A- A+
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah

Qüdrətli dövlət, güclü ordu, yüksək rifah

 

15 oktyabr 2023-cü ildə Xankəndidə Azərbaycanın dövlət bayrağının qaldırılması Zəfərin son nöqtəsi, Qarabağ probleminin birdəfəlik və əbədi həlli oldu!
* Buna qədər Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruq"la Ermənistan ordusunu məhv edərək 30 illik işğala son qoymuşdu!
* Buna qədər xəyanət və separatizm yolu sayılan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurularaq Ermənistanın "dqr"ı qidalandıran şah damarı kəsilmiş, ərazi bütövlüyümüz bərpa olunmuşdu!
* Buna qədər lokal tipli antiterror əməliyyatı keçirilərək dövlət suverenliyi və Konstitusiya əsaslarının bərpası təmin edilmişdi!
Bununla da Azərbaycan xalqı əsas milli ideyasının həyata keçirilməsinə də nail oldu!
10 yanvar 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu barədə öz fikirlərini bölüşməklə yanaşı, cəmiyyətə də ismarışını çatdırdı: "Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır". 
***
Azərbaycan xalqını başlıca milli ideyasına çatdıran yol Heydər Əliyev siyasi kursu olmuşdur!
Ötən əsrin 90-cı illərində müstəqillik yoluna qədəm qoyan Azərbaycanda baş verən təhlükəli proseslər, maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz adamların iqtidara gəlmələri, onların yeritdikləri naşı və yanlış siyasət nəinki müstəqilliyimizi, hətta bir dövlət kimi mövcudluğumuzu da real təhlükə qarşısında qoymuşdu.
Xalqın arzu və tələbi ilə yenidən Azərbaycanın rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev dövləti məhvolmadan, xalqı bəlalardan qurtararaq möhkəm və dönməz sabitlik yaratdı, müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirdi!
Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri saymaqla qurtarmaz!
Bir neçə mühüm məqamı diqqətə çəkirik:

