23 Sentyabr 2026 10:10
181
İDMAN
A- A+
Sabah Bakıda "Formula-1" - sürət həyəcanı başlayır

Sabah Bakıda "Formula-1" - sürət həyəcanı başlayır


Bakıda "Formula-1" həyəcanı yenidən başlayır. 2026-cı il "Formula-1" Qatar Airways Azərbaycan Qran-prisi mövsümün 15-ci yarışı olacaq və bu dəfə Bakı həftəsonunun ən böyük fərqliliyi yarışın bazar günü deyil, şənbə günü - 26 sentyabrda keçirilməsidir. 

"Formula-1"in rəsmi təqviminə əsasən, bütün proqram bir gün əvvələ çəkilib.  Bunun səbəbi sentyabrın 27-nin Azərbaycanda Anım günü kimi qeyd olunmasıdır. "Formula-1" və FIA Azərbaycan tərəfinin müraciətindən sonra yarışın tarixini dəyişib. "Formula-1" 24 sentyabr, cümə axşamı başlayacaq. Yarışın yerli vaxtla proqramı belədir: 

* 24 sentyabr, 12:30 - "Formula-1", I sərbəst yürüş

* 24 sentyabr, 16:00 - "Formula-1", II sərbəst yürüş

* 25 sentyabr, 12:30 - III sərbəst yürüş

* 25 sentyabr, 16:00 - Təsnifat mərhələsi

* 26 sentyabr, 15:00 - Azərbaycan Qran-prisi

Əsas yarış 51 dövrədən ibarət olacaq və "Formula-1"in rəsmi məlumatına görə, ümumi məsafə 306,049 kilometrdir. 

Baku City Circuit "Formula-1" təqvimində ən qeyri-adi şəhər traslarından biridir. Dövrənin uzunluğu  6,003 kilometrdir və tras həm çox sürətli düzlükləri, həm də son dərəcə dar və texniki hissələri birləşdirir. 

Xüsusilə dənizkənarı uzun düz xətt sürücülərə yüksək sürət və ötmə imkanları yaradır. Daha sonra bolidlər İçərişəhərin dar küçələrinə daxil olur. Burada səhvin qiyməti çox yüksəkdir: divarlar trasın kənarına olduqca yaxındır. 

Trasın əsas xüsusiyyətlərindən biri də komandaların sazlama baxımından seçim qarşısında qalmasıdır. Sürətli hissələrdə yüksək maksimal sürət üçün daha az müqavimət, dar döngələrdə isə daha çox yerəbasma qüvvəsi tələb olunur. Bu kompromis Bakını mühəndislər üçün də xüsusi çətinlik yaradan traslardan birinə çevirir.

Bakıya gələn "Formula-1" pelotonunda diqqətin əsas mərkəzində Kimi Antonelli və onun çempionatdakı liderliyi dayanır. Məlumata görə, Antonelli Madriddə son yarışdakı qələbəsindən sonra ən yaxın rəqibi üzərində üstünlüyünü 81 xala çatdırıb. 

Digər tərəfdən Madrid yarışında poul mövqeyindən başlayan Lando Norris potensial qələbəni reallaşdıra bilməmişdi. Buna görə Bakıda McLaren sürücüsünün nəticəsi də çempionatın gedişi baxımından əsas izləniləcək məqamlardan biridir.

Bakının xüsusiyyəti isə odur ki, burada yarışın gedişinə yalnız sürət deyil, strategiya, təhlükəsizlik avtomobili, təkər seçimi və trasdakı kiçik səhvlər də ciddi təsir göstərə bilər.

Azərbaycan Qran-prisi 2017-ci ildən keçirilir. Ondan əvvəl 2016-cı ildə Bakı "Formula-1" təqviminə Avropa Qran-prisi adı ilə daxil olmuşdu.  Bakı trasında bir neçə dəfə qalib gələn sürücülər arasında Sergio Perez və Max Verstappen var - hər ikisi bu trasda iki dəfə qalib olub. 2025-ci il Azərbaycan Qran-prisinin qalibi isə Max Verstappen olub. 

"Formula-1"dən başqa, Bakı həftəsonunda "Formula-1" yarışları da keçiriləcək. F2-nin ikinci feature yarışı şənbə günü saat 11:00-da, "Formula-1" isə saat 15:00-da start götürəcək. 

Beləliklə, sentyabrın 24-dən 26-dək Bakı yenidən dünyanın ən böyük avtoidman tədbirlərindən birinin mərkəzinə çevriləcək. Uzun düzlüklər, İçərişəhərin dar küçələri, divarlara yaxın sürüşlər və çempionatdakı gərgin mübarizə Azərbaycan Qran-prisinin əsas gözləntilərini formalaşdırır.


Dönməz ABBASOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

10:51
23 Sentyabr

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir  

10:48
23 Sentyabr

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

10:47
23 Sentyabr

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

10:47
23 Sentyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:45
23 Sentyabr

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır 

10:42
23 Sentyabr

Vahid məktəbli forması təhsildə bərabərlik prinsipini gücləndirir

10:40
23 Sentyabr

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

10:39
23 Sentyabr

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

10:38
23 Sentyabr

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib  

10:34
23 Sentyabr

V.Zelenski ABŞ-də təxminən 20 görüş keçirəcək

10:30
23 Sentyabr

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər  

10:21
23 Sentyabr

E.Makron D.Trampla Ukrayna infrastrukturunun qorunmasını müzakirə edib

10:20
23 Sentyabr

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

10:17
23 Sentyabr

Azərbaycanla Səudiyyə Ərəbistanı birlikdə möhtəşəm quruculuq layihələri həyata keçirir  

10:16
23 Sentyabr

Sabah Bakıda "Formula-1" - sürət həyəcanı başlayır

10:10
23 Sentyabr

Yardımlıda kənd təsərrüfatının inkişafı məsələləri müzakirə olunub

10:00
23 Sentyabr

Neftçalada kənd təsərrüfatında innovativ vasitələrin tətbiqi mövzusunda təcrübə öyrənilir

09:50
23 Sentyabr

Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir

09:40
23 Sentyabr

Azərbaycana payız gəldi

09:37
23 Sentyabr

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub  

09:36
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!