YAP-ın şanlı missiyası
Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə mühüm yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. YAP-ın həyata keçirdiyi tədbirlər, qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatması baxımından mühüm rol oynayıb.
Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən çəkinməyərək ən çirkin vasitələrə belə əl atırdılar. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur "91-lər"in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə partiyanın təsis konfransının keçirilməsi müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın Sədrinə olan böyük inamı. Zaman göstərdi ki, xalq Ümummilli Liderin ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Ölkədə bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. Ulu Öndərin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində "Əsrin müqaviləsi" imzalandı, Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Ulu Öndərin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi bütün sahələrin inkişafında öz aydın ifadəsini tapdı. Dövlətçiliyin əsasları yaradıldı, ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı uğurlara yol açdı. Azad mətbuat formalaşıb inkişaf etdi, insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və sair kimi demokratik təsisatların inkişafı təmin olundu. Ən əsası, 1995-ci ilin 12 noyabrında Milli Konstitusiyamız qəbul edildi. Azərbaycan beynəlxalq aləmdə yerini və mövqeyini möhkəmləndirdi. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin inkişafı Azərbaycan həqiqətlərinin təbliğində, erməni diasporunun Azərbaycanın ətrafında yaratdığı informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynadı.
Bir sözlə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən strategiyanı işləyib hazırladı və həyata keçirdi.
Ümummilli Liderin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Dahi şəxsiyyət cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi, "dünənin, bu günün və sabahın partiyası" səviyyəsinə yüksəltdi. 31 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən YAP xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib.
Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Zəfər bu imkanları şərtləndirir. Bu gün hər bir vətəndaşımız azərbaycanlı olmaq qürurunu yaşayır. Bu tarixi Qələbəni müəyyənləşdirən bir cəhət də onun döyüş meydanında qan bahasına, can bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu qələbəni əldə etməklə öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazıb. Artıq biz Yeni Azərbaycan Partiyasının ildönümlərini torpaqlarımızın işğaldan azad olunduğu, ərazi bütövlüyünün bərpa edildiyi bir dövrdə qeyd edirik. Bu şanlı tarixi yaşatdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyev cənablarına borcluyuq.
2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı əlamətdar tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi. Qurultayda ölkə həyatının bütün istiqamətlərində YAP-ın qarşısında dayanan vəzifələr diqqətə çatdırıldı. Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Həyat dəyişir, zəmanə dəyişir. Biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.
VII Qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın "iqtidar-xalq" modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir.
Bu günümüzün əsas reallığı soydaşlarımızın işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışının başlamasıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlər 31 ildən sonra könüllü olaraq təhlükəsiz və yaşayış üçün yararlı olan doğma yurdlarına qayıdırlar. Uzun illər düşmən tapdağı altında qalan, yerlə yeksan olunan torpaqlarımızda bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyi görülən işlərin miqyasında özünü aydın şəkildə göstərir.
Kamran BAYRAMOV,
Milli Məclisin deputatı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Mətbuat Şurasının AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə b...
05 Dekabr
Ten Kristian: Fransanın Yeni Kaledoniyada hərbi baza yerləşdirməsinə razı deyilik
05 Dekabr
Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib
05 Dekabr
Alessandro Biançi: Mədəni irsə qarşı vandallıq aktları yolverilməzdir
05 Dekabr
Penitensiar Xidmətdə qazilərlə görüş olub
05 Dekabr
Qərbi Azərbaycan xalçalarının Milli Xalça Muzeyində sərgisi açılıb
05 Dekabr
UNESCO: Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbay...
05 Dekabr
Moskvada Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilir
05 Dekabr
Parlamentdə hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib...
05 Dekabr
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 26-32 metr/saniyəyədək güclənib
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!