* İki dəfə dövlət çevrilişinə cəhdin qarşısı alındı;
* "Əsrin müqaviləsi" sayılan neft kontraktı imzalanaraq Azərbaycanın gələcək uğurlu iqtisadi inkişafı təmin edildi;
* Milli maraqlara söykənən daxili və xarici siyasət xətti müəyyənləşdirilərək həyata keçirildi;
* Bazar iqtisadiyyatına keçid, dövlət əmlakının özəlləşdirilməsinə başlanıldı;
* Yeni Konstitusiya hazırlanaraq qəbul edildi;
* Azərbaycançılıq ideologiyası gündəlik həyat tərzimizə çevrildi;
* Dövlətin və xalqın gələcək uğurlu inkişafını təmin edən Heydər Əliyev siyasi kursu müəyyənləşdirildi.
2003-cü ildən sonra Azərbaycan xalqı çox düzgün seçim edərək Heydər Əliyev siyasi kursuna sadiqliyini bildirdi.
Əgər Heydər Əliyev siyasəti davam etdirilməsəydi, dövlətimizin, xalqımızın başına hansı bəlalar gələrdi - bunu bir Allah bilir!
Təbii ki, yeni əsas milli ideyanın müəyyənləşdiriləcəyi halda Heydər Əliyev siyasi kursunun davam etdiriləcəyi birmənalıdır!
Çünki Azərbaycanın müstəqilliyinin qorunması, milli maraqlarına əsaslanan daxili və xarici siyasət xəttinin təmini, dövlətin iqtisadi imkanlarının və siyasi nüfuzunun bundan sonra da artırılması yalnız Heydər Əliyev siyasi kursuna sadiqlik şəraitində mümkündür.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir.
Azərbaycanda mövcud olan tolerant mühit, multikultural dəyərlərə verilən qiymət, ölkədə yaşayan xalqlar arasında ayrı-seçkiliyə yol verilməməsi, onların mədəniyyətinin inkişafına yaradılan münbit şərait bu müxtəlifliyi real gücə çevirir.
Məhz bu birgə güc sayəsində Azərbaycan iqtisadi cəhətdən inkişaf edir, beynəlxalq nüfuz sahibinə çevrilir, düşmənlərinə və bədxahlarına qalib gəlir!
Bütün bu dəyərlər Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında öz əksini tapmışdır!
Şübhəsiz, azərbaycançılıq ideologiyasına sədaqət bundan sonra da davam edəcək, dövlətimizin qüdrətlənməsinin şərtlərindən biri olaraq qalacaqdır!
***
44 günlük Vətən müharibəsi Azərbaycan xalqı və dövləti üçün mühüm bir sınağa çevrildi, milli və dövlət maraqları ətrafında xalqımızın sarsılmaz birliyini nümayiş etdirdi.
Müxalifət partiyalarının da bu müqəddəs müharibədə dövlətin yanında, xalqla birlikdə olmaları indiyədək mümkün olmayan milli birliyimizi yaratdı.
Azərbaycanda demokratik, çoxpartiyalı, fikir müxtəlifliyinə əsaslanan vətəndaş cəmiyyəti qurulmuşdur və ölkənin hər bir vətəndaşı xarici təhdid və təhlükə qarşısında birləşərək ümumi düşmənə qarşı mübarizədə "dəmir yumruğ"a çevrilə bilir!
44 günlük Zəfər müharibəsi, erməni faşizmi üzərindəki parlaq qələbə bunun bir daha təsdiqi oldu.
Şübhə yoxdur ki, gələcəkdə belə bir sınaqlı məqam yaranarsa, xalq yenə də milli birliyinin möhkəmliyini ortaya qoyacaqdır!
İndi isə növbəti dövr üçün təklif etdiyimiz əsas milli ideyanın komponentlərinə diqqət yetirək.
***
QÜDRƏTLİ DÖVLƏT. Azərbaycan yaranışından zəngin yeraltı və yerüstü sərvətlərə malik olub.
Lakin tarixinin müəyyən dövrlərində, xüsusən SSRİ adlı qırmızı imperiyanın tərkibində olduğu zaman həmin sərvətlərə sahib ola, sərəncam verə bilməyib!
Faktiki olaraq "adı mənim, dadı sənin" prinsipi hökm sürüb!
Yalnız Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan, "Əsrin müqaviləsi" adlanan neft kontraktının imzalanmasına, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin reallaşmasına, beləliklə, Azərbaycan neftinin qeyri-ənənəvi marşrutla dünya bazarına nəqlinə nail olunduqdan sonra ölkə öz sərvətlərinin əsl bəhrəsini görməyə başladı.
Bundan sonra bağlanan bütün neft-qaz müqavilələrində milli maraqlarımız tam təmin olundu.
Azərbaycanı Avropanın əsas qaz təchizatçılarından birinə çevirən "Cənub qaz dəhlizi"nin çəkilişindən sonra iqtisadi gücümüz dəfələrlə artdı, iqtisadiyyatımız şaxələndirildi, aqrar sektorun və sahibkarlığın inkişafına nail olmaqla irəliyə doğru mühüm addımlar atıldı.
"Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi, Orta dəhlizə bir çox dövlətin böyük maraq göstərməsi, Bakının beynəlxalq logistika mərkəzinə çevrilməsi Azərbaycanın imkanlarını genişləndirməklə yanaşı, onunla dostluq və əməkdaşlıq etmək istəyən dövlətlərin də sayını xeyli artırmışdır.
Bütün bu addımların Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsində, beynəlxalq nüfuzunun yüksəlməsində xüsusi rolu olmuşdur!
155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən, onun iclaslarına sədrliyi zamanı dünyanı düşündürən və narahat edən məsələlər qaldıran, dəyərli təkliflər verən Prezident İlham Əliyev ölkəmizin müsbət imicdə tanınmasına nail olmuşdur.
Daha sonra cənab İlham Əliyevin Qoşulmama Hərəkatına rəhbərliyi, quruma sədrliyinin daha bir il artırılması, COVID-lə mübarizə dövründə atdığı cəsarətli addımlar dövlətimizin dostlarını əhəmiyyətli dərəcədə çoxaltmışdır.
44 günlük Zəfər müharibəsindəki qələbədən, əsas milli ideyanın gerçəkləşdirilməsindən sonra ölkəmiz əvvəlki uğurlarına arxalanmaqla yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
ABŞ-nin, Qərbin, o cümlədən Avropa İttifaqının Azərbaycana qarşı ermənipərəst, ikili standartlara əsaslanan siyasət yürütmələri, bu qeyri-dost addımların bir çox məsələdə təzahürü ölkəmizi öz siyasətində müəyyən dəyişikliklərə vadar etməkdədir.
AŞPA-da fəaliyyətini qeyri-müəyyən vaxtadək donduran Azərbaycan İƏT-də, TDT-də fəaliyyətini gücləndirmiş, habelə bu qurumlarda işlərin daha da canlandırılmasına nail olmuş, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa başlamışdır.
Türkiyə, Rusiya və Çinlə strateji müttəfiqlik münasibətlərinə yüksələn əməkdaşlıq Azərbaycanın iqtisadi gücünün və siyasi nüfuzunun daha da yüksəldiyinə dəlalət edən faktlardır.
