17 Oktyabr 2026 08:10
163
CƏMİYYƏT
A- A+
YAP İdarə Heyətinin iclası keçirilib

YAP İdarə Heyətinin iclası keçirilib


Oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin VIII Qurultayda seçilmiş tərkibdə ilk iclası keçirilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qarşımızda duran başlıca vəzifələri və gələcəyə yönəlik strateji hədəfləri müəyyən edən proqram xarakterli nitqinin nəinki ölkə daxilində, beynəlxalq müstəvidə də geniş rezonans doğurduğunu vurğulayıb. O qeyd edib ki, dövlət başçısının Azərbaycanın müstəqilliyinin qorunması, milli həmrəyliyin daha da möhkəmləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin rifahının mütəmadi olaraq yaxşılaşdırılması, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da gücləndirilməsi, tarixi ədalətin bərpası ilə meydana çıxmış yeni ictimai, sosial-humanitar və geosiyasi reallıqlar fonunda bölgədə sülh quruculuğu prosesinin irəliyə aparılması, işğaldan azad edilmiş ərazilərdə soydaşlarımızın təhlükəsiz və müasir standartlara cavab verən ləyaqətli yaşayışı üçün zəruri şəraitin yaradılması və digər aktual məsələlər ilə əlaqədar dərin məzmunlu çıxışından irəli gələrək ölkəmizin şərəfli inkişaf yoluna əhatəli nəzər salmaqla qarşıda duran vəzifələrə və strateji hədəflərə dair geniş ictimai müzakirələr aparılmaqdadır: "Bu istiqamətdə partiyanın 84 yerli təşkilatı və ərazi partiya təşkilatları tərəfindən də müşavirələr keçirilmişdir. YAP İdarə Heyətinin, Veteranlar Şurasının, Təftiş Komissiyasının, Gənclər Birliyinin üzvlərinin, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların, Mərkəzi Aparatın məsul əməkdaşlarının, tanınmış ictimaiyyət nümayəndələrinin və partiya fəallarının iştirakı ilə baş tutan tədbirlərdə geniş müzakirələr aparılmaqla Azərbaycanın perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirən yol xəritəsi əsasında görüləcək işlərlə bağlı konkret tapşırıqlar verilmişdir".

Prezident İlham Əliyevin VIII qurultaydakı çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən birinin də ideoloji təhlükəsizlik olduğunu xatırladan YAP Sədrinin müavini vurğulayıb ki, dövlət siyasətinin mühüm prioritetlərindən və milli təhlükəsizliyin əsas istiqamətlərindən biri kimi ideoloji işin yeni reallıqlara və müasir çağırışlara uyğun təkmilləşdirilməsi üçün maarifləndirici tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, fəalların ictimai-siyasi aktivliyinin artırılması, həmçinin müasir kommunikasiya texnologiyalarından, rəqəmsal platformalardan və sosial media resurslarından səmərəli istifadə olunması olduqca vacibdir. "Bu istiqamətdə sistemli fəaliyyətin mühüm tərkib hissəsi olaraq Heydər Əliyev ideyalarının və azərbaycançılıq ideologiyasının təşviqi, Prezident İlham Əliyevin müasir dövlətçilik strategiyasının təbliği, tarixi yaddaşın qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə işlərin fasiləsiz davam etdirilməsi, bu xüsusda dövlət qurumları, geniş ictimaiyyət və Yeni Azərbaycan Partiyasının yerli təşkilatları arasında əməkdaşlığın daha da gücləndirilməsi son dərəcədə önəmlidir" deyən Tahir Budaqov əlavə edib ki, bu kontekstdə partiyanın bütün strukturlarının, o cümlədən Veteranlar Şurasının və Gənclər Birliyinin də üzərinə böyük məsuliyyət düşür.

İclasda partiyanın Nizamnaməsinin tələblərindən irəli gələrək YAP Veteranlar Şurasının say tərkibinin müəyyən edilməsi, Yeni Azərbaycan Partiyası Sədrinin təqdim etdiyi namizədlər siyahısından Veteranlar Şurasının üzvləri, sədri və sədr müavinlərinin təyin edilməsi məsələlərinə baxılıb. YAP Veteranlar Şurasının 35 nəfərdən ibarət tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub. Rəhimzadə Arif Qafar oğlu Veteranlar Şurasının sədri, Qəhrəmanova Sədaqət Məmmədyar qızı və Həsənov Əli Şamil oğlu isə sədr müavinləri təyin olunublar.

Çıxış edən Əli Həsənov yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını ifadə edərək bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini  bildirib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın Veteranlar Şurasının ötən 5 il ərzində uğurlu fəaliyyət həyata keçirdiyini vurğulayaraq veteranların bilik və təcrübəsinin gənclərə ötürülməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli-mənəvi dəyərlərə sadiqliyin gücləndirilməsinə, partiya daxilində nəsillərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini qeyd edib. O, Veteranlar Şurasının hər bir üzvünə möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

Sonra gündəliyin digər məsələsi müzakirəyə çıxarılıb. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, yerli təşkilatlar tərəfindən keçirilən müşavirələrdə bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi və onun bütün dövlət təltiflərindən məhrum edilməsi tələbləri irəli sürülmüş, yerli təşkilat sədrlərindən bu məsələnin partiya rəhbərliyi qarşısında qaldırılması xahiş olunmuşdur. Çoxsaylı müraciətlər nəzərə alınaraq bu məsələ İdarə Heyətinin iclasına təqdim olunmuşdur.

YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Elmar Qasımov, Eldar İbrahimov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Bahar Muradova, Anar İsgəndərov, Musa Quliyev və Ziyafət Əsgərov çıxış edərək qatıldıqları müşavirə və digər tədbirlərdə bu məsələnin geniş ictimai rezonans doğurduğunun şahidi olduqlarını, dövlətə xəyanətə, hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirməyə və digər bir sıra cinayət əməllərinə görə təqsirləndirilən Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmağa artıq mənəvi-siyasi haqqının çatmadığını, onun partiya üzvlüyündən xaric olunmasına tərəfdar olduqlarını vurğulayıblar. Müzakirələrdən sonra Ramiz Ənvər oğlu Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul olunub, onun bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatətin qaldırılması məqsədəuyğun hesab edilib.

İclasda YAP Balakən rayon təşkilatının sədri Azad Rizvan oğlu Balayevin öz ərizəsi ilə tutduğu vəzifədən azad olunması məsələsinə də baxılaraq müvafiq qərar qəbul olunub.

Sonra YAP Gənclər Birliyinin say tərkibinin müəyyən edilməsi, Yeni Azərbaycan Partiyası Sədrinin təqdim etdiyi namizədlər siyahısından Gənclər Birliyinin üzvləri, sədri və sədr müavinlərinin təyin edilməsi məsələlərinə baxılıb.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP Gənclər Birliyi tərəfindən ötən 5 il ərzində Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, dövlət və xalq qarşısında misilsiz xidmətlərinin, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin, partiyamızın fəaliyyətinin təbliği istiqamətində dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində çoxsaylı tədbir və layihələrin həyata keçirildiyini qeyd edib. Yaş həddinə görə YAP Gənclər Birliyinin sıralarını tərk edən partiya fəallarına səmərəli fəaliyyətlərinə görə İdarə Heyəti adından minnətdarlıq bildirilib, onların bundan sonra da ölkənin ictimai-siyasi həyatında fəal iştirak edəcəklərinə əminlik ifadə olunaraq hər birinə uğurlar arzulanıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək beş il ərzində bu vəzifəni icra edərkən böyük təcrübə qazandığını, Birlik tərəfindən fəaliyyətin Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VII qurultayda qarşıya qoyduğu vəzifələrə uyğun sistemli şəkildə həyata keçirildiyini, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması, təşkilati potensialın möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib. O, gənclərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə YAP Gənclər Birliyinin üzvləri adından təşəkkürünü ifadə edərək bundan sonra da Heydər Əliyev ideyalarına, İlham Əliyevin siyasi kursuna sadiq qalaraq ölkəmizin tərəqqisi naminə var gücü ilə çalışacaqlarını bildirib.

Sonra YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub. Kərimli Gülüstan Əfsər qızı Gənclər Birliyinin sədri, Fəyyaz Nəzrin Cavid qızı və İbrahimli Elvin Soltan oğlu sədr müavinləri təyin olunublar.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Gənclər Birliyinin yeni tərkibinə daxil edilmiş şəxsləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Ərazi bütövlüyünü və mütləq suverenliyini təmin edən ölkəmizin yeni dövrə qədəm qoyduğunu vurğulayan Tahir Budaqov dünyada, eləcə də regionumuzda cərəyan edən mürəkkəb proseslər, həmçinin ölkəmizə yönəlik təxribat və təhdidlər fonunda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə də partiyanın Nizamnaməsindən və Proqramından irəli gələn vəzifələrin günün tələbləri səviyyəsində mütəşəkkil və operativ yerinə yetirilməsinin qarşıda duran əsas məsələ olduğunu diqqətə çatdırıb.

Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

YAP İdarə Heyətinin iclası keçirilib

08:10
17 Oktyabr

Azərbaycanın suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir

08:00
17 Oktyabr

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:11
17 Oktyabr

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:10
17 Oktyabr

"Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə

03:09
17 Oktyabr

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

03:07
17 Oktyabr

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

03:06
17 Oktyabr

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:05
17 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

03:03
17 Oktyabr

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:03
17 Oktyabr

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
17 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

03:01
17 Oktyabr

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə elan

03:00
17 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Vətən müharibəsi Şəhidləri və əlilləri haqqında “Unudulmazlar” innovativ informasiya resursunun imkanlarının genişləndirilməsi”, “Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi”, “Şəhid uşaqları üçün düşərgələrin təşkili”, “Məişət zorakılığına qarşı mübarizədə təbliğat kampaniyasının təşkili”, “Görmə imkanları məhdud şəxslər üçün innovativ təşəbbüslərin həyata keçirilməsi” və “Görmə imkanları məhdud şəxslər (və ya uşaqlar) üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı müsabiqələr keçirir

02:59
17 Oktyabr

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb  

22:13
16 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO  

21:39
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!