09 İyul 2026 11:55
242
İQTİSADİYYAT
A- A+
Xocavənddə intensiv bağların sahəsi genişləndirilir, Qarabağ məhsulu xarici bazarlara çıxarılır 

Xocavənddə intensiv bağların sahəsi genişləndirilir, Qarabağ məhsulu xarici bazarlara çıxarılır 


İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası çərçivəsində Xocavənd rayonunda müasir intensiv bağçılıq sürətlə inkişaf edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində innovativ texnologiyalar əsasında salınan meyvə bağlarının sahəsi ildən-ilə genişlənir. Müasir damlama suvarma sistemləri, yüksək məhsuldar xarici sortlarla yanaşı, Azərbaycanın yerli meyvə sortlarının becərilməsi məhsuldarlığın artırılmasına və ixracyönümlü istehsalın genişləndirilməsinə imkan yaradır. Yeni Dövlət Proqramında da intensiv bağçılığın genişləndirilməsi, müasir aqrotexnologiyaların tətbiqi və ixrac potensialının artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sulhəddin Ələsov bildirib ki, Xocavənd rayonu ərazisində kənd təsərrüfatı işləri uğurla davam etdirilir. "Rayon üzrə ümumilikdə 17 min 136 hektar sahədə əkin aparılması ilə bağlı elektron bəyannamə verilib. Bəyannamələrin böyük əksəriyyəti taxılın payına düşür. Bu da 15 min hektardan çoxdur. Rayon ərazisində birillik bitkilərlə yanaşı, çoxillik bitkilər üzrə də artım dinamikası var ki, artıq meyvə bağlarının sahəsi 1173 hektara bərabərdir və bu bağlar intensiv bağlar sayılır. Həmin bağlar əsasən rayonun işğaldan azad olunan ərazilərində salınıb. Binədərəsi adlı ərazidə yerləşən intensiv meyvə bağı 83 hektardır. Burada şaftalı və nektarin intensiv texnologiyalar əsasında becərilir. Bundan başqa, rayon ərazisində fındıq, qoz, xurma bağları da mövcuddur. Bağlar yeni salınmasına baxmayaraq, məhsul daxili bazarla yanaşı, sifarişə uyğun olaraq xaricə də ixrac edilir. Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən investisiya müsabiqələri keçirilir. Artıq 4-cü müsabiqə keçirilib və torpaqlar investorlara təhkim edilib. Bu prosesdə, həmçinin Xocavənd rayonunun işğaldan azad edilən ərazilərində minalardan təmizlənən sahələr də daxildir və bu iş davam etdirilir. Rəsmi mənbələrə görə, Xocavənd rayonu ərazisində 27 min hektardan çox əkinə yararlı torpaq mövcuddur ki, bunun da bir qismi təmizlənərək investorlara təqdim olunub. Xocavənddə salınan intensiv bağlarda məhsul istehsalı artıq praktiki nəticələr verməyə başlayıb. Müasir becərmə üsullarının tətbiqi, su təminatının yaxşılaşdırılması və aqrotexniki qulluq yüksək keyfiyyətli məhsul yetişdirilməsinə şərait yaradıb".

Bağı salan MMC-nin direktor müavini Elnur Mehdiyev işğaldan azad olunan Xocavənd rayonu ərazisində 200 hektar sahəni əhatə edən və innovativ texnologiyalar əsasında meyvə bağları saldıqlarını bildirib. "Bunun 85 hektarı rayonun Binədərəsi adlı ərazisindədir. Bağın tərkibində şaftalı, nektarin, armud və nar becərilir. 2024-cü ildə salınan bağlarımız müasir damlama suvarma sistemi ilə suvarılır. Eyni zamanda, suvarma üçün ərazidə artezian quyuları qazılıb, kommunikasiya xətləri çəkilib. Bu il nektarin bağında ilk kütləvi məhsul yığımımız olub və ilkin mərhələdə 100 tondan çox birinci növ məhsul tədarük olunub. İkinci yığımımız da yaxın iki həftə ərzində olacaq və həmin mərhələdə də 100 tondan çox məhsul götürməyi planlaşdırırıq. Edilli kəndində də ərik bağımız var və oradan bu il 50 tondan çox məhsulumuz olub. Bağların salınmasında və becərilməsində dövlət dəstəyinin mühüm rolu var. Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulan yeni dəstək mexanizmləri bizə imkan yaradır ki, bağlarımızın sahəsini artıraq. Gələcəkdə meyvə bağlarımızı 1000 hektara çatdırmağı planlaşdırırıq".

Bağlarda yalnız yüksək məhsuldarlığı ilə seçilən xarici sortlar deyil, Azərbaycanın yerli meyvə sortlarının da becərilməsi genişləndirilir. Məqsəd həm daxili bazarın tələbatını ödəmək, həm də dünya bazarlarında rəqabətqabiliyyətli məhsulların ixracını artırmaqdır.

Türkiyəli aqronom Hacımurad Bersoy Qarabağda bağların salınmasında iştirak etdiyi üçün qürur duydğunu deyib. "Demək olar ki, artıq 10 ildir Azərbaycandayam. Əsas hədəf müasir bağların salınması və ixracyönümlü məhsul becərməklə iqtisadiyyata dəstək olmaqdır. Azərbaycanın Qarabağda əldə etdiyi Zəfərdən sonra artıq bu yerlərə gələrək münbit torpaqlarda meyvə bağlarının salınmasına nail olduq. Şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarda çalışmaq qürurverici hissdir. Bağçılıq sahəsində olan 30 illik təcrübəmlə çalışıram ki, Qarabağda bağların salınmasına bir dəstəyim olsun. Ona görə də, ən yüksək texnologiyalar və dünya təcrübəsindən istifadə edirik. Kollektiv olaraq bu işi ərsəyə gətirmək üçün əlimizdən gələni edirik. Bu bağların salındığı iki il yarım olmasına baxmayaraq, ağaclar 5 yaşındakı ağaclar kimi inkişaf edib. Ötən il də məhsulumuz olub, lakin bu il ilk kütləvi yığımımız oldu və davam edir. Burada xurma, qoz, gilas, nar, şaftalı, nektarin və gavalı bağlarımız var ki, bunların da əksəriyyəti dünya bazarlarında əsas tələbat olan sortlardan əkilib. Eyni zamanda, bizim hədəflərimizdən biri də Azərbaycanın yerli sortlarını inkişaf etdirməkdir. Artıq bu torpaqlarda Ordubad əriyi və yerli Azərbaycan nar sortlarının da sahələrini genişləndiririk. Bundan başqa, Qarabağda alma bağlarının salınması və xurma bağlarının daha da genişləndirilməsi planımız var. Əsas hədəf Azərbaycan iqtisadiyyatının inkişafı və məhsulların xarici bazarlara çıxarılmasıdır. Çünki Azərbaycanın əlverişli iqlim şəraiti buna imkan verir ki, bağların sahələrini genişləndirək".

Xocavənddə yaradılan müasir intensiv bağlar işğaldan azad edilmiş torpaqlarda aqrar istehsalın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi və ixracyönümlü istehsal hesabına bağların sahəsinin gələcək illərdə daha da genişləndirilməsi, Qarabağın yüksək keyfiyyətli meyvəçilik mərkəzlərindən birinə çevrilməsi və Azərbaycan mənşəli məhsulların xarici bazarlarda mövqeyinin möhkəmləndirilməsi əsas hədəflər sırasındadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!