16 Sentyabr 2024 11:44
47
İQTİSADİYYAT
A- A+
Bişkekdə türk dövlətlərinin enerji əməkdaşlığını gücləndirən yaşıl enerji layihələrindən danışıb

Bişkekdə türk dövlətlərinin enerji əməkdaşlığını gücləndirən yaşıl enerji layihələrindən danışıb


Energetika naziri Pərviz Şahbazov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin dördüncü iclasında çıxış edib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir dövlət başçılarının ölkələrimizin zəngin təbii resurslarını, enerji-nəqliyyat dəhlizlərini və böyük potensialını Mərkəzi Asiyadan Avropayadək böyük coğrafi məkanda qarşılıqlı faydalı əməkdaşlığa, qardaşlıq ruhunu qorumaqla böyük uğurlara imza atmağı hədəfləyən aydın strateji baxışları və qətiyyətli siyasətlərinin TDT-nin statusunu möhkəmləndirdiyini qeyd edib. Bu xüsusda, TDT-nin Şuşada qeyri-rəsmi sammitində qəbul olunan Qarabağ Bəyannaməsinin əhəmiyyətindən bəhs olunub.

Nazir Pərviz Şahbazov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” çağırışı və Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionlarının vahid geosiyasi regiona çevrilməsi istiqamətində səyləri yeni tarixi mərhələdə türk dövlətləri ilə münasibətlərimizin xarakterini əks etdirir. Təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 9 milyard dollarını ötdüyü, bu ölkələrin iqtisadiyyatımıza 18,2 milyard dollar, Azərbaycanın isə bu dövlətlərə 20,3 milyard dollar investisiya qoyduğu bildirilib.

Energetika naziri enerji sahəsində əməkdaşlığı türk dövlətləri arasında əlaqələrin strateji sütunu kimi dəyərləndirilərək bildirilib ki, Azərbaycan - Türkiyə enerji birliyinin Bakı-Tbilisi-Ceyhan ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir. Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz təchiz olunub. Bu il 25 milyard gözlənilən qaz ixracımızın 9,8 milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard kubmetrinin isə Avropaya tədarükü nəzərdə tutulur. Bakı-Tbilisi-Ceyhanla indiyə kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli artırılmasına dair razılaşma isə Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birləşdirici roluna bir sübutdur.

“Türk dövlətləri ilə enerji əməkdaşlığımız nəinki yüksələn xətt üzrə inkişaf edir, eyni zamanda regional əhəmiyyətli yeni layihə və təşəbbüslərin reallaşmasına impulslar verir. Bu kontekstdə, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Qazaxıstan-Özbəkistan” və Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri layihələri türk dövlətlərini Avrasiyada təmiz enerji təchizatında və enerji keçidində mühüm rol oynayan ölkələrə çevirəcək. Ölkələrimizin zəngin enerji potensialını və elektrik enerji sistemlərini əlaqələndirməkdən əlavə Azərbaycan və Türkiyə üzərindən Avropaya ixracı təmin etməklə bu dəhlizlər vahid “yaşıl enerji platforması” olmağa iddialıdır”, - deyə nazir vurğulayıb.

“Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in yaxın vaxtlarda imzalanmasının planlaşdırıldığı, Qırğızıstanla bərpaolunan enerji sahəsində əməkdaşlığın da gündəmdə olduğu diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri üçün Enerji Keçidi İnvestisiya Forumunun keçirilməsi yaşıl enerji məqsədləri naminə həmrəylimiz üçün daha bir fürsət olacaq.

Müzakirələrdən sonra iclasın yekunlarına dair Birgə Kommünike imzalanıb. Kommünikedə TDT-nin Enerji Əlaqələndirmə Komitəsinin, Texnologiya və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəzinin və yaşıl enerji dəhlizlərinin yaradılmasına dəstək ifadə olunub. Həmçinin sənəddə türk dövlətlərinin 15 noyabrda Bakıda keçiriləcək COP29 Enerji Günündə fəal iştiraka hazır olduqları əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:56
17 Sentyabr

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:45
17 Sentyabr

“Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:44
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabineti - QƏRAR № 420

01:41
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə tərkibi buraxılmış məntəqə seçki komissiyalarının SİYAHISI

01:40
17 Sentyabr

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/222

01:39
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/223

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/224

01:37
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/225

01:36
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/226

01:35
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası –Qərar № 45/227

01:34
17 Sentyabr

Mərkəzi Seçki Komissiyası – Qərar № 45/228

01:31
17 Sentyabr

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Reza Deqati ilə görüş keçirilib  

23:33
16 Sentyabr

Dövlət Departamenti: Biz həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək imkanlarını nəzərdən keçiririk

23:29
16 Sentyabr

Amerika qoşunlarının son qrupu Nigeri tərk edib  

23:28
16 Sentyabr

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib  

23:27
16 Sentyabr

Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb  

23:27
16 Sentyabr

Fatma Şahin: Azərbaycan şəhərləri ilə qardaşlaşan 24-cü şəhər Qaziantep olacaq  

23:26
16 Sentyabr

İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi imkanları öyrənilir

23:25
16 Sentyabr

Fərid Qayıbov Paris-2024-də çıxış edən Azərbaycan paralimpiyaçıları və məşqçi heyəti ilə görüşüb

23:24
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!