10 Sentyabr 2024 08:02
950
SİYASƏT
A- A+
Azərbaycanın sülh gündəliyi

Azərbaycanın sülh gündəliyi

 

Prezident İlham Əliyev İtaliyadan bir daha Ermənistana və onun havadarlarına səsləndi

 

"Biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq".
İtaliyaya səfəri çərçivəsində "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına aydınlıq gətirdi. Sayca 50-ci olan bu mötəbər forumda İlham Əliyevin sülh danışıqları ilə bağlı səsləndirdiyi fikirlər mühüm çağırışlarla zəngin oldu. 
Öncə Prezident çıxışında Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı fikirlərini bölüşərək dedi ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu: "Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var"  deyən Prezident ərazilərimizin 30 il işğal altında qaldığını söylədi və bunun əsas səbəblərini göstərdi.  İlham Əliyev ali tribunadan bir daha bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan işğalı davam etdirib və ATƏT-in bu məsələ ilə məşğul olmaq üçün yaratdığı keçmiş Minsk qrupu 28 il ərzində sıfır nəticə hasil edib. 
Həqiqətən də, 28 il ərzində Ermənistana heç bir təşkilat təzyiq göstərmədi və işğalçı ölkə bu cəzasızlıq mühitindən istifadə edərək Azərbaycana qarşı dəfələrlə təxribatlar törətdi. 
Azərbaycan Prezidenti beyin mərkəzlərinin toplaşdığı forumda bunu belə dəyərləndirdi:  "Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır".
Dövlət başçısı 44 günlük Vətən müharibəsi və ondan sonra Qarabağda separatizmin kökünün tamamilə kəsilməsi, həmçinin Azərbaycanın suverenliyinin tam şəkildə bərpa edilməsi prosesi haqqında da danışaraq dedi ki, bütün bunlar bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər.
İlham Əliyev bəyan etdi ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir  Cənubi Qafqazda sülhə nail olmaq imkanı yaranıb: "Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır".
Azərbaycan ümid edir ki, sülh danışıqlarının başlanmasına dair ölkəmizin təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. 
Bir sözlə, Azərbaycan Prezidenti bir daha sülh gündəliyini açıqlayaraq Ermənistana və ona sülh müqaviləsini imzalamağa imkan verməyən qüvvələrə növbəti dəfə mesaj ünvanladı.  
Baxmayaraq ki, işğaldan əziyyət çəkən və ərazisinin təqribən 20 faizi tamamilə dağıdılan Azərbaycandır, yenə də İlham Əliyev Hayastana barış əlini uzadır. 
Bu ölkənin əhalisinin düşdüyü acınacaqlı vəziyyətdən qurtulması, İrəvanın da bölgədə reallaşan qlobal miqyaslı layihələrə qoşulması üçün Azərbaycan Prezidenti humanist siyasətini bir daha nümayiş etdirir. Lakin əvəzində isə Ermənistan Hindistan, Fransa tərəfindən silahlanır, hərbi texnikalarının sayını artırmaqla bir növ təxribatlara hazırlaşdığını göstərir. Əgər rəsmi İrəvan İlham Əliyevin sülh gündəliyindəki şərtlərə əməl edərək Azərbaycanla barış əldə etmək istəyirsə, reallıqlarla barışmalı, kimlərinsə diktəsi ilə hərəkət etməməli, Konstitusiyasında dəyşiklik tələbini yerinə yetirməlidir. Əks təqdirdə sülh olmayacaq.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!