23 Sentyabr 2026 10:00
165
İQTİSADİYYAT
A- A+
Yardımlıda kənd təsərrüfatının inkişafı məsələləri müzakirə olunub

Yardımlıda kənd təsərrüfatının inkişafı məsələləri müzakirə olunub


Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov, Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyev və Yardımlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Füzuli Babayev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində rayonda görülən işlərlə yerində tanış olmaq məqsədilə bir sıra fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baxış keçiriblər.

Sonra rayon icra hakimiyyətində dövlət proqramının icrası ilə bağlı RİH başçısı yanında yaradılmış qərargah üzvlərinin, kənd təsərrüfatı, balıqçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlərə dair məlumatlar müzakirə olunub.

Tədbirdə çıxış edən Yardımlı RİH başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev rayonun aqrar potensialının daha dolğun şəkildə reallaşdırılmasının vacibliyini qeyd edib. O bildirib ki, kənd təsərrüfatında istehsalın artırılması ilə yanaşı, təsərrüfatların texniki və texnoloji imkanlarının gücləndirilməsi, resurslardan qənaətlə istifadə və müasir idarəetmə üsullarının tətbiqi aqrar sahənin davamlı inkişafına mühüm töhfə verə bilər. A.Xamiyev rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlərin fəaliyyətinin dəstəklənməsinin, onların mövcud dövlət mexanizmlərindən düzgün və səmərəli istifadə etməsinin, həmçinin təsərrüfatların inkişafına mane olan məsələlərin aidiyyəti üzrə həllinin diqqətdə saxlanılmasının önəmli olduğunu vurğulayıb. A.Xamiyev rayonun dağlıq relyefini və özünəməxsus iqlim şəraitini nəzərə alaraq, xüsusilə taxılçılıq, intensiv bağçılıq, heyvandarlıq və arıçılıq sahələrində mövcud potensialın tam reallaşdırılmasının vacibliyini önə çəkib.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında dövlət proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış genişhəcmli fəaliyyət planı olduğunu qeyd edib. D.Abdullayev vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni dövlət proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. Natiqin sözlərinə görə, bu strateji hədəflər Yardımlı rayonunda kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsini, aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri edir.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov çıxışında bildirib ki, 2026-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində əsas məqsədlərdən biri sahibkarlığın və kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsidir. Bu istiqamətdə subsidiyaların, güzəştli kreditlərin və digər dəstək mexanizmlərinin genişləndirilməsi fermer və sahibkarların fəaliyyətinə mühüm töhfə verəcəkdir. Dövlət dəstəyi hesabına istehsalın artırılması, yeni iş yerlərinin yaradılması, müasir texnologiyaların tətbiqi və regionların iqtisadi potensialından səmərəli istifadə təmin olunacaq və əsas hədəf göstərilən dəstək mexanizmlərindən səmərəli istifadə etməklə dayanıqlı iqtisadi inkişaf və sahibkarlıq mühiti daha da gücləndiriləcəkdir.

Tədbirdə çıxış edən fermer və sahibkarlar onlara göstərilən qayğıya və yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edib, dövlət proqramının icrası ilə bağlı yeni layihə və hədəflərdən danışıb, qarşılaşdıqları problemləri sadalayıblar. Müzakirələrdə fermer və sahibkarların müraciət və təklifləri dinlənilib. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

10:51
23 Sentyabr

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir  

10:48
23 Sentyabr

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

10:47
23 Sentyabr

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

10:47
23 Sentyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:45
23 Sentyabr

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır 

10:42
23 Sentyabr

Vahid məktəbli forması təhsildə bərabərlik prinsipini gücləndirir

10:40
23 Sentyabr

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

10:39
23 Sentyabr

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

10:38
23 Sentyabr

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib  

10:34
23 Sentyabr

V.Zelenski ABŞ-də təxminən 20 görüş keçirəcək

10:30
23 Sentyabr

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər  

10:21
23 Sentyabr

E.Makron D.Trampla Ukrayna infrastrukturunun qorunmasını müzakirə edib

10:20
23 Sentyabr

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

10:17
23 Sentyabr

Azərbaycanla Səudiyyə Ərəbistanı birlikdə möhtəşəm quruculuq layihələri həyata keçirir  

10:16
23 Sentyabr

Sabah Bakıda "Formula-1" - sürət həyəcanı başlayır

10:10
23 Sentyabr

Yardımlıda kənd təsərrüfatının inkişafı məsələləri müzakirə olunub

10:00
23 Sentyabr

Neftçalada kənd təsərrüfatında innovativ vasitələrin tətbiqi mövzusunda təcrübə öyrənilir

09:50
23 Sentyabr

Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir

09:40
23 Sentyabr

Azərbaycana payız gəldi

09:37
23 Sentyabr

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub  

09:36
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!