26 Avqust 2024 22:10
97
CƏMİYYƏT
A- A+

Həkəri çayının sahilində Laçın Şəhəri Gününün möhtəşəm qala-konserti təşkil edilib

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə növbəti dəfə təntənəli şəkildə qeyd olunan Laçın Şəhəri Günü tədbirləri sona çatıb.

AZƏRTAC xəbər verir ki, Həkəri çayının sahilində qurulmuş əsas səhnədə şəhər gününün möhtəşəm qala-konserti təşkil edilib.

Konserti dövlət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, laçınlı sakinlər və digər qonaqlar izləyiblər.

Əvvəlcə Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və şəhər sakinləri ilə görüşünü özündə əks etdirən kadrlar nümayiş olunub.

Musiqi proqramında Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, İlkin Əhmədov, Rəşad İlyasov, Elza Seyidcahan, Günel Şeyxova, ifaçılar Aşıq Ramin, Araz Hümbətli, Kamilə Nəbiyeva, Fuad Musayev, Könül Məmmədli, Vüsal Hacıyev, Murad Arif, həmçinin “Amarok” qrupu, Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və “Laçın” muğam qrupu çıxış ediblər.

Qala-konsertdə Məhəbbət Kazımovun “Laçınım”, “Dağlar boyda dağım var”, Aydan Əliyevanın “Gözəl Azərbaycan”, Rauf Məmmədovun “Yaşa Azərbaycan”, Oqtay Kazıminin “Ey həyat, sən nə qəribəsən”, Emin Sabitoğlunun “İncə bellim”, Elza Seyidcahanın “Laçınımın dağlarında”, Ələkbər Tağıyevin “El yolunda”, Bəhram Nəsibovun “Anadır arzulara”, Telman Hacıyevin “Vətən süitası” və Xanım İsmayılqızının “Sən qalibsən” mahnıları səsləndirilib. Həmçinin “İncilər” kompozisiyası, “Cəngi” rəqsi, “Xalq bayatıları”, “Misri” aşıq havası, “Uzundərə” xalq rəqsi, “Ay Laçın” xalq mahnısı və “Şur” təsnifi ifa edilib.

Bütün çıxışlar gur alqışlarla qarşılanıb.

Tədbir atəşfəşanlıqla başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video