12 Sentyabr 2024 08:05
892
İQTİSADİYYAT
A- A+
Qarabağ və Şərqi Zəngəzur bütün dünya üçün nümunə ola biləcək regiona çevrilir

Qarabağ və Şərqi Zəngəzur bütün dünya üçün nümunə ola biləcək regiona çevrilir

 

44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad ediləndən dərhal sonra Prezident İlham Əliyev bəyan etdi ki, erməni quldurları tərəfindən dağıdılıb yerlə yeksan edilən ərazilərimizi ən qısa zamanda cənnətə döndərəcəyik. Sözü ilə əməli bir olan dövlətimizin başçısı indi bunu dünyaya nümayiş etdirir.
Hazırda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda nəhəng bərpa-quruculuq işləri icra olunur. Bir çox işlər görülüb başa çatdırılsa da, hələ görüləcək işlər çoxdur. Ancaq bu günə qədər görülən işlər minlərlə soydaşımızın doğma yurdlarına qayıtmasına imkan verib. Hər gün Bakıdan və bölgələrdən insanların sevinc göz yaşları ilə doğma el-obalarına qayıtdıqlarının şahidi oluruq. Həm də ona şahid oluruq ki, qayıdanlar onlar üçün yaradılan şəraitə görə dövlətimizdən və onun başçısından yerdən göyədək razıdırlar.
Soydaşlarımızın doğma yerlərinə qayıtması ilə yanaşı, bu bölgənin iqtisadi potensialından istifadə edilməsi, orada yaşayan əhalinin məşğulluğunun təmin olunması, həmçinin digər sosial problemlərin həlli də dövlətin diqqət mərkəzindədir. Regionda icra edilən böyüklü-kiçikli layihələrin hər birində bu məsələlər diqqətə alınır.
Ağdam rayonu bölgənin ən böyük yaşayış məntəqəsi olub. Vaxtilə rayonda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahələri də inkişaf etmişdi. Bu gün də yenidən qurulan Ağdamda yaşayış evləri ilə paralel olaraq sənaye müəssisələri də yaradılır. Ağdam Sənaye Parkı isə nəinki rayonun, bölgənin iri sənaye mərkəzi olacaq. Hazırda bu parkda biznes fəaliyyəti ilə məşğul olmaq üçün 17 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib. İlkin proqnozlara görə, parka səhmdarlar tərəfindən 161 milyon manatdan çox investisiya qoyulacaq və bu hesaba 1400-dən artıq daimi iş yeri yaradılacaq.
İş yeri, necə deyərlər, öz yerində. Amma doğma yurda dönənlər üçün ilk növbədə ev, mənzil lazımdır. Ağdam şəhərində yaşayış məhəllələrinin tikintisinə cari ilin iyun ayından start verilib. Şəhərin yenidən bərpası üçün hazırda ikinci mərhələ üzrə 11 yaşayış məhəlləsində inşaat işləri görülür. Onu da vurğulayaq ki, ikinci mərhələdə şəhərdə 1268 mənzilin tikintisi həyata keçiriləcək. Ümumilikdə Ağdamın yenidən qurulması üçün 1-ci, 3-cü və 5-ci mərhələdə yaşayış və qeyri-yaşayış binalarının layihələndirmə işləri icra  edilir. Ağdam şəhəri ilə yanaşı,  rayonun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində də inşaat işləri aparılır. Hazırda Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində 719 evin tikinti işləri sürətlə icra olunur. Ağdamın ən iri kəndlərindən olan Baş Qərvəndə isə "ağıllı kənd" layihəsinin icra edilməsi nəzərdə tutulub.
Müasir dövrdə insanların yaxşı yaşaması üçün elektrik enerjisi ilə təminat mühüm rol oynayır. Buna görə də bölgənin yenidən qurulması zamanı əsas diqqət iki sahəyə - yol və enerji infrastrukturuna verilir. Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin zəngin "yaşıl enerji" istehsal etmək potensialı böyükdür. Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında yeni günəş enerjisi stansiyaları tikiləcək. Dağlıq ərazilər və  bol sulu çayları olan Laçın və Kəlbəcər rayonlarındakı su-elektrik stansiyalarından da "yaşıl enerji" əldə ediləcək. 
Ümumiyyətlə, indiyədək "Azərenerji" ASC tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 32 su-elektrik stansiyası tikilib və ya yenidən qurulub. Qarabağın və Şərqi Zəngəzurun su-elektrik stansiyalarından "yaşıl enerji" əldə etmək potensialı isə 500 meqavat gücündə dəyərləndirilir. Təkcə Laçın rayonunda 9 su-elektrik stansiyası tikilib və proses davam edir. Belə ki, hazırda Laçında 40 meqavatdan artıq olan 5 su-elektrik stansiyası inşa olunur. Yeri gəlmişkən onu da bildirək ki, rayonda fəaliyyət göstərən elektrik stansiyalarından artıq 77 milyon kilovatsaatdan artıq "yaşıl enerji" əldə olunub. Bu da 18 milyon kubmetr qaza, həmçinin milyonlarla manat vəsaitə qənaət etməyə imkan verib. Digər tərəfdən, ətraf mühitə 32 min ton  karbon qazının atılmasının qarşısı alınıb.
İşğaldan azad edilən ərazilərdə avtomobil və dəmir yollarının tikintisi də dayanmır. Məlumdur ki, hündür dağ şəraitində yolların çəkilməsi çətindir. Buna baxmayaraq, yüksək dağ rayonları - Kəlbəcər, Laçın və Qubadlının dəmir yolu nəqliyyatı ilə təmin edilməsi barədə qərar verilib və bu gün həmin istiqamətdə müəyyən işlər görülür. İndiyədək işğaldan azad edilmiş ərazilərdə tikilən yollar beynəlxalq standartlara tam cavab verir. Beynəlxalq standartlara cavab verən həm də istifadəyə verilmiş Füzuli və Zəngilan hava limanlarıdır. Laçın hava limanında isə inşaat işləri davam edir və o da standartlara görə  "həmkar"larından geri qalmayacaq.
Doğma yurdlarına qayıdan insanların məşğulluğunun təmin edilməsi mühüm sosial məsələdir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti tərəfindən bir çox layihələr icra edilir. Ata-baba ocağına dönmüş soydaşlarımıza fərdi sahibkarlıqla məşğul olmaları üçün avadanlıqlar verilir, onlar həmçinin yeni peşələr üzrə hazırlanaraq işlə təmin edilir. Bölgədə yaradılan yeni müəssisələrin fəaliyyətə başlaması da əhalinin məşğulluğunu xeyli təmin edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Qarabağ və Şərqi Zəngəzurda  əhalinin məşğulluğu keçən ilin müvafiq göstəricisi ilə müqayisədə 42 faiz artıb. Təkcə bu ilin birinci yarısında regionda 593 yeni  iş yeri yaradılıb. Bu dövr ən çox iş yerləri Laçın və Şuşada açılıb - Laçında 299, Şuşada 232 nəfər daimi işlə təmin olunub.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AQC sədri: “Qiymətləndiricilər Palatasında gözləntilərimiz böyükdür”

