30 İyul 2026 02:40
2690
Qanunlar
A- A+
"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq, "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413 (Cild I); 2024, № 5 (I kitab), maddə 486, № 12 (II kitab), maddə 1329; 2025, № 6, maddə 529; 2026, № 1, maddə 7) 94-cü maddəsinin dördüncü hissəsi ləğv edilsin.

Maddə 2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 7, maddə 748, № 8, maddə 934; 2025, № 2, maddə 96, № 6, maddə 539, № 7, maddə 606, № 12 (I kitab), maddə 1123; 2026, № 1, maddə 15, № 3, maddə 210; Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1.2.2-ci maddədən "Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)," sözləri çıxarılsın;

2.2.8.1.3-cü maddədən "Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı," sözləri çıxarılsın.

Maddə 3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491,  № 6 (I kitab), maddə 644; 2025, № 1, maddə 16, № 2, maddələr 96, 105, № 4  (I kitab), maddə 322, № 6, maddə 528; 2026, № 1, maddə 8, № 3, maddə 209) aşağıdakı dəyişikliklər edilsin:

3.1.20-ci maddə üzrə:

3.1.1.20.1.6-cı maddədən hər iki halda "və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)" sözləri çıxarılsın;

3.1.2.20.1.6-1-ci maddədən ", Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman)" sözləri çıxarılsın;

3.1.3. 20.9-cu maddədə "şəxslərin" sözü "şəxsin" sözü ilə əvəz edilsin;

3.1.4. 20.9-1-ci maddədən ", Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)" sözləri çıxarılsın;

3.2. 37.3.4-cü maddədə beşinci halda "şəxslər həmin maddədə sadalanan vəzifələrdə" sözləri "şəxs həmin maddədə qeyd edilən vəzifədə" sözləri ilə əvəz edilsin. 

Maddə 4. Keçid müddəa

Bu Qanun qüvvəyə minənədək Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan şəxslərə və onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun həmin tarixədək qüvvədə olan normaları tətbiq edilir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Əbədi dostluq” – Bakı və Daşkənd Avrasiyanın yeni geosiyasi xəttini qurur  

10:53
24 Avqust

Azərbaycan–Özbəkistan münasibətləri yeni regional əməkdaşlıq modelinin əsasını formalaşdırır

10:41
24 Avqust

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək

10:26
24 Avqust

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:25
24 Avqust

Neft qiymətləri ucuzlaşır

10:24
24 Avqust

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

10:22
24 Avqust

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

09:57
24 Avqust

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

09:43
24 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

01:47
24 Avqust

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!