29 İyul 2026 08:45
199
CƏMİYYƏT
A- A+
Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi

Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi


Şəhidlik zirvəsi qəhrəmanlığın ən uca məqamı, Vətən sevgisinin ən müqəddəs ifadəsidir. Bu zirvəyə torpağını canından əziz bilən, ölkəsinin ərazi bütövlüyünü, suverenliyini, xalqının gələcəyini həyatından üstün tutan igidlər yüksəlirlər. 

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımız da bu ucalığa çataraq adlarını tarixə yazdılar. Şəhid Rafiq Rahim oğlu Heydərov da həmin ölməz qəhrəmanlarımızdan biridir.

1995-ci il iyulun 1-də Bakıda dünyaya göz açan Rafiq Heydərov ailənin tək oğlu idi. Valideynləri onu vətənə sevgi ruhunda böyütmüşdülər. Rafiq böyüklərə hörmətlə yanaşmağı, kiçiklərə qayğı göstərməyi, zəhmətə bağlılığı da ata-anasından öyrənmişdi. O, uşaqlıq illərindən öz sadəliyi, səmimiyyəti, mehribanlığı və məsuliyyətli davranışı ilə seçilirdi. 2001-ci ildə Binəqədi rayonundakı 157 nömrəli tam orta məktəbdə təhsil almağa başlayan Rafiq burada da özünü çalışqan və nümunəvi şagird kimi göstərmişdi, müəllimlərinin və sinif yoldaşlarının hörmətini qazanmışdı. 

Rafiq Heydərov orta məktəbdə yalnız dərslərini yaxşı oxuması ilə deyil, həm də idmana olan marağı ilə seçilib. O, futbol, basketbol, üzgüçülük və cüdo ilə məşğul olub. İdman onun xarakterindəki iradəni, mübarizə əzmini və qələbəyə inamı daha da möhkəmləndirib. 2012-ci ildə cüdo üzrə beynəlxalq turnirdə uğurla çıxış edən Rafiq final mərhələsinə qədər yüksəlib və erməni rəqibi üzərində qələbə qazanaraq qızıl medal əldə edib. Bu qələbə onun güclü iradəsinin və qətiyyətinin göstəricisi idi.

Orta məktəbi bitirdikdən sonra Rafiq təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirib. 2016-cı ildə ali təhsilini uğurla başa vurub, həmin il magistratura pilləsinə qəbul olub. Amma Vətən qarşısındakı borcunu hər şeydən üstün tutaraq hərbi xidmətə yollanıb.

Rafiq 2016-2017-ci illərdə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib, nümunəvi əsgər kimi fərqlənib. Hərbi xidmətdən sonra təhsilini davam etdirib. Sonra əmək fəaliyyətinə başlayıb. Savadı, məsuliyyəti, işinə olan sevgisi çalışdığı kollektivdə ona hörmət qazandırıb.

Gənc idi. Qarşıda onu böyük işlər gözləyirdi. O, gələcəyə inamla addımlayır, yorulmadan çalışırdı. Amma Vətənin dar günlərində bütün arzuları, məqsədi yalnız bir amala çevrildi. Rafiq Heydərov da hər bir qəhrəman Azərbaycan övladı kimi Vətənin harayına hay verdi.

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Vətən sevgisi ilə böyüyən hər bir azərbaycanlı gənc kimi, Rafiq Heydərov da könüllü olaraq cəbhəyə yollandı. Ailənin tək oğlu olması belə, onu bu müqəddəs yoldan çəkindirə bilmədi. 

Döyüş yoldaşlarının xatirələrində Rafiq Heydərov cəsarətli, qorxmaz və daim ön sırada olan bir döyüşçü kimi qalıb. O, Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət göstərib, düşmən mövqelərinin darmadağın edilməsində fəal iştirak edib. Cəbrayılın Daşkəsən kəndi uğrunda gedən döyüşlərdə də Rafiq və silahdaşları fərqləniblər. Azad edilən mövqedə Azərbaycan bayrağının dalğalanması həmin anı tarixi bir qələbə rəmzinə çevirdi. Bu bayraq altında 30 illik həsrətə son qoyuldu, milli qürur və Vətən sevgisi birləşdi.

2020-ci il oktyabrın 14-də Füzuli-Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlər zamanı Rafiq Heydərov qəhrəmancasına şəhid oldu. Oktyabrın 18-də II Fəxri xiyabanda son mənzilə yola salındı.

Rafiq çox gənc yaşında dünya ilə vidalaşıb. O, cəmi 25 il yaşayıb. Amma bu qısa ömür ilə bir insanın Vətəni yolunda necə şücaət göstərə, qəhrəmanlıq tarixində iz qoya biləcəyini nümayiş etdirib.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə şəhid Rafiq Heydərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

İnsanın cismani yoxluğundan sonra onu var edən, xatirələrdə yaşadaraq unudulmağa qoymayan əməlləridir. Buna görə də şəhidlər ölmürlər. Onlar xalqın yaddaşında, Vətənin azad səmasında yaşayırlar. Rafiq Heydərov da bu gün azad Qarabağın hər qarışında, doğma torpaqlarımızın nəfəsində, gənc nəslin qəlbində yaşayan qəhrəmanlarımızdandır. Belə oğullar Vətən torpağını müqəddəs, xalqımızı isə qürurlu edirlər.

Rafiq Heydərovun adı artıq yalnız bir ailənin deyil, bütöv xalqın yaddaşında yaşayır. Çünki qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır. Onların adı Azərbaycan var olduqca, bu torpaqda bayrağımız dalğalandıqca yaşayacaq.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kinomuzun "ana"sı

09:05
29 İyul

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

09:00
29 İyul

Müğənni ömrünün izləri mahnılarıdır

08:55
29 İyul

Mina terroruna qarşı mübarizəyə beynəlxalq səviyyədə dəstək verilməlidir

08:50
29 İyul

Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi

08:45
29 İyul

Zəfər alın yazımızdır

08:40
29 İyul

Büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57,3 faizə çatıb

08:35
29 İyul

Ölkə iqtisadiyyatının daha bir aparıcı sektoru - yüngül sənaye

08:30
29 İyul

ABŞ Konqresinin növbəti qərəzli addımı erməni lobbisinin çirkin maraqlarına xidmət edir

08:25
29 İyul

"Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda nəyi dəyişəcək?

08:20
29 İyul

Sabitlik və etimad məkanı 

08:15
29 İyul

Azərbaycan və Özbəkistan münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır

08:10
29 İyul

İnsan hüquqları bütün bəşəriyyət üçün ortaq dəyər olmalıdır

08:05
29 İyul

Etibarlı tərəfdaş, lider dövlət, sülhün ünvanı

08:00
29 İyul

Ə.Q.Əskərovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:44
29 İyul

Ə.Q.Əskərovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:44
29 İyul

E.N.Hüseynlinin Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:43
29 İyul

E.N.Hüseynlinin Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:43
29 İyul

E.C.Qəhrəmanın Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:42
29 İyul

A.R.Atamoğlanovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında 

01:42
29 İyul

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 445-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:41
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!