26 Avqust 2024 21:23
99
CƏMİYYƏT
A- A+

Xüsusi nümayəndə: Laçın bu gün arzular şəhərinə çevrilib

 

Laçının azad olunmasından indiyədək yenidənqurma və ərazilərin bərpası istiqamətində məqsədli şəkildə irəliləyirik. Həmin dövrdən başlayaraq Laçın şəhərinə 2100-ə yaxın sakin köçürülüb, 700-dən çox tikili bərpa olunub. Burada bütün ümumi infrastrukturun qurulması - yolların tikintisi, sosial, mədəni, əyləncə, istirahət, turizm zonalarının bərpası, abadlaşdırma işləri kompleks şəkildə aparılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov söyləyib.

“Laçın barədə müasir bir şəhər, turizm istiqaməti kimi yaxşı xəbərlər yayılır. İnsanların böyük əksəriyyəti arzulayır ki, Laçının gözəlliyini, deyilənlərin həqiqətən doğru olub-olmadığını görmək üçün buraya gəlsin. Doğrudan da bu gün Laçın arzular şəhərinə çevrilib. Bu da bizi çox sevindirir”, - deyə M.Məmmədov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video