17 Sentyabr 2024 01:34
5828
MSK
A- A+
Mərkəzi Seçki Komissiyası –Qərar № 45/227

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/227


Qərar № 45/227


2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə ümumi yekunların müəyyənləşdirilməsi ilə əlaqədar işlərin başa çatmış hesab edilməsi və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərin ümumi yekunlarına dair Protokolunun tərtib olunması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının  qərarı


2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki dairələri üzrə səsvermənin yekunları barədə dairə seçki komissiyalarının qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada tərtib edilən protokolları müvafiq zəruri sənədlərlə birgə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin sənədlər müəyyən olunmuş müddət ərzində yoxlanılmışdır. Bunun nəticəsində 13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 26 saylı, 18 saylı Nərimanov - Nizami - Binəqədi seçki dairəsinin 15 saylı, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı, 38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı, 41 saylı Gəncə - Samux - Goranboy seçki dairəsinin 38 saylı, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5 və 9 saylı, 52 saylı Yevlax seçki dairəsinin 2 və 8 saylı, 80 saylı Lerik - Astara seçki dairəsinin 88 saylı, 82 saylı İmişli - Saatlı seçki dairəsinin 41, 42, 44 və 45 saylı, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25 və 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin mümkünsüzlüyü səbəbindən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, eləcə də seçkilərin hazırlanması, keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılmalıdır.

Qeyd edilənlər nəzərə alınmaqla, seçkilərin ümumi yekunlarının müəyyənləşdirilməsi üçün dairə seçki komissiyaları protokollarının və onlara əlavə olunmuş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilməlidir. 

Beləliklə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2-ci maddəsinə görə, seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu tərtib edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 28.2-ci, 28.4-cü, 108.2-ci və 171.2-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarının yoxlanılması nəticəsində 13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 26 saylı, 18 saylı Nərimanov - Nizami - Binəqədi seçki dairəsinin 15 saylı, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı, 38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı, 41 saylı Gəncə - Samux - Goranboy seçki dairəsinin 38 saylı, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5 və 9 saylı, 52 saylı Yevlax seçki dairəsinin 2 və 8 saylı, 80 saylı Lerik - Astara seçki dairəsinin 88 saylı, 82 saylı İmişli - Saatlı seçki dairəsinin 41, 42, 44 və 45 saylı, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25 və 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyən etmək mümkünsüz olduğundan, həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin, seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə, ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılsın (Əlavə 1).

2. Seçkilərin ümumi yekunlarının müəyyənləşdirilməsi üçün dairə seçki komissiyalarının səsvermənin yekunlarına dair protokolları və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab olunsun.

3. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu tərtib edilsin. 

4. Bu Qərar dərc olunduğu gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


16.09.2024


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XIV tura yekun vurulub  

21:40
24 Noyabr

Ombudsman Səbinə Əliyeva İƏT ölkələrindən Azərbaycanın mina probleminə dəstəyin artırılmasını istəyib  

21:38
24 Noyabr

BMT Baş katibi COP29-un təşkilatçılığında peşəkarlığı və könüllülərin töhfəsini yüksək qiymətləndirib  

21:37
24 Noyabr

Seçmə mərhələ: Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub  

20:51
24 Noyabr

Rumıniyada Prezident seçkilərində namizədlər arasında mübarizə güclənir  

19:53
24 Noyabr

Ombudsman: Bəzi islam ölkələrindəki silahlı münaqişələr insanların sağlamlıq hüququnun təmininə ciddi təsir göstərir

19:31
24 Noyabr

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında iştirak edir  

18:09
24 Noyabr

Azərbaycandan dəmiryolu ilə ilk ixrac qatarı Çinə yola salınıb  

17:53
24 Noyabr

HAVA: Azərbaycanda bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq  

16:19
24 Noyabr

Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır

16:06
24 Noyabr

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!

15:49
24 Noyabr

Gürcüstan DİN müxalifət partiyalarına müraciət edib  

15:36
24 Noyabr

Bakıda 1,3 trilyon ABŞ dolları həcmində yeni iqlim maliyyəsi hədəf seçilib 

15:27
24 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

14:43
24 Noyabr

MOİK təmsilçiləri Türkiyədə keçirilən kikboksinq çempionatında 7 qızıl medal qazanıblar  

13:59
24 Noyabr

Rumıniyada prezident seçkiləri keçirilir

11:52
24 Noyabr

Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək  

11:51
24 Noyabr

Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb  

11:50
24 Noyabr

COP29-da yeni iqlim hədəfi müəyyən olunub 

11:49
24 Noyabr

Antonio Quterreş: COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur

11:48
24 Noyabr

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib  

11:06
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!