26 Avqust 2024 21:24
91
COP29
A- A+

Pakistanda COP29-la bağlı seminar təşkil olunub

 

Pakistanın paytaxtı İslamabadın Regionşünaslıq İnstitutunda “Transsərhəd dayanıqlılığının gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi” adlı seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, bu ölkənin iqlim dəyişikliyi üzrə sabiq naziri, xanım senator Şerri Rəhman, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Pakistandakı nümayəndəsi Samuel Rizk və digərləri tədbirdə çıxış ediblər.

Səfir Xəzər Fərhadov çıxışında COP-29-un təşkilində qlobal həmrəyliyin vacibliyini vurğulayaraq qeyd edib ki, bu, ilin ən mühüm beynəlxalq tədbiri olacaq.

Senator Şerri Rəhman bildirib ki, əgər iqlim dəyişikliyinin mənfi təsirlərini aradan qaldırmaq üçün dərhal hərəkətə keçilməsə, biz “çatışmazlıq və qıtlıq dünyası”nda yaşayacağıq.

Samuel Rizk isə çıxışında su qıtlığı probleminə toxunaraq onu qlobal çağırış kimi xarakterizə edib.

Təkmilləşdirilmiş Qidalanmaya dair Qlobal Alyansın Pakistan üzrə direktoru xanım Fərəh Naz Cənubi Asiyanın üzləşdiyi kənd təsərrüfatı problemlərindən danışıb. O vurğulayıb ki, iqlim dəyişikliyi əsrin sonuna qədər regionda məhsul istehsalını 10-40 faiz aralığında azaldacaq. Bu isə ərzaq təhlükəsizliyinə ciddi zərbə vuracaq.

İslamabad Regionşünaslıq İnstitutunun prezidenti Cövhər Səlim isə qlobal təhlükə, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video