Ölkəmiz həm də BRICS-ə qəbul olunmaq üçün ərizə vermişdir.
Bəli, Azərbaycan heç zaman dəvət olunmadığı yerə getmir, heç kəsin qapısı ağzında gözləmir, yalnız qarşılıqlı maraqları təmin edən bərabərhüquqlu əməkdaşlığa üstünlük verir!
Artıq ölkəmiz dünyada və dünya siyasətində öz yerini dəqiqliklə müəyyənləşdirmişdir. Prezident İlham Əliyevin sözləri ilə desək: "Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir".
Dövlət başçısı İlham Əliyev tərəfindən indiyədək görülən bütün tədbirlər, nəzərdə tutulan planların gerçəkləşdirilməsi Azərbaycanın bir dövlət kimi daha da güclənəcəyinə, siyasi nüfuzunun durmadan artacağına möhkəm təməl yaradıb!
***
GÜCLÜ ORDU. Müasir ordu quruculuğu dövlətin iqtisadi imkanları ilə birbaşa bağlıdır.
Birinci Qarabağ müharibəsində Azərbaycan ona görə məğlub olaraq ərazi itkisinə məruz qaldı ki, nə ordusu, nə kifayət qədər silah-sursatı, nə də ölkənin müdafiəsini təmin edəcək rəhbəri vardı.
Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesini uğurla davam etdirdi, ölkənin bütün imkanlarını səfərbərliyə alaraq işğala son qoyacaq silahlı qüvvələr formalaşdırdı.
Ordu quruculuğunda maliyyə əsas faktor sayılsa da, insan amili də mühüm əhəmiyyət daşıyır.
Bu məsələdə yeni gənc nəslin yetişdirilməsi böyük rol oynadı.
Prezidentin "Neft kapitalının insan kapitalına çevrilməsi" barədə çağırışı razılıqla qarşılandı, digər ixtisaslarla yanaşı, dünyanın ən tanınmış ali hərbi məktəblərində xeyli zabit kadrları da hazırlandı və bu proses davam etməkdədir.
Yeni vətənpərvər gənc nəslin yetişdirilməsinə Milli Olimpiya Komitəsi də dəstəkçi oldu, yüzlərlə yeniyetmə və gənc ölkəmizdə və dünyanın idman arenalarında keçirilən yarışlarda iştirak edərək bayrağımızı ucaltdı, himnimizi səsləndirdi.
İdmançı gənclərin bir qismi orduda xidmət etdi, xüsusi təyinatlılar kimi yetişdi, komandolar hazırlığından keçdi.
Məhz vətənpərvər, igid Azərbaycan gənclərinin sayəsində düşmən çox qısa müddətdə tam məğlubiyyətə uğradıldı, torpaqlarımızdan qovuldu, Şuşa kimi qala şəhər demək olar ki, yalın əllə, əsgər xəncəri və "lopatka"sı ilə əlbəyaxa döyüşlərdə azad edildi.
Yüzlərlə Azərbaycan gənci qəhrəmanlıq nümunəsi göstərərək orden və medallara layiq görüldü, şəhidlik məqamına yüksəldi.
İkiəsrlik Qarabağ münaqişəsinə birdəfəlik son qoyulsa da, düşmənin revanşizm niyyəti davam etməkdədir.
Diqqəti İlham Əliyevin inaqurasiya mərasimindəki nitqindən bir parçaya yönəltmək istəyirik:
"Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır. Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək".
Bu gün ABŞ, başda Fransa olmaqla, Avropa İttifaqı Ermənistana hərbi məqsədlər üçün pul ayırır, İran ərazisindən keçməklə onu silahlandırır, birgə hərbi təlimlər keçirir, mütəxəssislər və pensiyaçılardan ibarət casuslar şəbəkəsi quraraq kömək göstərirlər.
Odur ki, ordumuz da, hərbi sənaye kompleksimiz də daim hazır olmalıdır və hazırdır da!
Azərbaycan Ordusunun daim yüksək döyüş səviyyəsində saxlanılması əsas milli ideyada öz əksini tapmalıdır!
***
Qırmızı imperiyanın parçalanması, Azərbaycanın müstəqillik arzusunu gerçəkləşdirməsi ağır və ağrılı keçdi.
Bir yandan dövlətə maymaq, qorxaq, naşı və səriştəsiz adamların başçılıq etmələri, bir yandan "Dağlıq Qarabağ problemi" adlı oyunbazlıqla ölkəmizə qarşı ərazi iddialarına rəvac verilməsi, xalqın buna kəskin etirazı və kütləvi aksiyaların, tətillərin baş verməsi ölkə iqtisadiyyatına da mənfi təsirini göstərdi.
Fabrik və zavodlarda işlərin dayandırılması, kolxoz və sovxozların dağıdılması və əmlaklarının mənimsənilməsi, hiper inflyasiyanın baş verməsi, bir sözlə, başsızlıq və idarəsizlik səbəbindən əhalinin güzəranı xeyli pisləşdi.
Ölkə daxilində qaçqın və məcburi köçkün təbəqəsinin yaranması yoxsul insanların sayının sürətlə çoxalması, bütövlükdə əhalinin rifahının xeyli aşağı düşməsilə nəticələndi.
AXC-Müsavat cütlüyünün iqtidarda olduğu 1993-cü ildə "bəylər" dövlət büdcəsini belə formalaşdıra, təsdiq edə bilmədilər...
Yenidən rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyevin ölkədəki anarxiya və qanunsuzluğun qarşısını alması, möhkəm və dönməz sabitlik yaratması, bazar iqtisadiyyatı münasibətlərinə keçidlə əlaqədar apardığı islahatlar, sahibkarlığın inkişafı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı həyata keçirdiyi iki dövlət proqramı, habelə atılan digər addımlar vəziyyəti müəyyən qədər yüngülləşdirsə də, hələ neft satışından kifayət qədər vəsait daxil olmadığından ciddi çətinliklər qalırdı.
Cənab İlham Əliyevin prezidentliyə başladığı zaman diqqət ayırdığı ən mühüm məsələlərdən biri əhalinin güzəranının yaxşılaşdırılması idi.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul edilərək uğurla reallaşdırıldı, ölkə ərazisində yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olundu, qazlaşdırma 90 faizdən yuxarı qaldırıldı, hər il minlərlə yeni iş yeri açıldı, özəl sektorun inkişafı təmin edildi və s.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində də mühüm işlər görüldü, 116 yaşayış kompleksi və qaçqın şəhərciyi salınaraq orada 300 mindən çox insan məskunlaşdırıldı.
Bütövlükdə Azərbaycan vətəndaşının gəliri ilə yanaşı, sosial rifahı da xeyli yüksəlmişdir. Paytaxt Bakı dünyanın ən gözəl meqapolislərindən birinə çevrilmiş, bütün şəhər, kənd və qəsəbələrin siması əsaslı şəkildə dəyişmiş, insanlar özlərinə bir-birindən gözəl fərdi evlər tikdirmiş, çoxmərtəbəli binalardakı mənzillərə köçmüş, hətta bir ailənin bir neçə üzvü özünə minik maşını almışdır.
Bütün bunlar təkcə statistika deyil, həm də gözlə görünənlərdir.

