26 Avqust 2024 19:23
121
DÜNYA
A- A+

Pakistanda terror aktı nəticəsində azı 23 nəfər həlak olub

 

Pakistanın Bəlucistan əyalətində magistral yolda silahlı hücum nəticəsində azı 23 nəfər öldürülüb. Pakistan mətbuatının məlumatına görə, gecə saatlarında silahlı şəxslər Musaxail rayonunun Raraşam ərazisində yolu bağlayıb, sərnişinləri avtobus və yük maşınlarından düşürüb, sənədlərini yoxlayıb, sonra isə onlara atəş açıblar.

Silahlılar həmçinin ən azı on avtomobili yandırıblar. Terrorçuların qurbanlarının Pəncabdan olan sərnişinlər olduğu bildirilir.

Hadisə yerinə polis və təcili yardım maşınları gəlib, yaralılar və ölənlərin cəsədləri yaxınlıqdakı xəstəxanalara aparılıb.

Ölkə prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif hücumu pisləyərək, Pakistan hakimiyyətinin terrorla eyni qətiyyətlə mübarizə əzmini vurğulayıblar. Şərif əmin edib ki, terrorçular lazımi cəzanı alacaqlar.

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video