30 İyul 2026 08:14
189
Mədəniyyət
A- A+
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub


İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub. 

AZƏRTAC xəbər verir ki, festivalın açılışı Azərbaycanın Xalq artisti Ramiz Məlik-Aslanovun dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti ilə baş tutub. 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tədbirdə çıxış edərək bildirib ki, artıq 15 ildir bu festival uğurla keçirilir. O deyib ki, bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış solistlər, simfonik orkestrlər, xor kollektivləri, dirijorlar və digər ifaçılar Qəbələ səhnəsində çıxış ediblər. 

Fərhad Bədəlbəyli vurğulayıb ki, festival çərçivəsində hər il müxtəlif musiqi janrlarını əhatə edən zəngin və maraqlı konsert proqramları təqdim olunur. Qəbələ Beynəlxalq Musiqi Festivalı bu illər ərzində dünyanın aparıcı musiqiçilərini bir araya gətirən nüfuzlu beynəlxalq mədəniyyət tədbirlərindən birinə çevrilib.

Musiqi gecəsində solistlər Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Aysun Mahmudzadə (soprano), Şəmistan Əliyev (klarnet) və Vaqif Qurbanovun (violonçel) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.

Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşən Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Qəbələdə bu festivalın artıq 15-ci dəfə keçirilməsi mühüm hadisədir.

"Çox sevinirəm ki, festival illərdir davamlı şəkildə təşkil olunur və artıq gözəl bir ənənəyə çevrilib. Belə tədbirlərin yaşadılması və davam etdirilməsi böyük əhəmiyyət daşıyır. Bu festival xüsusilə gənc musiqiçilər üçün mühüm təcrübə və inkişaf platformasıdır. Onlar burada peşəkar təcrübə qazanır, öz istedadlarını nümayiş etdirmək imkanı əldə edir və beynəlxalq musiqi mühitinin bir parçasına çevrilirlər. İnanıram ki, bu ənənə gələcək illərdə də uğurla davam edəcək", - deyə o əlavə edib. 

Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalına əvvəlki illərdə də qatılsa da, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri ilə ilk dəfədir çıxış edir.

"Bu festivalda ilk dəfə öz orkestrimlə səhnəyə çıxmaq mənim üçün böyük qürurdur. Bakı Musiqi Akademiyasının böyük gələcəyinə inanıram. Orkestrimizdə çıxış edən gənclər bu gün çox həyəcanlı olsalar da, onların hər biri istedadlı və peşəkar inkişaf yolunda əzmlə çalışan musiqiçilərdir. Sevindirici haldır ki, gənclərin klassik musiqiyə marağı getdikcə artır. Bu gün nümayiş etdirdiyimiz proqramın arxasında uzun və zəhmətli hazırlıq prosesi dayanır. Biz bu festivala dörd il ərzində məqsədyönlü şəkildə hazırlaşmışıq və bu zəhmətin nəticəsini tamaşaçılar qarşısında təqdim etməkdən məmnunuq", - deyə Xalq artisti vurğulayıb.

Virtuoz skripka ifaçısı, Əməkdar artist Elvin Hoca Qəniyev isə bu festivalda ikinci dəfə iştirak etdiyini bildirərək deyib: "Bu musiqi festivalında təşkil olunan konsertlər yüksək peşəkarlıq səviyyəsi ilə seçilir. Belə bir tədbirdə yer almaq mənim üçün böyük qürur və xoşbəxtlikdir. Gənc musiqiçilərlə eyni səhnəni bölüşmək, onların həyəcanına və uğurlarına şahid olmaq mənə xüsusi sevinc bəxş edir. Onların hər biri çox istedadlıdır və gələcək üçün böyük potensiala malikdir. Düşünürəm ki, belə festivallar klassik musiqiyə və ümumilikdə incəsənətə marağın artmasına mühüm töhfə verir".

Violonçel ifaçısı, Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Vaqif Qurbanov isə bildirib ki, Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin bu festivalda çıxış etməsi onlar üçün böyük qürur və sevincdir. O qeyd edib: "Tələbə Simfonik Orkestri mütəmadi olaraq müxtəlif tədbir və festivallarda iştirak edir ki, bu da gənc musiqiçilərin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Mən həm orkestrin tərkibində çıxış edir, həm də solo ifalarla səhnəyə çıxıram. Gənclərin klassik musiqiyə və ifaçılıq sənətinə marağı, sevgisi olduqca böyükdür. Belə festivallar isə bu marağın daha da artmasına və gənc istedadların özlərini göstərmələrinə geniş imkan yaradır".

Avqustun 3-dək davam edəcək festival zamanı Qəbələ şəhəri layihənin məqsədinə uyğun olaraq mədəniyyətlərarası dialoqun mühüm platformasına çevriləcək, müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçiləri Azərbaycanın bu qədim bölgəsində bir araya gələcək.

Azərbaycanla yanaşı, musiqi bayramında Almaniya, Rusiya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan və Vyetnamdan musiqiçilər və rəqqaslar iştirak edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

08:42
30 İyul

"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"

08:35
30 İyul

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

08:28
30 İyul

"GabalaFest" çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb

08:21
30 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

08:14
30 İyul

Qlobal siyasi nizamda etibarlı tərəfdaşlıq modeli

08:07
30 İyul

ZƏFƏR

08:00
30 İyul

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:40
30 İyul

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

02:40
30 İyul

R.N.Sadıqbəylinin Azərbaycan Respublikasının Avstriya Respublikasında, eyni zamanda Sloveniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında 

02:39
30 İyul

R.N.Sadıqbəylinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

02:38
30 İyul

Q.M.İsrafilovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

02:38
30 İyul

K.T.Xasiyevin Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

02:37
30 İyul

K.T.Xasiyevin Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

02:37
30 İyul

T.T.Tağızadənin Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

02:36
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!