17 Oktyabr 2026 08:50
147
CƏMİYYƏT
A- A+
Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 


Elə körpülər var ki, onlar iki sahili birləşdirməklə kifayətlənmir, xalqın keçmişi ilə gələcəyi, ayrılıq ağrısı ilə qovuşmaq arzusu, tarixi ədalətsizliklə onun bərpası arasında mənəvi bağa çevrilir. Arazın sahillərində ucalan Xudafərin körpüsü də məhz belə bir tarixi və mənəvi rəmzdir. 2020-ci il oktyabrın 18-də bu qədim memarlıq abidəsinin üzərində Azərbaycan bayrağının dalğalanması yalnız Vətən müharibəsinin mühüm hərbi-siyasi hadisələrindən biri deyildi, bu, milli qürurumuzu, mənəvi bütövlüyümüzü və dövlətçilik iradəmizi təcəssüm etdirən möhtəşəm Zəfər anı idi.

1993-cü ildə Ermənistanın işğalı altına düşən Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsü 27 il ərzində xalqımızın doğma torpaqlarına qayıdış arzusunun və tarixi ədalətin bərpasına inamının rəmzlərindən biri oldu. İşğal illərində həmin ərazilərin yaşayış məntəqələri, infrastrukturu və mədəni irsi dağıntılara və talana məruz qaldı. Lakin işğal xalqımızın tarixi həqiqətlərə bağlılığını, doğma torpaqlarına sahib çıxmaq əzmini sarsıda bilmədi. Xudafərin azadlığını gözləyirdi, Azərbaycan isə bu azadlığı təmin etmək üçün siyasi iradəsini, iqtisadi potensialını və hərbi qüdrətini möhkəmləndirirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində həyata keçirdiyi uğurlu döyüş əməliyyatları xüsusi əhəmiyyət daşıyırdı. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edilməsi cənub istiqamətində irəliləyiş üçün mühüm imkanlar yaratdı. Lakin qarşıda möhkəmləndirilmiş müdafiə mövqeləri və strateji yüksəkliklər var idi. Arazboyu ərazilərdə düşmənin müdafiə xətlərinin yarılması, ehtiyat qüvvələrinin, hərəkət imkanlarının məhdudlaşdırılması və təminat marşrutlarına nəzarətin ələ keçirilməsi sonrakı əməliyyatların uğuru üçün vacib şərtlərdən idi. Soltanlı-Əmirvarlı istiqamətində aparılan döyüş əməliyyatları düşmənin müdafiə sisteminin yarılması və Azərbaycan Ordusunun cənub istiqamətində irəliləyişinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Təqdim olunan hərbi məlumatlara əsasən, düşmənin üçüncü müdafiə səddi möhkəmləndirilmiş mövqeləri, ehtiyat qüvvələrinin yerləşdirildiyi sahələri və silah-sursat anbarları ilə seçilirdi. Belə bir müdafiə xəttinin yarılması qarşı tərəfin müqavimət imkanlarını zəiflətməklə yanaşı, Xudafərin istiqamətində irəliləmək və dövlət sərhədinə çıxışı təmin etmək baxımından da mühüm əməliyyat əhəmiyyəti daşıyırdı. Azərbaycan Ordusunun ardıcıl və məqsədyönlü hücumları nəticəsində döyüş meydanında təşəbbüsün ələ alınması, düşmənin müdafiə imkanlarının məhdudlaşdırılması və hərbi vəzifələrin  yerinə yetirilməsi Zəfərə aparan yolun mühüm mərhələlərindən oldu. Bölmələrimizin ərazinin relyefindən məharətlə istifadə etməsi, maneələri aşması və strateji yüksəkliklər uğrunda mübarizədə üstünlük qazanması Xudafərin istiqamətində irəliləyişə yol açdı.

Nəhayət, 2020-ci il oktyabrın 18-də Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldıldı. Bu hadisə 27 illik işğalın yaratdığı mənəvi ağrının aradan qaldırılması və tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ oldu. Körpünün üzərində dalğalanan bayrağımız dövlətimizin tarixi-mədəni irsinə sahib çıxmaq əzmini, xalqımızın milli birliyini və ərazi bütövlüyünün bərpası iradəsini təcəssüm etdirirdi. 