Qarabağa və Şərqi Zəngəzura qayıdanlar isə müasir qəsəbələrdə, hər bir şəraiti olan evlərdə xoşbəxt günlərini yaşayırlar.
Təbii, həyat durmadan inkişaf edir, daim yenilənir.
İnsanların da tələb və ehtiyacları durmadan artır.

Cənab İlham Əliyevin illər öncə söylədiyi sözü yada salırıq: "Azərbaycan xalqı xoşbəxt yaşamağa layiqdir".
Xoşbəxt günləri təmin etmək üçün dövlət başçısı İlham Əliyev əlindən gələni edir və nəticələri ilbəil görünür.
Hesab edirik ki, xalqın sosial rifahının daim yüksəldilməsi də mühüm hədəflərdən biri kimi əsas milli ideyada əksini tapmalıdır.
***
Vətən müharibəsindən əvvəl də, sonra da Azərbaycanın iqtisadi qüdrətinin artırılması və siyasi nüfuzunun yüksəldilməsi sahəsində əsaslı işlər görülmüş, tarixinin ən qüdrətli Azərbaycanı yaradılmışdır.
Bu, həm də ən müasir, ən yeni silahlarla silahlanmış ordu qurulmasına, işğal altındakı torpaqları azad etməklə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və Konstitusiya əsaslarının təmin olunmasına imkan yaratmışdır.
Xalqın sosial rifahının yüksəldilməsi sahəsində də mühüm işlər görülmüş, ölkə vətəndaşlarının iqtisadi durumu xeyli yüksəlmişdir.
Belə ki, görülən tədbirlər sayəsində yoxsulluq və işsizlik 40-50 faizdən 4-5 faizə enmişdir.
Lakin ölkə miqyasında hələ də həllini gözləyən müəyyən problemlər qalmaqdadır.
Ən əsası 30 il ərzində qaçqın həyatı yaşayan, bir çox halda ağır vəziyyətdə ömür sürən insanların yaşayış səviyyəsinin yüksəldilməsi vacib məsələlərdəndir.
Dövlət başçısı İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası ilə bağlı sistemli tədbirlər görür.
Ən əsası Qarabağın və Şərqi Zəngəzurun məskunlaşdırılması, orada zəruri infrastruktur və iş yerlərinin yaradılması, keçmiş məcburi köçkünlərin mümkün qədər az vaxtda doğma yurd-yuvalarına qaytarılması istiqamətində mühüm addımlar atır.
2026-cı ilədək 34500 ailənin - 140 mindən çox insanın doğma yurda qaytarılması nəzərdə tutulmuşdur və onların bir qismi artıq geriyə dönərək ən müqəddəs arzularına qovuşmuşlar.
Təbii ki, bütün bunlar külli miqdarda vəsait və müəyyən zaman tələb edir.
Ən əsası geriyə dönüşün təmin olunması üçün Azərbaycanın iqtisadi gücü və maliyyə imkanları durmadan artırılmalı, ölkənin təhlükəsizliyinin təmini üçün ordu daha da gücləndirilərək daim ayaqda olmalıdır!
Göründüyü kimi, bu üç hədəf bir-biri ilə üzvi şəkildə bağlıdır!
İnsanların yaşayış səviyyəsinin yüksəldilməsi üçün dövlət daim güclənməli, iqtisadi imkanlarını artırmalıdır. 
Eyni zamanda xalq, dövlət revanşizm niyyətlərindən hələ də əl çəkməyən, havadarları tərəfindən müntəzəm surətdə silahlandırılan düşməndən etibarlı şəkildə qorunmalı, Zəfər ordusu daim yeni zəfərlərə hazır vəziyyətdə saxlanılmalıdır.