20:18
03 Noyabr

“Səbail” komandasının baş məşqçisi istefa verib  

19:24
03 Noyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev və Cəmil Nəcəfovun xatirələri anılıb

16:59
03 Noyabr

Moldova MSK: Prezident seçkilərinin ikinci turunu baş tutmuş hesab etmək olar

16:48
03 Noyabr

COP29 nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir

15:56
03 Noyabr

Arxiyepiskop: Kilsə həmişə gürcü xalqının yanındadır

15:53
03 Noyabr

Pavel Herçinski: Aİ-nin yüksək səviyyəli nümayəndə heyəti COP29-da iştirak edəcək

15:46
03 Noyabr

İstanbul sərgisinə qatılan Azərbaycan nümayəndə heyəti Ümummilli Liderin abidəsini ziyarət edib  

15:23
03 Noyabr

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçirilib

14:29
03 Noyabr

Qazaxıstanlı deputat: Azərbaycan COP29-u yüksək səviyyədə keçirəcək

13:56
03 Noyabr

Metro stansiyalarının iş rejimində tənzimləmələr tətbiq ediləcək

13:41
03 Noyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:59
03 Noyabr

Azərbaycanın Zəfər Günü Parisdə təntənə ilə qeyd olunub

12:39
03 Noyabr

Bu gün axşamdan başlayaraq hava şəraiti qeyri-sabit, arabir yağıntılı olacaq, şimşək çaxacaq

12:35
03 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçı sayının artması sevindirici haldır  

12:31
03 Noyabr

“Qələbə qaçışı”nın qalibləri müəyyənləşib 

12:22
03 Noyabr

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıb

11:52
03 Noyabr

Bakıda IV “Qələbə qaçışı”na start verilib

10:20
03 Noyabr

146 il əvvəl...

09:05
03 Noyabr

Varisliyin maarifçilik nümunəsi

09:00
03 Noyabr

Azərbaycanın "yumşaq güc"ü: zəngin tarixi irs və modern müasirlik

08:55
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!