Həmin gün Xudafərin azad edilmiş ərazi olmaqla yanaşı, milli yaddaşın sarsılmazlığını ifadə edən Zəfər rəmzinə çevrildi. Prezident İlham Əliyevin həmin gün özünün "X" ("Twitter") hesabında paylaşdığı fikirlər hadisənin milli və siyasi əhəmiyyətini aydın ifadə edirdi: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" 

Ali Baş Komandan 2021-ci il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Xudafərinin azad edilməsinin əhəmiyyətini bir daha vurğulayaraq demişdir: "Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik".

Dövlət başçısının bu fikirləri Xudafərinin tarixi və mədəni mahiyyətini dolğun şəkildə ifadə edir. Körpü xalqımızın keçmişindən yadigar qalmış memarlıq əsəri olmaqla yanaşı, quruculuq qabiliyyətimizin və sənətkarlıq ənənələrimizin göstəricisidir. Belə abidələrin qorunması və bərpası tarixi məsuliyyətimizin, milli maraqlarımızın və gələcək nəsillər qarşısında borcumuzun ayrılmaz hissəsidir.

Xudafərinin azad olunmasının əhəmiyyəti Arazboyu ərazilərdə dövlət nəzarətinin bərpası qanunsuz keçidlərin qarşısının alınması, hərəkət marşrutlarının nəzarətə qaytarılması və sərhədyanı ərazilərdə təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi üçün imkanlar yaradırdı. Bu uğur hərbi nailiyyətlə dövlət suverenliyinin təminatı arasındakı əlaqəni aydın göstərdi və regionda yeni siyasi reallığın formalaşmasına töhfə verdi.

Vətən müharibəsi başa çatdıqdan cəmi altı gün sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri də azad edilmiş ərazilərin gələcəyi ilə bağlı dövlət siyasətinin əhəmiyyətini nümayiş etdirirdi. Bu səfər dağıdılmış yaşayış məntəqələrinin bərpasına, tarixi irsin qorunmasına və həmin torpaqlarda həyatın yenidən qurulmasına verilən önəmin göstəricisi idi. 

Xudafərin bu gün də xalqımız üçün keçmişə baxış nöqtəsi olmaqla yanaşı, gələcəyə yönəlmiş mənəvi çağırışdır. Onun daşları bizə tariximizi öyrənməyi, milli sərvətlərimizi qorumağı və dövlət müstəqilliyinin dəyərini unutmamağı xatırladır. Bu qədim körpünün hər daşı xalqımızın əsrlərdən gələn quruculuq ənənələrini, tarixi yaddaşını və gələcəyə inamını yaşadır.

Xudafərinin azad olunması isə müasir Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Bu hadisə ordumuzun hərbi qüdrətini, dövlətimizin siyasi iradəsini, xalqımızın milli birliyini və tarixi yaddaşımızın sarsılmazlığını bir araya gətirən mühüm Zəfər hadisəsidir. 2020-ci il oktyabrın 18-də Xudafərin körpüsü üzərində ucalan Azərbaycan bayrağı 27 illik işğalın yaratdığı ayrılıq və ədalətsizlik mənzərəsinə verilən tarixi cavab idi. Həmin bayraq bir daha göstərdi ki, xalqın öz tarixinə bağlılığını, dövlətin suverenlik iradəsini və Vətənin bütövlüyü uğrunda mübarizə əzmini heç bir işğal əbədi olaraq susdura bilməz.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

YAP İdarə Heyətinin iclası keçirilib

08:10
17 Oktyabr

Azərbaycanın suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir

08:00
17 Oktyabr

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:11
17 Oktyabr

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:10
17 Oktyabr

"Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə

03:09
17 Oktyabr

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

03:07
17 Oktyabr

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

03:06
17 Oktyabr

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:05
17 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

03:03
17 Oktyabr

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:03
17 Oktyabr

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
17 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

03:01
17 Oktyabr

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə elan

03:00
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!