29 İyul 2026 09:05
184
Mədəniyyət
A- A+
Kinomuzun "ana"sı

Kinomuzun "ana"sı


Azərbaycan teatr və kino sənətinin inkişafı naminə böyük xidmətlər göstərmiş Xalq artisti Sədayə Mustafayevanın anadan olmasından 100 il keçir. Görkəmli aktrisa xalqımızın yaddaşında müxtəlif film və tamaşalarda yaratdığı parlaq obrazları ilə qalıb. Çəkildiyi vaxtdan uzun illər keçməsinə baxmayaraq, həmin film və tamaşalara bu gün də böyük maraqla baxılır və sevilir. 

Mədəniyyət tariximizdə özünəməxsus yeri olan Sədayə Mustafayeva çətin, amma maraqlı, çoxlarına nümunə olacaq bir ömür yaşayıb. O, 1926-cı il iyulun 15-də Şəkidə dünyaya göz açıb. Uşaq vaxtlarından həyat üzünə gülməyib. 5 illik orta təhsilini bitirdikdən sonra atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə aparıblar. Bununla da həyatının çətin günləri başlayıb. Doğmalarını göz yaşları içində müharibəyə yola salan balaca Sədayə Şəkidəki İpəkçilik kombinatında işləməyə başlayıb. Gözlənilmədən iş prosesində tikiş maşınından çıxan məkik Sədayənin üzünü zədələyib. Onun halına acıyan fəhlələr deyiblər ki, bu balacaboylu, çəlimsiz qızın belə ağır yerdə işləməsi çox çətindir. Günlərin birində Şəkidə onun atasını, xüsusilə nəslini yaxşı tanıyan bir zorxanaçı bu arıq qızcığazın qolundan tutaraq Şəki Dövlət Teatrına aparıb. Teatrda onu qəbul ediblər və ilk addım olaraq S.Vurğunun "Vaqif" pyesində rəqqasə rolunu veriblər. Balaca Sədayə bu rolun öhdəsindən bacarıqla gəlib.

Bununla da Sədayə xanımın həyatının onu zirvələrə aparacaq, xalqa tanıdacaq və sevdirəcək yeni mərhələsi başlayır. Elə ilk məşqlərdən, ilk tamaşalardan onun xüsusi bacarığının olduğu üzə çıxır. Gənc aktrisanın oynadığı rollar həm rejissorların diqqətini cəlb edir, həm də tamaşaçı sevgisi qazanır. Bir neçə il Şəki Dövlət Dram Teatrında işləyən və müxtəlif tamaşalarda bir-birinə bənzəməyən maraqlı obrazlar yaradan Sədayə sonra fəaliyyətini Ağdaş və Göyçaydakı teatrlarda davam etdirib. Zaman keçdikcə bu sahədə böyük təcrübə toplayıb, şöhrəti yavaş-yavaş qonşu şəhər və rayonlara yayılıb. 

1950-ci ilin mart ayında aldığı bir dəvət həyatında mühüm rol oynayıb. Həmin il Gəncə Dövlət Dram Teatrının direktoru, Xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyev Sədayə xanımı rəhbərlik etdiyi teatra dəvət edib. Gəncə teatrında işə düzələn Sədayə ömrünü bu sənət ocağına bağlayır. Bundan sonra onun qarşısında geniş yaradıcılıq yolları açılır. Bacarığını, peşəkarlığını göstərmək üçün daha da əlverişi şərait yaranır. Sədayə Mustafayeva teatrda çalışdığı illər ərzində səhnədə 400-dən artıq obraz yaradır.

Göstərilən etimadı doğruldan Sədayə xanım "Vaqif"də Xuraman, Gülnar, "Aydın"da Gültəkin, "Pəri Cadu"da Pəri, "Solğun çiçəklər"də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə, "Atayevlər ailəsi"ndə Dilşad, "Xurşidbanu Natəvan"da Natəvan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə və başqa rolları məharətlə oynayıb. Yaratdığı bu obrazlar Sədayə Mustafayevanın yaradıcılığında olduqca mühüm yer tutur. Onun tamaşalarda yaratdığı obraz nümunələri gənc aktyorlar üçün, sözün həqiqi mənasında, bir məktəbdir.

Teatr səhnəsində yaratdığı obrazlarla tamaşaçı sevgisi qazanan Xalq artisti Sədayə Mustafayeva filmlərdə də bacarığını sınaqdan keçirib. Görkəmli aktrisa bu gün də böyük maraqla baxılan 20-dən artıq filmə çəkilib. "Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm, bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana rollarını oynayıb. Bundan başqa, Sədayə xanım Amerika kinematoqrafçılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər rolunu canlandırıb. 

Sədayə xanım 1952-ci ildə Gəncə teatrının direktoru Məhəmməd Bürcəliyevlə ailə həyatı qurur. Aktrisa müsahibələrinin birində əsl rahatlıq və daimi xoşbəxtliyini ailə həyatı qurduqdan sonra tapdığını deyib.

Sədayə Mustafayevanın Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Görkəmli aktrisaya 1958-ci ildə "Əməkdar artist", 1981-ci ildə isə "Xalq artisti" fəxri adları verilmişdir. 2003-cü ildə isə Sədayə Mustafayeva Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 

Sədayə xanım filmlərimizdə daha çox ana rollarına çəkilib. Özü də bu barədə söhbət açanda "nədənsə rejissorlarımız məni həmişə ana obrazında görür", - deyərmiş. Tamaşaçılarımız aktrisanı daha çox "Qanun naminə" bədii filmindən Mehmanın anası kimi tanıyırlar. Aktrisa deyərdi ki, 30 yaşından ana rollarına çəkildiyimə görə, dişlərimi tamamən dəyişməli oldum: "Öndəki 4 qızıl dişim çəkiliş zamanı mane olduğundan bir aya hamısını çəkdirdim. Ana və Nənə rolları ilə uzlaşsın deyə qara saçlarımı da daim ağ rəngə boyayardım".

Xalq artisti Sədayə Mustafayeva 2004-cü il avqustun 13-də 78 yaşında Gəncədə dünyasını dəyişib. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kinomuzun "ana"sı

09:05
29 İyul

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

09:00
29 İyul

Müğənni ömrünün izləri mahnılarıdır

08:55
29 İyul

Mina terroruna qarşı mübarizəyə beynəlxalq səviyyədə dəstək verilməlidir

08:50
29 İyul

Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi

08:45
29 İyul

Zəfər alın yazımızdır

08:40
29 İyul

Büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57,3 faizə çatıb

08:35
29 İyul

Ölkə iqtisadiyyatının daha bir aparıcı sektoru - yüngül sənaye

08:30
29 İyul

ABŞ Konqresinin növbəti qərəzli addımı erməni lobbisinin çirkin maraqlarına xidmət edir

08:25
29 İyul

"Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda nəyi dəyişəcək?

08:20
29 İyul

Sabitlik və etimad məkanı 

08:15
29 İyul

Azərbaycan və Özbəkistan münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır

08:10
29 İyul

İnsan hüquqları bütün bəşəriyyət üçün ortaq dəyər olmalıdır

08:05
29 İyul

Etibarlı tərəfdaş, lider dövlət, sülhün ünvanı

08:00
29 İyul

Ə.Q.Əskərovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:44
29 İyul

Ə.Q.Əskərovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:44
29 İyul

E.N.Hüseynlinin Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:43
29 İyul

E.N.Hüseynlinin Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:43
29 İyul

E.C.Qəhrəmanın Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:42
29 İyul

A.R.Atamoğlanovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında 

01:42
29 İyul

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 445-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:41
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!