Bütün bu zəruri məqamları və indiyədək Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən görülən möhtəşəm işləri nəzərə alaraq hesab edirik ki, növbəti, yeni dövrdə milli hədəflərimiz davam etdirilməli, ƏSAS MİLLİ İDEYA İSƏ QÜDRƏTLİ DÖVLƏT, GÜCLÜ ORDU VƏ YÜKSƏK RİFAH OLMALIDIR!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AQC sədri: “Qiymətləndiricilər Palatasında gözləntilərimiz böyükdür”

20:18
03 Noyabr

“Səbail” komandasının baş məşqçisi istefa verib  

19:24
03 Noyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev və Cəmil Nəcəfovun xatirələri anılıb

16:59
03 Noyabr

Moldova MSK: Prezident seçkilərinin ikinci turunu baş tutmuş hesab etmək olar

16:48
03 Noyabr

COP29 nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir

15:56
03 Noyabr

Arxiyepiskop: Kilsə həmişə gürcü xalqının yanındadır

15:53
03 Noyabr

Pavel Herçinski: Aİ-nin yüksək səviyyəli nümayəndə heyəti COP29-da iştirak edəcək

15:46
03 Noyabr

İstanbul sərgisinə qatılan Azərbaycan nümayəndə heyəti Ümummilli Liderin abidəsini ziyarət edib  

15:23
03 Noyabr

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçirilib

14:29
03 Noyabr

Qazaxıstanlı deputat: Azərbaycan COP29-u yüksək səviyyədə keçirəcək

13:56
03 Noyabr

Metro stansiyalarının iş rejimində tənzimləmələr tətbiq ediləcək

13:41
03 Noyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:59
03 Noyabr

Azərbaycanın Zəfər Günü Parisdə təntənə ilə qeyd olunub

12:39
03 Noyabr

Bu gün axşamdan başlayaraq hava şəraiti qeyri-sabit, arabir yağıntılı olacaq, şimşək çaxacaq

12:35
03 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçı sayının artması sevindirici haldır  

12:31
03 Noyabr

“Qələbə qaçışı”nın qalibləri müəyyənləşib 

12:22
03 Noyabr

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıb

11:52
03 Noyabr

Bakıda IV “Qələbə qaçışı”na start verilib

10:20
03 Noyabr

146 il əvvəl...

09:05
03 Noyabr

Varisliyin maarifçilik nümunəsi

09:00
03 Noyabr

Azərbaycanın "yumşaq güc"ü: zəngin tarixi irs və modern müasirlik

08:55
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!